Bazarların həftəlik analitikası
Daxili Bazar:
- AR Maliyyə Nazirliyinin istiqrazlarında gəlirliliklər artmaqda davam edir. Ötən həftə 50 milyon manat həcmində 3 illik istiqrazlarının hərracı 8.05% orta ölçülmüş və 8.25% kəsmə gəlirliliklə nəticələnmişdi. Hərracda tələb təklifi 4 dəfədən çox üstələmiş, yerləşdirilmiş həcm 75 milyon AZN olmuşdur. Oktyabr ayında AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının hərraclarında orta ölçülmüş və kəsmə gəlirlilik müvafiq olaraq 7.49% və 7.80% olmuşdu.
- Bu həftə AR Maliyyə Nazirliyinin 100 milyon manat həcmində 1 illik və 30 milyon manat həcmində 2 illik istiqrazlarının hərracı keçiriləcək. Bundan öncə 1 illik istiqraz hərracı cari ilin may ayında keçirilmiş və 3.04% gəlirliliklə nəticələnmişdi. Oktyabr ayında 2 illik istiqraz hərracında orta ölçülmüş gəlirlilik 5.49% olmuşdu.
- 16-17 noyabr tarixlərində keçirilən AR Mərkəzi Bankının not hərracları 3.80%-4.78% gəlirliliklə nəticələnmiş, hər hərracda 30 milyon AZN yerləşdirilmişdir.
- Xarici Bazarlar:
- 17 noyabrda Avrozonada oktyabr ayının inflyasiyası açıqlandı. İnflyasiya gözləntiləri (10.6%) bir qədər üstələyərək 10.7%-ə yüksəldi. Birləşmiş Krallıqda isə inflyasiya 1% artaraq oktyabr ayı üçün 11.1% olub, Bloomberg analitiklərinin gözləntiləri 10.7% idi.
- 16 noyabrda Rusiyada ÜDM məlumatı açıqlanıb. ÜDM artımı gözləntilərdən (-4.7%) yüksək, -4.0% açıqlanıb.
- 24 noyabrda Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Analitiklər faizlərin 10.50%-dən 9.0%-ə azaldılacağını gözləyirlər. Xatırladaq ki, Türkiyədə illik inflyasiya artmış, 83.45%-dən 85.51%-ə yüksəlmişdir.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.