Daxili və Xarici Bazarlara Həftəlik Baxış
Daxili bazar
- Ötən həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda tələb təklifi 2.4 dəfə üstələmiş, orta ölçülmüş və kəsmə gəlirlilik 8.35% və 8.45% olmuşdur.
- 14 noyabr tarixində AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 2 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Xatırladaq ki, oktyabr ayında 2 illik istiqraz hərracı 8.22% orta ölçülmüş gəlirlilik və 8.40% kəsmə gəlirliliklə nəticələnmişdi.
Qlobal bazar
- Bu həftə, 14 noyabr tarixində Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da bazarlar üçün əhəmiyyətli məlumat olan inflyasiya (İstehlak Qiymətləri İndeksi) açıqlanacaq. İllik inflyasiyanın azalaraq 3.7%-dən 3.3%-ə düşəcəyi proqnoz edilir.
- Həmçinin, Avrozonada da oktyabr ayında deflyasiya olduğu proqnoz edilir. İllik inflyasiyanın azalaraq 4.3%-dən 2.9%-ə düşəcəyi gözlənilir. Məlumat 17 noyabr tarixində Bakı vaxtı ilə 14:00-da açıqlanacaq.
- Türkiyədə oktyabr ayında illik inflyasiya azalaraq 61.53%-dən 61.36%-ə düşmüşdür. Bloomberg-ə əsasən inflyasiyanın 1% artmağı gözlənilirdi. İnflyasiyanın gözləniləndən daha aşağı çıxmasına baxmayaraq Türk Lirəsi ABŞ Dolları qarşısında dəyər itirməyə davam etmişdir.
- Rusiyada isə inflyasiya gözləntilərə uyğun olaraq artmış, illik inflyasiya 6.00%-dən 6.69%-ə yüksəlmişdir. Bu həftə Rusiyada 3-cü rüb üçün illik iqtisadi artım məlumatı açıqlanacaq. İqtisadi artımın 4.9%-dən 5.1%-ə yüksələcəyi gözlənilir.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.