Foreks bazarının həftəlik təqvimi və analitikası 31.07.23 - 06.08.23
Ötən həftə bütün bazar iştirakçılarının diqqət mərkəzində FES və AMB-nın qərarları idi
və gözlənildiyi kimi hər iki qurum uçot faiz dərəcəsini 25 baza vahidi qədər yüksəltdi.
Nəticədə dollar ötən həftəni lider mövqedə tamamladı.
Cari həftə İngiltərə Bankı və Avstraliya Ehtiyat Bankı faiz dərəcəsi ilə bağlı qərarlarını açıqlayacaqlar.
Eyni zamanda, ABŞ əmək bazarından önəmli göstəricilər dərc olunacaq.
UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
31 iyul
13:00 – İstehlakçı Qiymət İndeksi (iyul).
01 avqust
11:55 – Almaniya – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (iyul).
Avro ötən həftə AMB-nın faiz dərəcəsini 25 baza vahidi qədər qaldırdıqdan sonra dəyər itirdi.
Bu faiz artımı ötən ildən sayca 8-ci hesab olunur və sentyabr ayında davam etmə ehtimalı hələ də qalmaqdadır.
Belə ki, AMB pul-kredit siyasəti ilə bağlı növbəti qərarlar qəbul etməzdən öncə diqqətlə statistik göstəriciləri izləyəcəklər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1090, 1.1240
- Eniş hədəfləri: 1.0930, 1.0830
01 avqust
12:30 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (iyul).
03 avqust
15:00 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama (avqust).
Funt ötən həftə zəif mövqelərdə ticarət olunub.
Bir tərəfdən inflyasiyanın tərkib hissəsi sayılan İstehsalçı Qiymət indeksi göstəricisinin gözləntinin altında açıqlanması,
digər tərəfdən isə dolların güclənməsi funtu təzyiq altında saxlayıb. Ölkədə Biznes aktivliyi zəif nəticələr göstərir.
Cari həftə İngiltərə Bankı faiz dərəcəsini qaldırmaq niyyətindədir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3000, 1.3150
- Eniş hədəfləri: 1.2700, 1.2550
01 avqust
18:00 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (iyul).
02 avqust
16:15 – Qeyri- kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi -ADP(iyul);
18:30 – Xam neft ehtiyatları.
03 avqust
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;
17:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (iyul).
04 avqust
16:30 – Qeyri- kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (iyul);
16:30 – İşsizlik səviyyəsi (iyul).
Dollar indeksi ötən həftəni digər valyutalara nisbətdə qalib mövqeyində tamamlayıb.
Statistik məlumatlara əsasən ÜDM göstəricisi il ərzində 2.4% yüksəlib.
Eyni zamanda, FES-in faiz artımına getməsi və Pauelin çıxışı zamanı növbəti aylarda
yenidən artım ehtimallarına yer verilə biləcəyi xəbəri dolları dəstəkləyib.
Cari həftə əmək bazarından açıqlanacaq göstəricilər
FES üçün avqust ayında qərar qəbul etmə istiqamətində həlledici hesab oluna bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 102.20, 103.20
- Eniş hədəfləri: 100.50, 99.20
Avstraliya
01 avqust
08:30 – AEB-nın uçot faiz dərəcəsi ilə bağlı açıqlaması (avqust).
Avstraliya Dolları ötən həftəni zəif mövqedə tamamlayıb.
Belə ki, ölkədə pərakəndə satış həcmi və istehsalçı aktivliyinin gözləntinin altında açıqlanması
yerli valyutanı təzyiq altında saxlayıb.
Cari həftə Avstraliya Ehtiyat Bankı faiz dərəcəsini 25 baza vahidi qədər artırmaq niyyətindədir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6780, 06900
- Eniş hədəfləri: 0.6550, 0.6430
Qızıl ötən həftəni neytral notlarda tamamlayıb.
Və yaxın vaxtlarda bu tempin davam edəcəyi ehtimal olunur.
2022-ci ilin payızından qızılın dəyəri 20% bahalaşıb.
Lakin dünya banklarının faiz dərəcəsi istiqamətində apardıqları mübarizələr qızılı gərginlikdə saxlayır.
Proqnozlara görə, 2024-cü ildə qızıl yeni maksimum rekordları test edərək 2000$ üzərində sərhədlərdə ticarət oluna bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1985.00, 2015.00
- Eniş hədəfləri: 1930.00, 1900.00
Neft 5-ci həftədir ki, artım mövqeyini qoruyub saxlaya bilib.
Neftin qiyməti ötən həftə təqribən 3.6% bahalaşıb.
Bu bahalaşma əsasən bazarda tələbin yüksəlməsi, təklifin isə azalmasından qaynaqlanır.
Belə ki, ABŞ-da ehtiyatların azalması və Səudiyyə Ərəbistanın şəxsi qərarı da daxil olmaqla,
OPEK+ üzv ölkələrin gündəlik hasilat həcmini azaltması neftin qiymətini dəstəkləyir.
Gözləntilərə görə, Səudiyyə Ərəbistan sentyabr ayında da gündəlik hasilat həcmini 1 mln barel azaltmağı davam etdirəcək.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 87.00, 92.00
- Eniş hədəfləri:82.00, 78.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 83.50, 88.00
- Eniş hədəfləri: 77.00, 73.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.