Foreks bazarının həftəlik təqvimi və analitikası 14.11.2022 - 20.11.2022
Ötən həftə ABŞ da açıqlanan inflyasiya göstəricisi ümumilikdə ölkədə inflyasiyanın qismən ləngiməsinə işarə verirdi.
Cari həftədə bir sıra ölkələrdə inflyasiya ilə bağlı göstəricilər açıqlanacaq.
UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
15 noyabr
14:00 – Almaniya - İqtisadi əhvali-ruhiyyə indeksi (noyabr).
16 noyabr
19:00 – AMB-nın sədri Laqardın çıxışı.
17 noyabr
14:00 – İstehlakçı Qiymət indeksi (oktyabr).
18 noyabr
12:30 – AMB-nın sədri Laqardın çıxışı.
Avropa Birliyinin ötən həftə cümə günü açıqladığı 3-cü rüb üçün iqtisadi proqnozlarına görə, hazırda iqtisadiyyat çətin fazadadır.
Belə ki, 2023-cü ildə iqtisadiyyatın yalnız 0.3% artacağı proqnozlaşdırılır.
İnflyasiyanın isə gözlənilən səviyyəyə (3%) enməsi, yalnız 2024-cü il üçün ehtimal olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0460, 1.0600
- Eniş hədəfləri: 1.0100, 0.9900
15 noyabr
11:00 – İşsizlik müavinətləri üzrə müraciətlərin sayı (oktyabr).
16 noyabr
11:00 – İstehlakçı Qiymət indeksi (oktyabr);
18:15 – İngiltərə bankının sədri Beylinin çıxışı;
18:15 – İnflyasiya ilə bağlı hesabatın dinlənilməsi.
17 noyabr
16:30 – Büdcə proqnozları.
18 noyabr
11:00 – Pərakəndə Satış Həcmi (oktyabr).
Funt ötən həftəni artım istiqamətində tamamladı.
Cari həftədə diqqətlər dövlət büdcəsi ilə bağlı proqnozlara yönlənəcək.
Belə ki, büdcə ilə bağlı son açıqlamalardan sonra (sentyabr) funt sürətlə dəyər itirmişdi.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2000, 1.2300
- Eniş hədəfləri: 1.1350, 1.1050
15 noyabr
17:30 – İstehsalçı Qiymət indeksi (oktyabr).
16 noyabr
17:30 – Pərakəndə Satış Həcmi (oktyabr);
19:30 – Xam neft ehtiyatları.
17 noyabr
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
Ötən həftə ABŞ-da açıqlanan inflyasiya göstəricisi dolların dəyər itirməsinə səbəb oldu.
2 gün ərzində dollar digər valyutalara nisbətdə 3% dəyər itirib.
Qeyd edək ki, cari ilin əvvəlindən dollar indeksi 19 % bahalaşıb.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 107.50, 109.00
- Eniş hədəfləri: 105.00, 104.10
16 noyabr
17:30 – İstehlakçı Qiymət baza indeksi (oktyabr).
Ötən həftə Kanada bankının sədri Maklem açıqlamasında bildirib ki, ölkədə işsizlik səviyyəsi yaxın aylarda artacaq.
Bu situasiya 2023-cü ilin ilk yarısına qədər davam edə bilər.
Eyni zamanda, inflyasiyaya qarşı mübarizədə Mərkəzi Bank faiz artımı siyasətini davam etdirəcək.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3400, 1.3600
- Eniş hədəfləri: 1.1700, 1.2000
Yaponiya
15 noyabr
03:50 – Ümumi Daxili Məhsul göstəricisi (3-cü rüb).
Ötən həftə Yaponiyanın Maliyyə naziri açıqlamasında bildirib ki, bazarın ümumi dinamika nəzarətimizdədir.
Belə ki, valyuta intervensiyasının keçirilməsi Mərkəzi Bank tərəfindən Maliyyə nazirliyinin göstərişi ilə icra olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 143.00, 146.00
- Eniş hədəfləri: 137.00, 134.00
Avstraliya
15 noyabr
04:30 – Pul-kredit siyasəti ilə bağlı toplantı protokolu.
17 noyabr
04:30 – Məşğulluq göstəricisi (oktyabr).
Ötən həftə Avstraliya Ehtiyat bankının rəsmi nümayəndəsinin açıqlamasına görə, faiz dərəcəsinin artımı istiqamətində addımlar davam etdiriləcək,
lakin ümumilikdə elə bir səviyyəyə yaxınlaşırıq ki, faiz artımında fasilə verib, gözləmə mövqeyinə keçə bilərik.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6820, 0.7030
- Eniş hədəfləri: 0.6565, 0.6380
Bir çox analitiklərin fikrinə görə, hazırda qızılın qiyməti digər investisiya aktivləri ilə müqaisədə çox aşağıdır və hazırki period qızılın bahalaşması üçün uyğun vaxtdır.
Ötən həftə Dünya Qızıl Şurasının açıqlamasına görə, 2022-ci ilin iyul-sentyabr aylarında Mərkəzi banklar tərəfindən 400 ton qızıl alınıb.
Bu 2000-ci ildən indiyədək ən yüksək göstərici hesab olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1805.00, 1840.00
- Eniş hədəfləri: 1740.00, 1690.00
Neft ötən həftənin ilk yarısında ucuzlaşsa da, həftənin cümə gününə 3%-dən çox dəyər qazandı.
Buna əsas səbəb ki, Çində COVİD-lə bağlı məhdudiyyətlərin yumşaldılması, eyni zamanda dolların dəyər itirməsi oldu.
Digər tərəfdən, Səudiyyə Ərəbistanın energetika naziri bildirib ki, OPEK+ hasilat həcmində hələki dəyişiklik nəzərdə tutmur,
lakin ümumilikdə dünya iqtisadiyyatının qeyri-satbilliyi bu situasiyanı dəyişə bilər.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 99.00, 106.00
- Eniş hədəfləri: 91.00, 85.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 93.00, 99.00
- Eniş hədəfləri: 82.00, 76.00
Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.