Foreks bazarının həftəlik təqvimi və analitikası 09.01.2023 - 15.01.2023

Ötən həftə maliyyə bazarlarında yeni ilin ilk iş həftəsi olsa da, kifayət qədər dinamiklik müşahidə olundu.

Belə ki, ABŞ-da əmək bazarı göstəriciləri və FES-in dekabr toplantısının protokol dərci məhz ötən həftəyə təsadüf etdi.

Cari həftə də eyni dinamikanı müşahidə etmək olar.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Böyük Britaniya

13 yanvar

11:00 – Ümumi Daxili Məhsul göstəricisi (aylıq, rüblük, illik);

11:00 – Təkrar emal sektorunda istehsal həcmi (noyabr).

2023-cü il Böyük Britaniya üçün gərgin keçəcəyi proqnozlaşdırılır.

Belə ki, inflyasiyanın pik nöqtədə olması qiymətlərin hələ uzun müddət yüksək olaraq qalacağına siqnal verir.

Eyni zamanda, əmək bazarında qeyri müəyyənlik müşahidə oluna bilər.

Nəticə təklif olunan iş yerləri və tələbdən asılı olacaq.

Pul-kredit siyasətində atılan addımlar daha sərt ola bilər.

Belə ki, 2023-2024 aralıqda qiymətli kağızların buraxılış həcmi 290 mld funtsterlinq təşkil edə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2270, 1.2500

- Eniş hədəfləri: 1.1840, 1.1620

ABŞ

10 yanvar

17:00 – FES rəhbəri Pauelin çıxışı.

11 yanvar

19:30 – Xam neft ehtiyatları.

12 yanvar

17:30 – İstehlakçı Qiymət indeksi (aylıq-dekabr, illik);

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

Ötən həftə ABŞ-da açıqlanan əmək bazarı göstəriciləri maliyyə bazarlarına kifayət qədər pozitiv siqnallar verdi.

Belə ki, işsizlik göstəricisi gözləntilərin əksinə, ötən ayla müqaisədə 3.5%-ə enib.

Bu göstəricilər FES üçün faiz artımı və dolların yaxın gələcəkdə artımı istiqamətində yaşıl işıq ola bilər.

Cari həftə Pauelin çıxışı və inflyasiya göstəricisi dolların qısa müddəli istiqamətinə təsir göstərə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 105.50, 107.00

- Eniş hədəfləri: 102.50, 101.40

Avstraliya

11 yanvar

04:30 – Pərakəndə Satış Həcmi (noyabr).

Avstraliya üzrə cari həftə açıqlanacaq aylıq inflyasiya hesabatında 6.8%-ə qədər qismən geriləmə ehtimal olunsa da,

bu göstərici Avstraliya üçün hələ də yüksək hesab olunur. Digər tərəfdən,

ötən həftənin cümə günü Çin tərəfindən açıqlanan xəbər Avstraliya iqtisadiyyatı üçün müsbət göstərici hesab oluna bilər.

Belə ki, Çin 2020-ci ildən qeyri rəsmi şəkildə Avstraliyadan dayandırdığı kömür ixracatını yenidən bərpa etmək qərarına gəlib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri 0.6950, 0.7100

- Eniş hədəfləri 0.6680, 0.6580

Qızıl

Qızıl yeni ilik ilk həftəsini sürətli artımla başlayıb. 3 həftə ard-arda bahalaşan qızıl ötən həftə təqribən 1% dəyər qazanıb.

Mövsümi baxımından yeni ilin ilk 2 ayı qızıl üçün müsbət nəticələnir.

Mart ayında isə korreksiya müşahidə oluna bilər.

Qızılın vaxtından öncə korrektiv hərəkətinə təsir edə biləcək əsas səbəb FES-in aqressiv siyasətinin davamı ola bilər.

Digər tərəfdən, Dünya Qızıl Birliyinin 2022-ci ilin son aylar üçün təqdim etdiyi hesabata görə,

Mərkəzi banklar ehtiyatlarını daha 50 tona yaxın artırıblar.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1880.00, 1910.00

- Eniş hədəfləri: 1830.00, 1785.00

Neft

Neftin qiymətində ötən həftə ərzində kəskin ucuzlaşma müşahidə olunub.

Belə ki, neftin qiyməti 7.5% ucuzlaşıb.

Ötən həftə Səudiyyə Ərəbistanın qərarı nisbətən gözlənilməz oldu.

Belə ki, Saudi Aramco, Asiya (Çin, Yaponiya, Cənubi Koreya və Hindistan) üçün nəzərdə tutulan fevral ayı tədarükündə neftin qiymətini barel üçün 1.80 $ ucuzlaşdırıb.

Digər tərəfdən, COVİD 19 məhdudiyyətləri aradan qaldırıldıqdan sonra neft ehtiyatlarını aktiv şəkildə doldurmağa çalışan Çin,

Qazaxıstan və Norveçdən iri həcmlərdə (5 mln barel) neft alıb. ABŞ administrasiyası boşalmış neft ehtiyatlarını doldurmaq məqsədilə daxil olan ilk təklifi yüksək qiymət,

eyni zamanda spesifikasiya uyğunsuzluğu səbəbilə rədd edib.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 87.00, 96.00

- Eniş hədəfləri: 73.00, 67.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 81.00, 89.00

- Eniş hədəfləri: 68.00, 63.00

Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 09.01.2023 - 15.01.2023

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 09.01.2023 - 15.01.2023

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 09.01.2023 - 15.01.2023

Thank You!

Your form has been succesufully send