Foreks bazarının həftəlik təqvimi və analitikası
Ötən həftə ABŞ-da açıqlanan inflyasiya göstəricisi ümumilikdə inflyasiyanın zəif geriləmənin müşahidə olunduğunu göstərdi.
Cari həftədə diqqət mərkəzində AB liderlərinin sammiti, bəzi ölkələrin inflyasiya göstəriciləri və Türkiyədən faiz dərəcəsi ilə bağlı qərar olacaq.
UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
18 oktyabr
13:00 – Almaniya – İqtisadi əhval ruhiyyə indeksi – ZEW (oktyabr).
19 oktyabr
13:00 – İstehlakçı Qiymət indeksi (sentyabr).
20 oktyabr
14:00 – Avropa Birliyi liderlərinin sammiti.
21 oktyabr
14:00 – Avropa Birliyi liderlərinin sammiti.
22 oktyabr
13:00 – AMB-nın sədri Laqardın çıxışı.
AMB-nın nümayəndəsinin ötən həftə açıqlamasına görə, bank oktyabr və dekabr toplantılarında faiz dərəcəsini 75 baza vahidi qədər artıra bilər.
Bu prosesin 2023-cü ilə qədər davam etməsi məqsədə uyğundur belə ki,
inflyasiyanın uyğun səviyyəyə (2%) çatması üçün faiz dərəcəsi ilə bağlı növbəti qərarlar 2023-cü ildə təkrar müzakirə olunacaq.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0100, 1.0300
- Eniş hədəfləri: 0.9500, 0.9200
19 oktyabr
10:00 – İstehlakçı Qiymət indeksi (sentyabr).
21 oktyabr
10:00 – Pərakəndə Satış Həcmi (sentyabr).
Böyük Britaniya iqtisadiyyatında gərginlik davam etməkdədir.
Belə ki, ötən həftə yeni təyin olunmuş baş nazir Liz Trass maliyyə nazirini istefaya göndərib.
Bu hadisədən sonra bazar iştirakçıları büdcə ilə bağlı detallı açıqlamalar gözləyirlər.
Hazırda ölkədə vergi-büdcə siyasəti ilə pul-kredit siyasəti arasında ziddiyətin mövcudluğu maliyyə stabilliyi üçün təhlükə yarada bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1500, 1.1760
- Eniş hədəfləri: 1.0900, 1.0650
19 oktyabr
18:30 – Xam neft ehtiyatları.
20 oktyabr
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
Fond bazarlarında müşahidə olunan yüksəliş dolların bahalaşmasını nisbətən zəiflədib.
Ötən həftə açıqlanan sentyabr ayının İstehlakçı Qiymət indeksi göstəricisi gözləntinin üzərində olsa da,
ümumilikdə inflyasiyanın çox zəif addımlarla geriləməsi investorları məyus edib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 114.80, 115.50
- Eniş hədəfləri: 110.70, 109.00
19 oktyabr
16:30 – İstehlakçı Qiymət Baza indeksi (sentyabr).
21 oktyabr
16:30 – Pərakəndə Satış Baza indeksi (sentyabr).
Kanada bankının sədri Maklem bildirib ki, uçot faizi ilə bağlı qərar qəbul olunanda ABŞ göstəriciləri ( inflyasiya və faiz dərəcəsi) nəzərə alınmalıdır.
Kanadada əmək bazarında gərginlik hələ də davam edir, inflyasiya isə hələ də yüksək olaraq qalmaqdadır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.4025, 1.4260
- Eniş hədəfləri: 1.3500, 1.3200
18 oktyabr
04:30 – Pul-kredit siyasəti ilə bağlı toplantı protokolunun dərci.
20 oktyabr
04:30 – Məşğulluq göstəricisi (sentyabr).
Fond bazarlarında pozitiv əhval-ruhiyyənin yaranması dollara olan marağı zəifləməsi və qlobal risklərin artmasına səbəb olur ki,
bu da risklərə həssas olan Avstraliya dollarının güclənməsinə təkan verir.
Lakin FES-in sərt qərarları qarşısında güclənmə müvəqqəti xarakter daşıya bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6400, 0.6650
- Eniş hədəfləri: 0.6000, 0.5700
18 oktyabr
01:45 – İstehlakçı Qiymət indeksi (3-cü rüb).
Ötən həftə Yeni Zelandiyanın maliyyə nazirinin açıqlamasına görə, ölkənin iqtisadi əsasları güclüdür.
Lakin ölkənin xarici ticarətini Çindən kənarda diversifikasiya etmək lazımdır.
Belə ki, Çin, onun siyasi kursu ilə razılaşmayan ölkələrə ticarət məhdudiyyətləri tətbiq edir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.5700, 0.5850
- Eniş hədəfləri: 0.5450, 0.5300
20 oktyabr
15:00 – Overnight üzrə faiz dərəcəsi (sentyabr);
15:00 – Həftəlik REPO faiz dərəcəsi (sentyabr).
Türkiyədə cari ay ərzində benzinin qiyməti 7% bahalaşıb, tikinti sektorunda isə inflyasiya 2.23% artaraq ümumilikdə 116.98% -ə qədər yüksəlib.
Cari həftə Türkiyə mərkəzi bankının toplantısında faiz dərəcəsinin 100 və ya 200 baza vahidi qədər azaldılacağı ehtimal olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 18.9000, 19.0200
- Eniş hədəfləri: 18.1600, 17.9200
Bir çox ölkələrin sürətli faiz artımına keçid etməsi maliyyə böhranı ilə nəticələnə bilər.
Hazırda dünya iqtisadiyyatı yanacaq, ərzaq böhranından və siyasi qeyri-stabillikdən əziyyət çəkir.
Belə ortamda qızıla olan tələbat artır. Dünya Qızıl Şurasının məlumatına əsasən,
Britaniya və Almaniyada qızıl külçə və sikkələrə olan tələbat artıb.
ABŞ-da cari ilin əvvəlindən 1.26 mln uns qızıl satışa çıxarılıb ki,
həcmə görə 2-ci tarixi yüksək göstərici hesab olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1675.00, 1730.00
- Eniş hədəfləri: 1615.00, 1575.00
Neft ötən həftənin cümə günü sürətli eniş sərgiləyərək 3% ucuzlaşıb və həftəni itki ilə tamamlayıb.
Enişə təsir edən göstərici, FES-in uçot faiz dərəcəsini aqressiv şəkildə artırmağa davam etməsi fonunda ABŞ iqtisadiyyatının tənəzzülə uğraması və
enerji daşıyıcılarına olan tələbin azalması qorxusudur.
Həmçinin qiymətin ucuzlaşmasına təkan verən digər səbəb isə dünyada ən böyük tədarükçü hesab olunan Çinin neftə olan tələbatının zəifləməsidir.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 99.00, 107.00
- Eniş hədəfləri: 86.00, 78.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 101.00, 109.00
- Eniş hədəfləri: 75.00, 65.00
Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.