Foreks bazarının həftəlik təqvimi və analitikası
Ötən həftə ABŞ əmək bazarından açıqlanan göstəricilər dolların dəyər qazanmasını dəstəklədi.
Həmçinin OPEK+ üzv ölkələrin qəbul etdiyi qərar neftin qiymətinin kəskin bahalaşmasına təkan verdi.
Cari həftədə inflyasiya ilə bağlı bəzi önəmli göstəricilər diqqət mərkəzində olacaq.
UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
12 oktyabr
17:30 – AMB-nın sədri Laqardın çıxışı.
13 oktyabr
10:00 – Almaniya – İstehlakçı Qiymət indeksi (sentyabr).
Ötən həftə Bundesbankın sədrinin açıqlamasına görə, AMB faiz dərəcəsinin artımı istiqamətində daha sərt addımlar atmalıdır.
Belə ki, Avropada inflyasiya artıq 10% yüksəlib. Ehtimal olunur ki, AMB 27 oktyabr toplantısında fazi dərəcəsini yenidən 75 baza vahidi qədər artıra bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.9860, 1.0000
- Eniş hədəfləri: 0.9670, 0.9540
11 oktyabr
10:00 – Mükafatlar nəzərə alınmaqla orta əmək haqqı göstəricisi (avqust);
10:00 – İşsizlik müavinətləri üzrə müraciətlərin göstəricisi;
22:35 – İngiltərə bankının sədri Beylinin çıxışı.
12 oktyabr
10:00 – Təkrar emal sektorunda istehsal həcmi (avqust);
10:00 – Ümumi Daxili Məhsul göstəricisi.
15 oktyabr
17:00 – İngiltərə bankının sədri Beylinin çıxışı.
Ötən həftə İngiltərə bankının rəsmi nümayəndəsi açıqlamasında bildirib ki,
Maliyyə nazirliyinin büdcə ilə bağlı planları İngiltərə iqtisadiyyatına 3 il ərzində ciddi təsirini göstərəcək.
Yüksək inflyasiyanın qarşısını almaq məqsədilə iqtisadiyyata mənfi təsirlərini nəzərə alaraq, bank faiz artımı istiqamətində addımlarını davam etdirəcək.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1400, 1.1740
- Eniş hədəfləri: 1.0750, 1.0320
12 oktyabr
16:30 – İstehsalçı Qiymət indeksi (sentyabr);
22:00 – FOMS protokol dərci.
13 oktyabr
16:30 – İstehlakçı Qiymət indeksi (sentyabr);
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;
19:00 – Xam neft ehtiyatları.
14 oktyabr
16:30 – Pərakəndə Satış baza indeksi (sentyabr);
16:30 – Pərakəndə Satış Həcmi (sentyabr).
Ötən həftə ABŞ əmək bazarında açıqlanan göstəricilər gözləntinin qismən üzərində açıqlandı.
Belə ki, işsizlik səviyyəsi sentyabr ayı üçün 3.5% (daha öncə 3.7%),
yeni iş yerlərinin sayında isə qismən artım müşahidə olunaraq 263 000 (gözlənti 250 000) təşkil etdi.
Dollar indeksi ötən həftə 0.4% , ümumilikdə isə cari il ərzində 18% bahalaşıb.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 113.70, 114.70
- Eniş hədəfləri: 111.50, 110.00
Qızıl cari ilin 9 ayı ərzində cəmi 9.5% dəyər itirib ki, bu da səhm,
istiqraz və digər bazarlarda baş verən xaotik dəyişiklərlə müqaisədə daha stabil mövqedə qalmağının göstəricisidir.
Dünya iqtisadiyyatının resessiyaya (iqtisadiyyatın inkişafında ləngimə) doğru getməsi fonunda qızılın təkrar dəyərə minməsi investorlar üçün cəlbedici ola bilər.
Lakin hazırda bankların faiz dərəcəsi ilə bağlı rəqabətli ortamı qızılı təzyiq altında saxlamağa davam etdirir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1730.00, 1770.00
- Eniş hədəfləri: 1675.00, 1620.00
Ötən həftə neft həftənin ilk yarısında OPEK+ toplantı gözləntisində, həftənin 2-ci yarısı isə qərar açıqlaması ilə bahalaşmanı bərpa etdi.
Belə ki, OPEK+ üzv ölkələr noyabr üçün günlük hasilat həcmini 2 mlrd barel azaltmaq qərarına gəlib.
Bu göstərici pandemiya başlayan dövrdən indiyədək azalma istiqamətində ən yüksək göstərici hesab olunur.
Həm Brent, həm də WTI makralı neft ötən həftəni təqribən 11% bahalaşma ilə tamamlayıb.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 107.00, 114.00
- Eniş hədəfləri: 88.40, 77.40
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 101.00, 109.00
- Eniş hədəfləri: 80.85, 68.00
Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.