Foreks bazarının həftəlik təqvimi və analitikası
Ötən həftə diqqət çəkən əsas maliyyə göstəriciləri ABŞ inflyasiya göstəricisi (gözləntinin üzərində açıqlandı 8.3%),
həmçinin Rusiya Bankının uçot faiz dərəcəsi ilə bağlı qərarı (50 baza vahidi qədər azaltdı) oldu.
Cari həftədə maliyyə bazarlarında yüksək volatillik müşahidə olunacaq.
Belə ki, İngiltərə, İsveçrə, Yaponiya, Türkiyə Mərkəzi Bankları və FES-in Uçot faiz dərəcəsi ilə bağlı qərarları açıqlanacaq.
UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
20 sentyabr
21:00 – AMB-nın sədri Laqardın çıxışı.
23 sentyabr
11:30 – Almaniya – İstehsal sektorunda Biznes Aktivliyi indeksi (sentyabr).
AMB-nın sədri Laqard ötən həftə açıqlamasında bildirdi ki, hazırda tələb və təklif arasında ziddiyətlər var və
əsas məqsəd bu istiqamətdə balansın bərpa olunmasıdır.
Bu proses qiymətlərin artımına gətirib çıxarsa da, prioritet sayılan qiymət stabilliyi üçün əlverişli ortam yarada bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0100, 1.0260
- Eniş hədəfləri: 0.9900, 0.9600
22 sentyabr
15:00 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama (sentyabr);
15:00 – Pul-kredit siyasəti ilə bağlı Komitə toplantısının protokolu.
23 sentyabr
12:30 – İstehsal sektorunda Biznes Aktivliyi indeksi;
12:30 – Xidmət sektorunda Biznes Aktivliyi indeksi.
Funt sterlinq ötən həftə dollara nisbətdə 1% dəyər itirərək 1985-ci ilin minimum səviyyəsi sayılan 1.1350 $ səviyyələrində ticarət olunurdu.
Belə ki, Britaniyada Pərakəndə satış həcmi avqust ayı ərzində 1.6% (gözlənti 0.5%) aşağı düşüb.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1700, 1.1900
- Eniş hədəfləri: 1.1300, 1.1150
21 sentyabr
18:30 – Xam neft ehtiyatları;
22:00 – FES-in Uçot faiz dərəcəsi ilə bağlı qərarı;
22:00 – FOMS-un iqtisadi proqnozları və açıqlaması;
22:30 – FOMS-un mətbuat konfransı.
22 sentyabr
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
23 sentyabr
22:00 – FES- rəhbəri Pauellin çıxışı.
Dollar indeksi ötən həftə sonu 0.5% bahalaşaraq 110.26$ səviyyəsində ticarət olunurdu.
Dolların bahalaşmasına təkan verən göstəricilər ABŞ xəzinə istiqarazlarının dəyər qazanması,
eyni zamanda cari həftə FES-in faiz dərəcəsi ilə bağlı qərarı oldu.
Belə ki, ehtimallara görə, FES uçot faiz dərəcəsini gözlənildiyi kimi 75 deyil, 100 baza vahidi qədər yüksəldə bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 110.80, 112.00
- Eniş hədəfləri: 108.70, 107.50
20 sentyabr
05:30 – Pul-kredit siyasəti ilə bağlı toplantı protokolu.
Ötən həftə Avstraliya Ehtiyat Bankının sədri Lou parlament qarşısında çıxış edərək bildirib ki,
hazırda iqtisadi artım müsbət istiqamətdə davam etdirir.
Oktyabrın 4-də bankın növbəti toplantısında faiz dərəcəsinin 25 yoxsa 50 baza vahidi qədər artırılma perspektivi müzakirə olunacaq.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6950, 0.7170
- Eniş hədəfləri: 0.6865, 0.6400
20 sentyabr
16:30 – İstehlakçı Qiymət Baza шndeksi (avqust).
23 sentyabr
16:30 – Pərakəndə Satış Baza indeksi (iyul).
USD/CAD cütlüyü 2020-ci ilin dekabrından ilk dəfə olaraq 1.3300$ səviyyəsi üzərində ticarət olunurdu.
Cütlüyün bahalaşmasını dəstəkləyən faktorlar dolların dəyər qazanması və eyni zamanda,
neftin qismən dəyər itirməsi fonunda Kanada dollarının ucuzlaşması oldu.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3400, 1.3700
- Eniş hədəfləri: 1.2970, 1.2700
22 sentyabr
11:30 – İsveçrə MB-nın Uçot faiz dərəcəsi ilə bağlı qərarı (3-cü rüb);
12:00 – İsveçrə MB-nınmətbuat konfransı.
İsveçrə bankı inflyasiya ilə mübarizədə digər dünya banklarının getdiyi yolu davam etmək niyyətindədir.
Belə ki, cari həftə İsveçrə Milli Bankının gözləntilərə əsasən 75 deyil,
100 baza vahidi qədər faiz dərəcəsini artıracağı ehtimal olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.9720, 0.9870
- Eniş hədəfləri: 0.9500, 0.9370
22 sentyabr
10:00 – Yaponiya Bankının pul-kredit siyasəti ilə bağlı açıqlaması;
10:30 – Yaponiya Bankının mətbuat konfransı.
USD/JPYcütlüyü ötən həftəni də tarixi maksimum sərhəd sayılan 145.00$ səviyyəsi ətrafında ticarət olunurdu.
Cari həftə Yaponiya Bankının növbəti toplantısı olacaq.
Lakin Yaponiya Bankı faiz dərəcəsi ilə bağlı siyasətini dəyişməz saxlayaraq,
digər dünya banklarında fərqli olaraq hələ də gözləmə mövqeyindədir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 145.50, 148.00
- Eniş hədəfləri: 141.00, 138.00
22 sentyabr
15:00 – Overnight üzrə faiz dərəcəsi (sentyabr);
15:00 – Həftəlik REPO faiz dərəcəsi (sentyabr).
Avqust ayı üçün açıqlanan statistik göstəricilərə əsasən, Türkiyədə inflyasiya 80.2% təşkil edir.
Türk lirəsi cari ildə dollara nisbətdə 27% dəyər itirib.
Xatırladaq ki, Türkiyə Bankı avqust toplantısında uçot faiz dərəcəsini 100 baza vahidi qədər azaltmışdı.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 18.9000, 19.5000
- Eniş hədəfləri: 17.8000, 17.0000
Rusiya-Ukrayna münaqişəsi, Çində “lokdaun” və eləcə də,
ABŞ-da yüksək inflyasiya fonunda qızıl dollara nisbətdə zəif mövqedə çıxış etməkdə davam edir.
Lakin uzun müddətli perspektivdə qızıl öz güvənilir mövqeyini qoruyub saxlamaqdadır.
Belə ki, ABŞ-ın Ukraynaya milyard dollar həcmində dəstəyi və
Rusiya-Çin arasında dolların dövriyə həcminin azaldılması istiqamətində görülən tədbirlər dollar indeksini təzyiq altında saxlaya bilər.
Bu halda qızıl investorlar üçün sığına biləcəkləri bir gəlir mənbəyi ola bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri 1710.00, 1760.00
- Eniş hədəfləri 1620.00, 1550.00
Ötən həftə konqresmenlər Baydenə mövcud neft ehtiyatlarının 2022-ci ilin sonunadək boşaldılması ilə bağlı müraciət yönləndiriblər.
Belə ki, neftvə qazın qiyməti hələ də 2021-ci ildən indiyədək ən yüksək səviyyədədir.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları 1.9% azalaraq 484 mln barelə çatıb ki,
bu göstərici 1984-cü ilin oktyabr ayından ən minimum göstərici sayılır.
Ötən həftə ərzində həm Brent, həm də WTI markalı neftin qiyməti təqribən 1 % ucuzlaşıb.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 96.00, 100.000
- Eniş hədəfləri: 88.00, 83.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 91.00, 98.00
- Eniş hədəfləri: 81.00, 77.00
Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.