Foreks bazarının həftəlik təqvimi və analitikası 28.08.2023 – 03.09.2023
Ötən həftə maliyyə bazarlarında dəyişkən volatillik müşahidə olundu.
Belə ki, həftənin ilk yarısı qismən stabil keçsə də,
həftənin 2-ci yarısında bütün diqqətlər hər il ABŞ-da keçirilən İqtisadi simpoziumda çıxış edən FES rəhbəri Pauelə yönəlmişdi.
Cari həftədə ABŞ bazar iştirakçılarının diqqətini cəmləşdirəcək.
Belə ki, FES üçün əsas faktorlardan biri sayılam əmək bazarı göstəriciləri dərc olunacaq.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
30 avqust
16:00- Almaniya- İstehlakçı Qiymət İndeksi (avqust).
31 avqust
13:00 - İstehlakçı Qiymət İndeksi (avqust).
Avro ötən həftənin iyun ayından indiyədək ən minimum səviyyəyə qədər eniş yaşayıb.
Bu eniş əsasən AMB-nın sədri Laqardın Cekson-Holda çıxışı zamanı bankın tezliklə
faiz artımına fasilə vermə ehtimalı barədə açıqlaması fonunda baş verib. Bu istiqamətdə müzakirələr davam edir.
Digər tərəfdən, Almaniyada avqust ayı ərzində biznes əhval-ruhiyyəsində geriləmə müşahidə olunub.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0950, 1.1070
- Eniş hədəfləri: 1.0660, 1.0520
29 avqust
18:00 – İstehlakçı Güvən İndeksi (avqust);
18:00 – JOLTS əmək bazarında açıq vakansiyaların sayı (iyul).
30 avqust
16:30 – ÜDM Göstəricisi (2-ci rüb);
18:30 - Xam neft ehtiyatları.
31 avqust
16:30 -İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
01 sentyabr
16:30 – Qeyri kənd təsərrüfatı sektorunda yeni iş yerlərinin sayı (avqust);
16:30 – İşsizlik səviyyəsi (avqust);
18:00 – İstehsalat sektorunda Biznes Aktivliyi İndeksi (avqust).
Ötən həftə FES rəhbəri Pauel Cekson-Holda çıxışı zamanı qeyd edib ki,
inflyasiya tələb olunan 2% səviyyəsinə enənədək pul-kredit siyasətində sərt addımlara davam ediləcək.
Lakin addımlar ehtiyatlı olacaq. Qərarlar qəbul olunarkən dəyişkən inflyasiya və əmək bazarı göstəriciləri nəzərə alınacaq.
Cari həftə əmək bazarından göstəricilər açıqlanacaq.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 104.60, 105.30
- Eniş hədəfləri: 103.40, 102.60
Qızıl öz neytrallığını qoruyub saxlayır.
Belə ki, bazarda baş verən qeyri-stabil dinamika qızılın hər hansı istiqamətdə davamlı hərəkətini məhdudlaşdırır.
Lakin fiziki əlvan metala olan tələbat hələ də yüksək olaraq qalmaqdadır.
İyul ayı ərzində İsveçrə 15 t , Argentina 12.5 t və Perudan 11.8 t qızıl idxal edib. Əvəzində 35 t qızıl Türkiyəyə, 24.9 t Çinə və 16.1 t Britaniyaya ixrac edib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1935.00, 1970.00
- Eniş hədəfləri: 1885.00, 1850.00
OPEK üzv lider ölkələr yaxın vaxtlarda gündəlik hasilat həcmi ilə bağlı qərarlarına yaxın gələcəkdə təkrar baxış keçirə bilər.
Belə ki, qurumun zəif halqaları sayılan bəzi ölkələr - İran, İraq, Liviya, Nigeriya və Venesuela hasilat itkisi və
təchizatla bağlı problemlərlə qarşılaşdıqları üçün bu il, həmçinin 2024-cü il ərzində gündəlik hasilat həcmini 900 000 barel artırmaq niyyətindədirlər.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 87.00, 92.00
- Eniş hədəfləri: 81.00, 78.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 82.00, 87.00
- Eniş hədəfləri: 75.00, 71.00
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.