Foreks bazarının həftəlik təqvimi və analitikası 13.02.2023 - 19.02.2023
Hörmətli treyderlər.
Ötən həftə Avstraliya Ehtiyat Bankı uçot faizini 25 baza vahidi qədər yüksəltdiyi halda, Rusiya bankı faiz dərəcəsini eyni səviyyədə saxladı.
Cari həftə maliyyə bazarlarında inflyasiya göstəriciləri açıqlanacaq.
UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
Avrozona
15 fevral
18:00 – AMB-nın sədri Laqardın çıxışı
Avropa ötən həftə yenidən enerji böhranı yaşayıb. Belə ki, Norveçdə qaz yataqlarının birində hasilatın dayandırılması şərqi Avropanın qaz təminatında çətinliklər yaradıb. Eyni zamanda, Britaniyanın terminallarının birinin zərər çəkməsi nəticəsində günlük 6 mln kub metr qaz təminatında fasilə yaranıb.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 1.0830, 1.1030
- eniş hədəfləri 1.0500, 1.0300
Britaniya
14 fevral
11:00 – İşsizlik müavinətləri üzrə müraciətlərin sayı
15 fevral
11:00 – İstehlakçı Qiymət İndeksi (yanvar)
17 fevral
11:00 – Pərakəndə Satış Həcmi (yanvar)
Ötən həftə açıqlanan statistik məlumatlara görə, Ümumi Daxili Məhsul göstəricisi 3-cü rüb ilə müqayisədə 4-cü rübdə dəyişilməyib. Lakin 2022-ci il ilə müqayisədə 0.4% artım müşahidə olunub. Sənaye istahsal həcmi dekabr ayında 0.3% yüksəlsə də, illik göstəricinin 4% zəiflədiyini göstərir.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 1.2200, 1.2450
- eniş hədəfləri 1.1700, 1.1400
ABŞ
14 fevral
17:30 - İstehlakçı Qiymət İndeksi (yanvar)
15 fevral
17:30 – Pərakəndə Satış Baza İndeksi (yanvar)
17:30 – Pərakəndə Satış Həcmi (yanvar)
19:30 – Xam neft ehtiyatları
16 fevral
17:30 – İstehsalçı Qiymət İndeksi (yanvar)
Dollar artıq 2-ci həftədir ki, artım istiqamətində hərəkətini davam etdirir. Bütün diqqətlər cari həftə açıqlanacaq inflyasiya göstəricilərinə yönlənib. FES mart toplantısında inflyasiya və əmək bazarı göstəricilərini nəzərə alaraq pul-kredit siyasəti istiqamətində yeni qərarlar qəbul edə bilər. Eyni zamanda, FES cari il üçün faiz dərəcəsi proqnozlarını 5.1% üzərinə yüksəldib.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 105.50, 108.00
- eniş hədəfləri 100.70, 98.00
Yaponiya
14 fevral
03:50 – Ümumi Daxili Məhsul göstəricisi (4-cü rüb)
Yapon yenası ilə ötən həftə neytral səviyyədə ticarət olunub. Cari həftə Yaponiya höküməti parlamentə Mərkəzi bankın yeni sədrini təqdim edəcək. Eyni zamanda, açıqlanan statistik göstəricilərə görə, yanvar ayı ərzində topdan satış qiymətləri 9.5% yüksəlib ki, bu da inflyasiyanın hələ də pik səviyyələrdə olduğuna işarədir.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 133.30, 137.50
- eniş hədəfləri 129.00, 127.00
Avstraliya
16 fevral
04:30 – Məşğulluq göstəricisi (yanvar)
Ötən həftə Avstraliya Ehtiyat bankı faiz dərəcəsini gözlənildiyi kimi 25 baza vahidi qədər yüksəltdi və beləliklə, 10 ilin maksimumu sayılan 3.35% səviyyəsinə çatdırdı. Bankın açıqlamasına görə, mövcud inflyasiya göstəricisi hələ də yüksək olduğu üçün növbəti toplantılarda sərt addımların davamı gözlənilir.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 0.7020, 0.7150
- eniş hədəfləri 0.6850, 0.6700
Qızıl
Proqnozlara görə, qızıl 2023-cü ilin ən yaxşı aktivi hesab oluna bilər. Belə ki, ehtimallara görə, inflyasiyanın geriləməsi və FES-in pul-kredit siyasətində geriyə doğru addım atması qızıla olan marağı yüksəldə bilər. Digər tərəfdən, Mərkəzi banklar da müvafiq olaraq qızıl ehtiyatlarını artırmağa davam edir. Belə ki, Çin yanvar ayında daha 2025 ton qızıl əldə edib.
Cari həftənin gözləntiləri:
- artım hədəfləri 1900.00, 1950.00
- eniş hədəfləri 1835.00, 1780.00
Neft
Ötən həftə neftin qiyməti 2.5$ bahalaşıb. Belə ki, Rusiyadan gələn məlumatlara görə, mart ayında günlük hasilat həcmi 500 min barel azaldılacaq. Ötən il tətbiq olunan sanksiyalara baxmayaraq, Rusiyada hasilat həcmi 2% yüksələrək 535 mln barel təşkil edib. Bu göstərici əsasən Asiya ölkələridən, xüsusilə Hindistan və Çindən tələbatın yüksəlməsi nəticəsində meydana gəlib. Digər tərəfdən, OPEK-in rəsmilərinin açıqlamasına görə, cari il günlük tələbat həcmi 102 mln barel üzərində ola bilər.
Cari həftənin gözləntiləri: (Brent)
- artım hədəfləri 89.00, 97.00
- eniş hədəfləri 83.00, 78.00
Cari həftənin gözləntiləri: (WTI)
- artım hədəfləri 83.00, 90.00
- eniş hədəfləri 75.00, 70.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.