Foreks bazarının həftəlik təqvimi və analitikası 29.01.2024 - 04.02.2024

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

30 yanvar

13:00 – Almaniya – ÜDM Göstəricisi (4-cü rüb).

31 yanvar

17:00 – Almaniya – İstehlakçı Qiymət İndeksi (yanvar).

01 fevral

14:00 - İstehlakçı Qiymət İndeksi (yanvar).

Ötən həftə AMB faiz dərəcəsi ilə bağlı qərarını açıqladı

və nəticə etibarilə heç bir dəyişiklik baş vermədi.

Açıqlamadan sonra avro 0.19% ucuzlaşdı.

Mətbuat konfransında AMB-nın sədri bildirdi ki,

inflyasiyanın geriləməsi 2024-cü il ərzində gözlənilir.

Lakin hazırkı iqtisadi göstəricilərdə geriləmə müşahidə olunur ki,

bunun da əsas səbəbi olaraq geosiyasi gərginlik fonunda

enerji daşıyıcılarının dəyərinin yüksək olması göstərilir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0950, 1.1060

- Eniş hədəfləri: 1.0740, 1.0630

Böyük Britaniya

01 fevral

16:00 – İngiltərə Bankının Uçot faiz dərəcəsi ilə bağlı açıqlaması.

Ötən həftə İngiltərədə yanvar ayı üçün açıqlanan bəzi iqtisadi göstəricilər fonunda

funt demək olar ki, 2 həftəlik maksimum səviyyəsinə qədər yüksəlsə də

bu mövqedə möhkəmlənə bilməyib.

Belə ki, bazar iştirakçıları funtun əsaslı artım tendensiyasına

keçməsi üçün hələ ki səbəblər görmürlər.

Cari həftə İngiltərə Bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlasa da,

yüksək ehtimalla dəyişiklik gözlənilmir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2800, 1.3000

- Eniş hədəfləri: 1.2600, 1.2450

ABŞ

30 yanvar

19:00 – İstehlakçı Güvən İndeksi (yanvar);

19:00 – JOLTS əmək birjasında yeni iş yerlərinin sayı (dekabr).

31 yanvar

17:15 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi- ADP (yanvar);

19:30 – Xam neft ehtiyatları;

23:00 – FES-in Uçot faiz dərəcəsi ilə bağlı açıqlaması;

23:00 – FOMS -un mətbuat konfransı.

01 fevral

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;

18:45 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (yanvar).

02 fevral

17:30 - Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (yanvar);

17:30 – İşsizlik səviyyəsi (yanvar).

Ötən həftə ABŞ-da açıqlanan göstəricilərə görə,

2023-cü ilin 4-cü rübündə ÜDM 3.3% yüksəlib ki,

bu da ABŞ iqtisadiyyatının gözlənildiyindən daha sürətlə yüksəldiyinin nəticəsidir.

Cari həftə ABŞ bazarı üçün önəmli sayılır.

Belə ki, FES faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq və

bazar iştirakçıları dəyişiklik gözləməsələr də,

Pauelin çıxışı dolları əsaslı istiqamətləndirə bilər.

Həmçinin cari həftə ABŞ əmək bazarının yanvar ayı üçün nəticələri açıqlanacaq.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 104.00, 105.20

- Eniş hədəfləri: 102.50, 101.80

Qızıl

Qızıl öz neytrallığını qoruyub saxlamaqdadır.

Lakin bir sıra proqnozlara görə, cari ildə qızıl öz mövqeyini

2000 $ səviyyəsi üzərində qoruyub saxlaya bilər.

Nəzərə alsaq ki, FES cari ilin 2-ci yarısından başlayaraq

faiz dərəcəsini azaltmağa başlayacaq və inflyasiya hələ də

yüksək olmaqda qalmaqdadır, bu faktorlar qızılı dəstəkləyə bilər.

Digər tərəfdən, mərkəzi bankların qızıla olan marağı artmaqda davam edir.

Belə ki, ötən il üzrə Hindistanın qızıl ehtiyatları 12% artaraq 800 tona çatıb.

Türkiyənin qızıl ehtiyatları ötən ilin son 5 ayı ərzində artsa da,

ümumilikdə 12 ay ərzində 10% azalaraq ümumilikdə 726 ton təşkil edib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2040.00, 2065.00

- Eniş hədəfləri: 2000.00, 1975.00

Neft

Ötən cümə günü neftin qiyməti sürətlə bahalaşıb.

Səbəb olaraq Yəmən yaxınlığında yük daşıyan gəminin,

Qırmızı dənizdə Rusiya yanacaq daşıyan tankerin hücuma məruz qalmaları olub.

Yanvarın əvvəlində ABŞ və İngiltərənin birgə əks hücumu nəticəsində

Qırmızı dəniz ərazisində yük daşımaların həcmi dəfələrlə azalsa da,

bəzi ölkələr, eləcə də Səudiyyə Ərəbistan yükdaşımada hələ də bu marşrutdan istifadə edir.

Qeyd edək ki, Rusiya Asiya bazarına yönləndirdiyi neftinin böyük həcmini məhz

Qırmızı dənizin cənub sularından daşınmasını təmin edir.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 88.00, 92.00

- Eniş hədəfləri: 78.00, 74.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 80.00, 85.00

- Eniş hədəfləri: 74.00, 70.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 29.01.2024 - 04.02.2024

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 29.01.2024 - 04.02.2024

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 29.01.2024 - 04.02.2024

Thank You!

Your form has been succesufully send