Foreks bazarının həftəlik təqvimi və analitikası 06.02.2023 - 12.02.2023
Ötən həftə Avropa Mərkəzi bankı, İngiltərə bankı və FES uçot faiz dərəcəsi ilə bağlı qərarlarını açıqladılar.
Bu fonda maliyyə bazarlarında yüksək volatillik müşahidə olundu.
Cari həftə eyni qərarlar Rusiya Mərkəzi bankı və Avstraliya Ehtiyat bankı tərəfindən açıqlanacaq.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
06 fevral
22:00 – AMB-nın sədri Laqardın çıxışı.
09 fevral
17:00 – Almaniya - İstehlakçı Qiymət indeksi (yanvar);
14:00 – AB liderlərinin sammiti.
10 fevral
14:00 – AB liderlərinin sammiti.
Avro ötən həftənin ilk yarısı dollara nisbətdə 1.2% yüksələrək 10 illik maksimum səviyyəsinə çatdı.
Lakin həftə sonuna doğru AMB uçot faiz dərəcəsini 50 baza vahidi qədər yüksəltsə də,
AMB-nin nümayəndələrinin açıqlamasına görə, hazırda inflyasiyanın iqtisadiyyata təzyiqi idarə edilə biləcək səviyyədədir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1080, 1.1200
- Eniş hədəfləri: 1.0650, 1.0500
06 fevral
13:30 – Tikinti sektorunda Biznes Aktivliyi indeksi (yanvar).
09 fevral
13:45 – Pul - kredit siyasəti ilə bağlı Komitə toplantısı.
10 fevral
11:00 – Ümumi Daxili Məhsul göstəricisi (4-cü rüb, illik);
11:00 – Təkrar emal sektorunda istehsal həcmi.
İngiltərə Mərkəzi bankı ötən həftə gözlənildiyi kimi faiz dərəcəsini 50 baza vahidi qədər yüksəltdi.
Buna baxmayaraq, ötən həftə ərzində funt 1.3% - ə yaxın ucuzlaşdı.
Bank rəsmiləri faiz dərəcəsinin artırılması istiqamətində sonlanmaya doğru müəyyən siqnallar verdilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2270, 1.2500
- Eniş hədəfləri: 1.1850, 1.1640
07 fevral
21:00 – FES rəhbəri Pauellin çıxışı.
08 fevral
19:30 – Xam neft ehtiyatları.
09 fevral
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
Ötən həftə ABŞ bazarı üçün 2 önəmli göstərici açıqlandı.
Belə ki, FES uçot faiz dərəcəsini gözlənildiyi kimi 25 baza vahidi qədər yüksəltdi.
Əmək bazarında açıqlanan pozitiv göstəricilər isə bazarın yüksək dinamikasına siqnal verdi.
Dollar indeksi ilə bərabər 20 illik xəzinə istiqrazları da 3.48% bahalaşdı.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 103.50, 104.50
- Eniş hədəfləri: 101.50, 100.50
06 fevral
19:00 – Biznes Aktivliyi indeksi – İVEY (yanvar).
10 fevral
17:30 – Məşğulluq göstəricisi (yanvar).
Kanada dolları ötən həftə qeyri müəyyən hərəkətlilik sərgilədi.
Belə ki, həftənin ilk yarısı dollara nisbətdə dəyər qazansa da,
həftə sonunda ABŞ əmək bazarında açıqlanan xəbərlər və eləcə də,
neftin dəyər itirməsi Kanada Dollarını təzyiq altında saxladı.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3450, 1.3620
- Eniş hədəfləri: 1.3220, 1.3100
06 fevral
04:30 – Pərakəndə Satış Həcmi.
07 fevral
07:30 – Avstraliya Ehtiyat bankının Uçot faiz dərəcəsi ilə bağlı açıqlama (fevral).
Avstraliya dollarında ötən həftə təqribən 1% yaxın ucuzlaşma müşahidə olundu.
Cari həftə Avstraliya Ehtiyat bankının faiz dərəcəsini 25 baza vahidi qədər yüksəldəcəyi ehtimal olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.7160, 0.7300
- Eniş hədəfləri: 0.6830, 0.6650
10 fevral
14:30 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama (fevral).
Rusiya Maliyyə Nazirliyinin açıqlamasına görə,
7 fevral – 6 mart tarixlərində rublu dəstəkləmək məqsədilə günlük 126.6 mln dollar həcmində xarici valyuta satışı icra edəcək.
Cari həftə Rusiya Mərkəzi bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 72.5000, 74.5000
- Eniş hədəfləri: 68.8000, 67.000
Dünya Qızıl Birliyinin açıqlamasına görə, 2022-ci ildə qızıla olan tələbat öncəki il ilə müqaisədə 18% artaraq 4741 tona çatıb.
Bu həcmin əsas hissəsi 2022-ci ilin 4-cü rübünə, daha dəqiq desək,
Mərkəzi bankların kütləvi şəkildə qızıl ehtiyatlarını artırma perioduna təsadüf edir.
Belə ki, yalnız 2022-ci il ərzində Mərkəzi banklar tərəfindən 1136 ton qızıl alınıb ki,
bu göstəricinin 417 tonu məhz 4-cü rübün göstəricisidir.
İnvestisiya məqsədli yatırımların həcmi isə 2022-ci ildə 10% yüksəlib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1895.00, 1950.00
- Eniş hədəfləri: 1840.00, 1800.00
Ötən həftə ərzində həm Brent, həm də WTI markalı neft 5%-dən çox dəyər itirib.
Dolların ucuzlaşması fonunda nefti təzyiq altında saxlayan əsas səbəblər ABŞ,
eləcə də iri neft istehlakçıları hesab olunan ölkələrdə iqtisadiyyatın zəif templərlə yüksəlməsi,
eləcə də Britaniya, Avropa, Yaponiya və Kanadada resessiya göstəriciləridir.
Qeyd edək ki, Avrozona 5 fevral tarixində Rusiya neft məhsullarına qadağalar tətbiq etməyə hazırlaşır.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 85.50, 90.00
- Eniş hədəfləri: 75.50, 70.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 80.50, 86.00
- Eniş hədəfləri: 70.00, 65.50
Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.