Foreks bazarının həftəlik təqvimi və analitikası
Ötən həftə İngiltərə Bankı və Yaponiya höküməti yerli valyutalarını dəstəkləmək istiqamətində əsaslı addımlar atmaq qərarı aldılar.
Lakin nəticə etibarilə funt qismən dəyər qazansa da, yenanın istiqamətində dəyişiklik müşahidə olunmadı.
Cari həftədə diqqətlər Avstraliya və Yeni Zelandiya Ehtiyat banklarının açıqlamaları, eyni zamanda ABŞ əmək bazarının göstəricilərinə yönlənəcək.
UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
03 oktyabr
11:55 – Almaniya - İstehsal sektorunda Biznes Aktivliyi indeksi (setyabr).
06 oktyabr
15:30 – AMB-nın Pul-kredit siyasəti ilə bağlı toplantı protokolu.
Avro ötən həftə 4 aydan sonra ilk dəfə 1.32% dəyər qazanaraq ən yaxşı yüksəliş həftəsini sərgiləyib.
Buna baxmayaraq, Avropada enerji böhranı səbəbilə inflyasiya göstəricisi yüksəlməyə davam edir.
Almaniyada inflyasiya son 25 ilin ən yüksək səviyyəsinə çatıb.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.9900, 1.0100
- Eniş hədəfləri: 0.9670, 0.9500
03 oktyabr
12:30 - İstehsal sektorunda Biznes Aktivliyi indeksi (sentyabr).
05 oktyabr
12:30 – Xidmət sektorunda Biznes Aktivliyi indeksi (sentyabr).
06 oktyabr
12:30 – Tikinti sektorunda Biznes Aktivliyi indeksi (sentyabr).
Ötən həftə Britaniyanın dövlət istiqrazlarının dəyəri yüksəldi, funtun dəyəri isə sürətlə düşdü.
Britaniyanın yeni höküməti 50 ildə ilk dəfə verginin həcmini azaltmağı planlaşdırır.
İngiltərə bankı ötən həftə oktyabrın 14-nə qədər günlük 5 mlrd funt dəyərində uzunmüddətli dövlət istiqrazlarını alacağını açıqladı.
Bu addımla funtun dəyərinin ucuzlaşmasının qarşısını almaq niyyətindədirlər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1450, 1.1750
- Eniş hədəfləri: 1.0890, 1.0530
03 oktyabr
18:00 – İstehsal sektorunda Biznes Aktivliyi indeksi (sentyabr).
04 oktyabr
18:00 – Əmək birjasında yeni vakansiyaların sayı – JOLTS (avqust).
05 oktyabr
16:15 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi - ADP (sentyabr);
18:30 – Xam neft ehtiyatları.
06 oktyabr
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
07 oktyabr
16:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (sentyabr);
16:30 – İşsizlik səviyyəsi (sentyabr).
Dollar indeksi cari il ərzində 18% dəyər qazanıb ki, bu son 20 ilin ən yüksək göstəricisi hesab olunur.
Maliyyə bazarlarında Amerikanın yüksələn inflyasiya və eyni zamanda,
faiz dərəcəsinin davamlı artımı fonunda xaotik vəziyyət müşahidə olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 113.80, 115.00
- Eniş hədəfləri: 111.00, 109.80
06 oktyabr
18:00 – Biznes Aktivliyi indeksi – İVEY (sentyabr).
07 oktyabr
16:30 – Məşğulluq göstəricisi (sentyabr).
USD/CAD cütlüyü ötən həftə 2020-ci ilin iyun ayından ilk dəfə yenidən maksimum səviyyəyə doğru yüksəlib.
Kanada dollarının zəifləməsinə təsir edən əsas səbəb dünya bazarında neftin qismən dəyər itirməsidir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.4000, 1.4150
- Eniş hədəfləri: 1.3600, 1.3350
03 oktyabr
03:50 – İri qeyri-istehsalçı şirkətlərin əhval-ruhiyyəsi indeksi – Tankan (3-cü rüb);
03:50 – İri istehsalçı şirkətlərin əhval-ruhiyyəsi indeksi – Tankan (3-cü rüb).
Yapon yenası ötən həftə ucuzlaşmağa davam etdi.
Yaponiya höküməti 1998-ci ildən ilk dəfə yenanın ucuzlaşmasının qarşısını almaq üçün intervensiya keçirdi.
Yaponiya bankı dünya tendensiyasından geri qalaraq hələ də faiz dərəcəsini aşağı səviyyədə saxlamağa davam edir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 146.00, 147.50
- Eniş hədəfləri: 141.50, 139.70
04 oktyabr
07:30 – Avstraliya Ehtiyat Bankının uçot faiz dərəcəsi ilə bağlı qərarı (oktyabr).
05 oktyabr
04:30 – Pərakəndə Satış Həcmi.
Avstraliya dolları ötən həftə 0.08% dəyər itirərək 0.6362 səviyyəsinədək eniş sərgilədi.
Bu, 2020-ci ilin aprel ayından indiyədək ən aşağı səviyyə hesab olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6640, 0.6850
- Eniş hədəfləri: 0.6250, 0.5980
05 oktyabr
05:00 – Yeni Zelandiya Ehtiyat Bankının açıqlaması.
05:00 – Yeni Zelandiya Ehtiyat Bankının uçot faiz dərəcəsi ilə bağlı qərarı.
Yeni Zelandiya dolları qonşu ölkədə olduğu kimi ötən həftə 0.1 % dəyər itirərək 0.5590 səviyyəsinə qədər ucuzlaşdı.
Lakin hər iki ölkənin mərkəzi bankları bu enişin qarşısını almaq məqsədilə faiz dərəcəsini artıqmaqda qərarlıdır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri 0.5850, 0.6050
- Eniş hədəfləri 0.5550, 0.5450
Mərkəzi bankların uçot faizi istiqamətində gedən mübarizəsi fonunda qızılkifayət qədər dəyər itirib.
Belə ki, cari ilin mart ayında müşahidə olunan pik səviyyədən sonra qızıl 20% dəyər itirib.
Lakin ötən həftə İngiltərə bankının açıqlamasından sonra investorların qızıla olan marağı artıb.
Britaniya Maliyyə nazirinin milli iqtisadiyyatın dəstəklənməsi üçün planlarını açıqladıqdan sonra funt sürətlə dəyər itirməyə başladı.
Eyni zamanda, İngiltərə bankı istiqraz bazarının tənəzzülə uğramasının qarşısını almaq üçün müdaxilə etmək məcburiyyətində qalıb.
Belə qeyri-stabil ortam qızıl külçələrə olan tələbin artmasına və qızılın dəyərinin yüksəlməsinə şərait yaradıb.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1690.00, 1735.00
- Eniş hədəfləri: 1640.00, 1580.00
Cari həftə 5 oktyabr tarixində OPEK+ üzv ölkələrin toplantısı keçiriləcək. 2020-ci ilin mart ayından ilk dəfə olaraq toplantı onlayn rejimdə deyil,
canlı olaraq Vyanada keçiriləcək. Səudiyyə Ərəbistanın rəhbərliyi altında 23 ölkə nümayəndəsinin iştirakı nəzərdə tutulan toplantıda Rusiyanın iştirakı sual altındadır.
Cari toplantıda neftin qiymətində enişin qarşısını almaq məqsədilə günlük hasilat həcminin minimum 500000 barel azaldılması təklifi müzakirə oluna bilər.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 95.00, 104.00
- Eniş hədəfləri: 77.00, 71.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 88.00, 97.00
- Eniş hədəfləri: 70.00, 62.00
Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.