Foreks bazarının həftəlik təqvimi və analitikası 05.12.2022 - 11.12.2022
Ötən həftə ABŞ əmək bazarından açıqlanan göstəricilərdən bəlli oldu ki, noyabr ayında işsizlik səviyyəsində dəyişiklik olmasa da, yeni iş yerlərinin sayında artım müşahidə olunub.
Cari həftədə bir çox iqtisadi göstəricilər açıqlanacaq və bu da öz növbəsində maliyyə bazarlarında dinamikanı yüksəldə bilər.
Uforexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
Avrozona
05 dekabr
05:45 – AMB-nın sədri Laqardın çıxışı
08 dekabr
16:00 - AMB-nın sədri Laqardın çıxışı
Noyabr ayı ərzində avro dollara nisbətdə 5.3% bahalaşıb ki, bu göstərici 2010-cu ildən ən yüksək artım göstəricisi hesab olunur. Statistik məlumatlara görə, avro dekabr aylarında artım sərgiləyir. Cari ilin dekabrında da avronun artım istiqamətində hərəkətinin davamını gözləmək olar. Təbii ki, AMB, FES-in kritik açıqlamaları, eləcə də Avropadakı enerji böhranının kəskinləşməsi müşahidə olunmazsa.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 1.0650, 1.0800
- eniş hədəfləri 1.0350, 1.0200
Britaniya
05 dekabr
13:30 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (noyabr)
06 dekabr
13:30 - Tikinti sektorunda Biznes Aktivliyi İndeksi (noyabr)
Funt ötən həftəni artım istiqamətində tamamlayıb. Belə ki, dollara nisbətdə təqribən 1% dəyər qazanaraq 1.2300 səviyyəsinə qədər yüksəlib. Bu göstərici avqust ayının 12-dən ən yüksək göstərici hesab olunur.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 1.2450, 1.2700
- eniş hədəfləri 1.1900, 1.1700
ABŞ
07 dekabr
19:30 – Xam neft ehtiyatları
08 dekabr
17:30 - İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
09 dekabr
17:30- İstehsalçı Qiymət İndeksi (noyabr)
Ötən həftə açıqlanan əmək bazarı göstəriciləri dollar indeksini dəstəklədi. Belə ki, həftənin əvvəlində Pauel çıxışında qeyd etmişdi ki, dekabr ayında faiz artımı istiqamətində yumşalmalar ola bilər və ehtimal olunan faiz artımı 50 baza vahidi qədər ehtimal olunurdu. Əmək bazarından gələn müsbət siqnallar isə faiz artımı göstəricisinin daha aşağı olacağı ehtimalını gücləndirir.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 105.50, 107.00
- eniş hədəfləri 104.00, 103.00
Kanada
07 dekabr
19:00 - Kanada Bankının Uçot faiz dərəcəsi ilə bağlı açıqlaması
08 dekabr
19:00 – Biznes Aktivliyi İndeksi İVEY (noyabr)
Kanada dolları ötən həftə neytral səviyyədə ticarət olunub. Belə ki, neftin qiymətində müşahidə olunan zəif artım Kanada dollarını dəstəkləyib. Cari həftə Kanada Bankının faiz dərəcəsini 50 baza vahidi qədər yüksəltməsi gözlənilir.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 1.3650, 1.3800
- eniş hədəfləri 1.3240, 1.3100
Avstraliya
06 dekabr
07:30 – Avstraliya Ehtiyat Bankının Uçot faiz dərəcəsi ilə bağlı açıqlaması
07 dekabr
04:30 – Ümumi Daxili Məhsul göstəricisi (3-cü rüb)
Avstraliya dolları ötən həftə dəyər qazanaraq 0.684 səviyyəsinədək yüksəlib ki, bu da 13 sentyabrdan ən yüksək səviyyə hesab olunur. Cari həftədə Avstraliya Ehtiyat Bankının faiz
dərəcəsini 25 baza vahidi qədər yüksəldəcəyi gözlənilir.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 0.6900, 0.7030
- eniş hədəfləri 0.6650, 0.6500
Yaponiya
08 dekabr
03:50 - Ümumi Daxili Məhsul göstəricisi (3-cü rüb)
Yapon yenası cari il ərzində ümumilikdə 15% ucuzlaşsa da, noyabr ayı əzində 6.5% bahalaşma müşahidə olunub. Son iki ay ərzində Yaponiya şirkət səhmlərinə investorlar tərəfindən maraq yüksəlib.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 137.40, 141.00
- eniş hədəfləri 131.50, 127.50
Qızıl
Ötən həftə FES rəhbəri Pauelin çıxışından sonra qızıl təqribən 1% bahalaşaraq, 3 aylıq maksimumuna qədər yüksəlib. Proqnozlara əsasən, cari ilin sonunadək qızılın bahalaşması davamlı xarakterli olaraq qala bilər. Belə ki, qızıla olan fiziki maraq, eləcə də bankların qızıl ehtiyatlarını artırması və investorlar tərəfindən qızıla investisiyanın yüksəlməsi kimi göstəricilər qızılın dəyərinin yüksəlməsini dəstəkləyir.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 1845.00, 1890.00
- eniş hədəfləri 1740.00, 1695.00
Neft
OPEK+ üzv ölkələr yenidən görüşüb. Bu görüş onlayn rejimdə keçirilib və 20 dəqiqə davam edib. Beləliklə, oktyabr ayında qəbul olunan günlük hasilat həcminin 2 mln. barel azaldılması qərarı noyabr ayından başlayaraq dəyişilməz saxlanılıb. OPEK+ üzv ölkələrin tam canlı görüşü 4 iyun tarixinə təyin olunub.
Cari həftənin gözləntiləri: (Brent)
- artım hədəfləri 91.00, 98.00
-eniş hədəfləri 81.00, 71.00
Cari həftənin gözləntiləri: (WTI)
- artım hədəfləri 85.00, 92.00
- eniş hədəfləri 73.00, 62.00
Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.