Foreks bazarının həftəlik təqvimi və analitikası 21.11.2022 - 27.11.2022
Ötən həftə maliyyə bazarlarında qeyri-stabil dinamika müşahidə olunurdu.
Dollar indeksi dəstək taparaq bahalaşdığı halda, Neft 90$ altında ticarət olunurdu.
Cari həftə ABŞ-da həftə sonu qeyri-iş günləri (“Şükranlıq günü” ) ilə əlaqədar bazar dinamikasının zəifləməsi ehtimalı olduğu halda,
digər tərəfdən Türkiyə və Yeni Zelandiyada uçot faiz dərəcəsi ilə bağlı qərar açıqlanacaq.
UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
23 noyabr
12:30 – Almaniya – İstehsal sektorunda Biznes Aktivliyi indeksi (noyabr).
24 noyabr
13:00 – Almaniya – Biznes əhval-ruhiyyəsi indeksi (noyabr).
25 noyabr
11:00 – Almaniya – Ümumi Daxili Məhsul göstəricisi (3-cü rüb).
AMB-nin sədri Laqard ötən həftə çıxış edərək bildirib ki, hazırda Avropada inflyasiya çox yüksək səviyyədədir.
Bu da Avropada resessiya riskini yüksəldir.
Lakin inflyasiya ilə mübarizədə fiskal siyasətlə bağlı addımlar davam etdiriləcək.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0450, 1.0600
- Eniş hədəfləri: 1.0200, 1.0000
24 noyabr
01:30 – İstehsal sektorunda Biznes Aktivliyi indeksi;
01:30 – Xidmə sektorunda Biznes Aktivliyi indeksi.
Ötən həftə Britaniyanın yeni büdcə planları açıqlandı.
Maliyyə Naziri Ceremi Hant ölkənin yeni büdcə planını təqdim edərək bildirib ki,
iqtisadiyyatın stabilliyinə nail olmaq üçün “ağır qərarlar” qəbul olunub.
Yeni planlamaya görə, vergilərlə bağlı yeni tədbirlər nəzərdə tutulub,
həmçinin dövlət büdcəsindən əlavə olaraq 2.3 mlrd funt təhsil sektoruna ayrılacaq.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.2100, 1.2300
- Eniş hədəfləri: 1.1680, 1.1470
23 noyabr
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;
19:30 – Xam neft ehtiyatları;
23:00 – FOMC toplantı protokolunun dərci.
Ötən həftə Dollar indeksi təqribən 0.6% bahalaşıb ki, bu da oktyabr ayından indiyədək ən yüksək artım göstəricisidir.
Ötən həftə açıqlanan ABŞ-da Pərakəndə satış həcmi göstəricisində müşahidə olunan yüksəliş,
həmçinin daha öncəki həftə açıqlanan İstehlakçı Qiymət indeksi üzrə göstəricilər
FES-in faiz dərəcəsi ilə bağlı qərarlarında qismən yumşalma siyasətinə keçəcəyinə ehtimal yaradır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 107.60, 109.00
- Eniş hədəfləri: 105.70, 104.70
22 noyabr
17:30 – Pərakəndə Satış Baza indeksi (sentyabr).
Bir sıra iqtisadçıların proqnozlarına görə, 2023-cü ildə USDCAD cütlüyü 1.25 səviyyəsinədək eniş yaşaya bilər.
Buna səbəb, 2023-cü ildə enerji daşıyıcıları bazarlarının müsbət istiqamətdə artıma yönlənməsi və neftin qiymətinin 100$ üzərində olması ehtimalıdır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3450, 1.3630
- Eniş hədəfləri: 1.3100, 1.3000
Türkiyə
24 noyabr
15:00 – Overnight üzrə faiz dərəcəsi (sentyabr);
15:00 – Həftəlik REPO faiz dərəcəsi (sentyabr).
Türkiyədə inflyasiya oktyabr ayında 17 aylıq davamlı yüksəliş nəticəsində 85% üzərində qərarlaşıb.
İnflyasiyanın yüksəlməsinə təkan verən əsas səbəblər nəqliyyat xidməti,
ərzaq məhsulları və içkilərin qiymətlərində müşahidə olunan yüksəlişlərdir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 18.7000,18.9000
- Eniş hədəfləri: 18.3500, 18.1500
Yeni Zelandiya
23 noyabr
05:00 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama;
06:00 – Yeni Zelandiya Ehtiyat bankının mətbuat konfransı.
Yeni Zelandiyada hazırda inflyasiya göstəricisi 7.2% yüksəlib.
Qeyd edək ki, inflyasiya üçün uyğun göstərici 1-3% diapozonu aralığında təyin olunub.
Hazırda əmək bazarında da yüksək gərginlik müşahidə olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6270, 0.6350
- Eniş hədəfləri: 0.6030, 0.5900
Noyabr ayının ilk yarısında qızıl təqribən 9% bahalaşıb ki,
bu da 2020-ci ilin mart ayından indiyədək ən yüksək davamlı artım hesab olunur.
Lakin bu artım birbaşa olaraq dolların digər valyutalar qarşısında dəyər itirməsi və bu səbəbdən qızıla olan marağın yüksəlməsidir.
FES-in fiskal siyasətdə yumşaltma istiqamətinə keçməsi və resessiya fonunda qızılın 20-30% bahalaşacağı ehtimal olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1785.00, 1835.00
- Eniş hədəfləri: 1735.00, 1680.00
Neft ötən həftəni eniş istiqamətində tamamladı.
Belə ki, cümə günü neft təqribən 3% dəyər itirib.
Səbəb olaraq, Çinin hələ də COVİD-lə bağlı mövcud duruma əsasən tələbin həcminin azalması,
eyni zamanda FES-in aqressiv siyasətinin hələ də gündəmdə olmasıdır.
Brent markalı neft 2%, WTI markalı neft isə 1.9% ucuzlaşıb.
2 həftənin nəticəsi olaraq isə Brent markalı neft 8%, WTI markalı neft isə 10% dəyər itirib.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 91.00, 97.00
- Eniş hədəfləri: 82.00, 76.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 85.00, 93.00
- Eniş hədəfləri: 76.00, 68.00
Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.