Foreks bazarının həftəlik təqvimi və analitikası 23.10.2023 - 29.10.2023
Ötən həftə maliyyə bazarlarında yüksək volatillik müşahidə olunub.
Belə ki, Yaxın Şərqdə davam edən gərginlik bazarda qeyri-stabilliyin dərinləşməsinə təkan verib.
ABŞ-da 10 illik istiqarazların gəlirliliyi 2007-ci ildən ilk dəfə 5% çatdığı halda,
digər tərəfdən neftin qiyməti artıq 90$ üzərində qərarlaşıb.
Cari həftə də bazarlarda mövcud tendensiyanın davam edəcəyi gözlənilir.
Qeyd edək ki, AMB, Kanada və Rusiya bankları faiz dərəcəsi ilə bağlı qərarlarını açıqlayacaqlar.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
26 oktyabr
16:15 – AMB-nın uçot faiz dərəcəsi ilə bağlı qərarı (oktyabr);
16:45 – AMB-nın mətbuat konfransı.
Avro ötən həftə neytrallığını qoruyub saxlayıb.
Belə ki, avronun əsaslı istiqaməti FES -in növbəti qərarları əsasında dəyişə bilər.
ABŞ inflyasiya göstəricilərinin müsbət istiqmətdə irəliləməsi,
əksi olaraq Avrozonada göstəricilərin o qədər də ürəkaçan olmaması avronu təzyiq altında saxlayır.
Cari həftə AMB faiz dərəcəsində dəyişikliklərə getməsə də,
bankın açıqlamaları avronun hərəkət istiqamətinə əsaslı təsir göstərə bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0650, 1.0770
- Eniş hədəfləri: 1.0500, 1.0380
24 oktyabr
17:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (oktyabr).
25 oktyabr
18:30 – Xam neft ehtiyatları.
26 oktyabr
00:35 – FES sədri Pauelin çıxışı;
16:30 – ÜDM Göstəricisi (3-cü rüb);
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
Cari həftə FES sədri Pauelin çıxışı gözlənilir ki,
bazar iştirakçıları bu çıxışdan FES-in növbəti addımları ilə bağlı ipucu gözləyirlər.
1 noyabr tarixində FES-in faiz dərəcəsi ilə bağlı qərarında hər hansı dəyişiklik gözlənilməsə də,
Pauelin toxunacağı məqamlar investorların diqqət mərkəzində olacaq.
Son dövrlərdə inflyasiya ilə bağlı göstəricilərdə irəliləyiş müşahidə olunsa da,
digər tərəfdən 10 illik istiqrazların gəlirlilik göstəricisi də yüksəlir ki,
bu da FES üçün qərar qəbulunda ziddiyyət yaradır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 107.20, 108.30
- Eniş hədəfləri: 105.40, 104.30
25 oktyabr
18:00 – Kanada Bankının uçot faiz dərəcəsi ilə bağlı qərarı.
Kanada Dolları yüksəlişə doğru yol alsa da,
ümumilikdə dollar ilə müqayisədə hələ də geriləmə mövqeyində hərəkətini davam edir.
Neftin qiymətinin yüksəlişi, eyni zamanda, dolların aqibəti ilə bağlı qeyri-müəyyənlik
Kanada Dollarını artım mövqeyində dəstəkləyir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3790, 1.3870
- Eniş hədəfləri: 1.3600, 1.3480
27 oktyabr
13:30 – Rusiya Bankının uçot faiz dərəcəsi ilə bağlı qərarı (oktyabr).
Rubl dollara nisbətdə güclənmə mövqeyindədir.
Belə ki, neftin dəyərinin bahalaşması, eyni zamanda ixracatçı şirkətlərin
oktyabr ayı üçün vergi ödənişləri rus rublunu dəstəkləyir.
Cari həftə Rusiya Bankı faiz dərəcəsi ilə bağlı qərar qəbul edəcək və ehtimallara görə,
bank faiz artımına gedə bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 98.00, 102.00
- Eniş hədəfləri: 92.00, 89.00
Qızıl ötən həftə Yaxın Şərqdə baş verən gərginlik fonunda təqribən 2000$ səviyyəsinədək yüksəlib.
Belə ki, gərginlik başlanan andan iki həftə ərzində qızılın qiyməti 160$ bahalaşıb.
Digər tərəfdən, İsveçrə gömrük xidmətinin açıqlamasına görə,
sentyabr ayında idxal həcmi 152.2 ton, ixrac həcmi 99 ton təşkil edib.
Məlumatlara görə, əsas idxalçı ölkələr Çili (18.2 ton), ABŞ (16.8 ton),
Peru (16.2 ton) , əsas ixracatçı ölkələr isə Çin (26.5 ton), Hindistan (17.1 ton), Səudiyyə Ərəbistan (7.2ton) olub.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2000.00, 2030.00
- Eniş hədəfləri: 1950.00, 1920.00
Neftin qiyməti Yaxın Şərqdə yaşanan gərginlik fonunda artıq 2-ci həftədir ki, bahalaşmağa davam edir.
Ötən həftə Brent markalı neftin dekabr fyuçersi 1% bahalaşaraq 93$ üzərində,
WTI markalı neftin noyabr fyuçersi isə 1.2% bahalaşaraq 91$ yaxın sərhədlərdə ticarət olunurdu.
Bu gərginliyin region üzrə digər ölkələrə, xüsusilə İrana da yayılacağı təhlükəsi diqqətdən yayınmır.
Ümumilikdə, region dünya neft həcminin 3-də 1-ni təchiz edir.
Ehtimallara görə, gərginlik davam edərsə, neftin qiyməti 140$ səviyyəsinədək yüksələ bilər.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 96.00, 100.00
- Eniş hədəfləri: 88.00, 84.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 92.00, 97.00
- Eniş hədəfləri: 84.00, 81.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.