Unicapital illik 12,5% gəlirli Embafinans istiqrazlarına anderrayterlik edir
Unicapital İnvestisiya Şirkətinin anderraytinq dəstəyi ilə Embafinans istiqrazlarının hərracı keçiriləcək.
Tədavül müddəti 12 ay, nominal dəyəri 1 000 AZN olan, 2 000 000 AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə) baş tutacaq.
İstiqrazın illik faiz dərəcəsi 12,5%, faiz ödəniş dövrü isə hər 3 aydan bir təşkil edir.
Müraciətlər hazırda qebul edilməyə davam edir: https://unicapital.az/embafinans-istiqrazlari-ile-kapitalinizi-artirin/
Unicapital İnvestisiya Şirkəti 2007-ci ildən kapital bazarlarının fəal iştirakçısı, Bakı Fond Birjasının ilk və ən uzun müddətli üzvüdür. Şirkət həm fiziki, həm də hüquqi şəxslərə qiymətli kağızlara yatırım, törəmə maliyyə alətləri ilə ticarət və digər xidmətlər göstərir.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.