Unicapital Investisiya Şirkəti “AmCham”ın tədbirində fəal iştirak etdi
11 aprel 2023-cü il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının “BFI” (Banking, Finance and Insurance) komitəsinin təşkilatçılığı ilə “Kapital bazarları: Azərbaycanda investisiya xidmətləri və imkanları” mövzusunda tədbir baş tutub.
Tədbirdə “Unicapital” ASC-nin baş direktoru Vüqar Namazov və “Elektron Ticarət Platformalarının İnkişafı şöbəsi”nin müdiri Tofiq Həsənov təqdimatla çıxış edib.
Çıxışlar zamanı maliyyə bazarlarına investisiyanın üstünlükləri, yerli brokerlərlə ticarətin xarici brokerlərlə müqayisədə qazandırdığı üstünlüklər və ən əsası 20 000+ alətlə, 20-dən çox bazarda online qaydada investisiya etmək imkanı verən, ilk Azərbaycan dilli vahid ticarət platforması olan “UTrader” müzakirə predmeti olub.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.