Foreks bazarının həftəlik təqvimi və analitikası 16.01.2023 - 22.01.2023

Ötən həftə maliyyə bazarlarında canlanma müşahidə olundu.

Belə ki, həm neft bazarında qiymət artımı, həm də ABŞ-da inflyasiyada müşahidə olunan ləngimə diqqətdən kənarda qalmadı.

Cari həftədə yüksək dimamika müşahidə oluna bilər.

Bir sıra ölkələrin açıqlanacaq inflyasiya göstəriciləri bazarın aktivliyinə səbəb ola bilər.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

16 yanvar

14:00 – Almaniya - İqtisadi əhval-ruhiyyə indeksi (ZEW) (yanvar).

17 yanvar

11:00 – Almaniya - İstehlakçı Qiymət indeksi (dekabr).

18 yanvar

14:00 – İstehlakçı Qiymət indeksi (dekabr).

19 yanvar

14:30 – AMB-nın sədri Laqardın çıxışı;

16:30 – AMB-nın Pul-kredit siyasəti ilə bağlı toplantı protokolunun dərci.

20 yanvar

14:00 – AMB-nın sədri Laqardın çıxışı.

Avro dollara nisbətdə 2 illik minimum səviyyədən sonra təqribən 15% bahalaşıb.

ABŞ inflyasiya göstəricisi dərc olunduqdan sonra avro ötən ilin may ayının qiymət sərhəddi (1.0785) üzərində qərarlaşıb.

Avro üçün növbəti artım hədəfi aprel ayının maksimum səviyyəsi ( 1.1075) hesab oluna bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1050, 1.1200

- Eniş hədəfləri: 1.0700, 1.0500

Böyük Britaniya

17 yanvar

11:00 – İstehlakçı Qiymət indeksi (dekabr);

11:00 – Mükafatlar nəzərə alınmaqla orta aylı əmək haqqı göstəricisi (noyabr);

11:00 – İşsizlik müavinəti üzrə müraciətlərin sayı (dekabr).

18 yanvar

11:00 – İstehlakçı Qiymət indeksi (dekabr).

20 yanvar

11:00 – Pərakəndə Satış həcmi (dekabr).

Ötən həftə açıqlananan məlumatlara görə, Britaniya iqtisadiyyatında noyabr ayı ərzində qismən artım müşahidə olunub ki,

bu da öz növbəsində funtu dəstəkləyərək dollara nisbətdə 0.25 % dəyər qazanmasına səbəb olub.

Cari həftə açıqlanacaq bir sıra önəmli göstəricilər funtun istiqamətini qismən dəstəkləyə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2450, 1.2650

- Eniş hədəfləri: 1.1880, 1.1650

ABŞ

18 yanvar

17:30 – Pərakəndə Satış həcmi (dekabr);

17:30 – Pərakəndə Satış Baza indeksi (dekabr);

17:30 – İstehsalçı Qiymət indeksi (dekabr).

19 yanvar

17:30 – İşsizlik müavinəti üzrə ilkin müraciətlərin sayı;

20:00 – Xam neft ehtiyatları.

Ötən həftə açıqlanan inflyasiya göstəricisi göstərdi ki, ABŞ-da qiymət təzyiqi qismən zəifləyib.

Bu isə öz növbəsində FES-in faiz artımı istiqamətində sərt addımlarını zəiflətməsi üçün əlverişli ortam yaradır.

Dollar indeksi ucuzlaşdığı halda, 10 illik xəzinə istiqrazları bahalaşıb.

İstiqrazların gəlirliyi isə 3.418%-ə enib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 103.00, 104.60

- Eniş hədəfləri: 101.40, 100.50

Kanada

17 yanvar

17:30 – İstehlakçı Qiymət Baza indeksi (dekabr).

20 yanvar

17:30 – Pərakəndə Satış Baza indeksi (noyabr).

USD/CAD cütlüyü ötən həftəni neytral tonlarda tamamlayıb.

Həftənin sonlarına doğru neftin qiymətinin artması Kanada dollarını dəstəkləyib.

Növbəti həftə Kanada bankı faiz dərəcəsi ilə bağlı qərar açıqlayacaq,

lakin ehtimallara görə cari ayda hər hansı bir dəyişiklik gözlənilmir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3500, 1.3700

- Eniş hədəfləri: 1.3230, 1.3080

Avstraliya

19 yanvar

04:30 – Məşğulluq göstəricisi (dekabr).

Avstraliyada ötən həftə açıqlanan məlumatlara görə, Pərakəndə satış həmci gözləntinin üzərinə yüksəlib.

Bu da ilk növbədə Çinlə Avstraliya arasında ticarət əlaqələrinin bərpa olunması fonunda mümkün olur.

Növbəti həftə inflyasiya ilə bağlı göstəricilər açıqlanacaq.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.7030, 0.7130

- Eniş hədəfləri: 0.6830, 0.6700

Yaponiya

18 yanvar

07:00 – Yaponiya bankının iqtisadi perspektivlər haqda hesabatı;

07:30 – Yaponiya bankının mətbuat konfransı.

Ötən həftə Yaponiya yenası dollara nisbətdə sürətli bahalaşması ilə investorların diqqətini cəlb edib.

Digər tərəfdən, 10 illik Dövlət istiqrazlarının qiyməti Yaponiya bankı tərəfindən təyin olunan sərhəddin üzərinə keçib.

Yaponiya bankı isə öz növbəsində spekulyativ intervensiyalar keçirərək bazarda qeyri stabilliyə şərait yaradır və ehtimallara görə,

artıq cari həftə pul-kredit siyasətinə müəyyən dəyişikliklər edə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 133.00, 137.00

- Eniş hədəfləri: 126.00, 122.00

Türkiyə

15:00 – Overnight üzrə faiz dərəcəsi (yanvar);

15:00 – Həftəlik REPO faiz dərəcəsi (yanvar).

Türkiyədə inflyasiya 1995-ci ildən indiyədək ən sürətli templə enişə keçib,

noyabr ayı ilə müqaisədə (84.4%) dekabrda İstehlakçı qiymətləri 64.3%-ə enib.

Bu tempin nisbətən zəifləyəcəyi ehtimal olunur.

Belə ki, iyun ayında keçiriləcək prezident seçkiləri səbəbiylə hökümət xərcləri artırmağa hazırlaşır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 19.0000, 19.3000

- Eniş hədəfləri: 18.5000, 18.2000

Qızıl

Qızıl ötən həftəni 8 ayın maksimum səviyyəsinə qədər bahalaşma ilə tamamlayıb.

Belə ki, ABŞ-da iflyasiya göstəricisi açıqlandıqdan sonra qızıl 1920$ qiymət sərhəddi üzərində qərarlaşıb.

Qiymət artımının digər səbəbi isə bazarda qızıla olan marağın yüksəlməsidir.

Çin 3 illik fasilədən sonra 2 ay ərzində 30 tondan çox qızıl alıb.

Mövsümi olaraq da bir daha təsdiq olundu ki, yanvar ayı qızıl üçün müsbət istiqamətdə əlverişli aydır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1935.00, 1970.00

- Eniş hədəfləri: 1870.00, 1830.00

Neft

Neft bazarında cari ilin əvvəlindən aktiv dinamika müşahidə olunur.

Belə ki, Çin pandemiya sonrası periodda sərhədlərin açılması səbəbilə turistlərin ölkəyə gəlişini dəstəkləyir.

Proqnozlara görə, cari ildə Çin günlük neft alış həcmini 800 000 barel artıraraq 16 mln b/g çatdırmağa niyyətlidir.

Cari ildə neftin qiymətinə təsir edən əsas faktorlar Çinin iqtisadi artımı ilə yanaşı,

OPEK-in siyasəti, eyni zamanda Rusiyaya tətbiq olunan sanksiyalar ola bilər.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri 88.00, 93.00

- Eniş hədəfləri 81.00, 75.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri 85.00, 90.00

- Eniş hədəfləri 75.00, 70.00

Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 16.01.2023 - 22.01.2023

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 16.01.2023 - 22.01.2023

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 16.01.2023 - 22.01.2023

Thank You!

Your form has been succesufully send