Daxili və Xarici Bazarlarda son dəyişikliklər
Daxili Bazar
- Bu həftə, 26 iyul tarixində AR Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Mərkəzi Bankın ötən iclasında verdiyi məlumatına görə Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcəkdir. İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcəkdir. Xatırladaq ki, hazırda Azərbaycanda inflyasiya 12.7%-dir.
- Ötən həftə AR Maliyyə Nazirliyinin 2 illik istiqrazlarının hərracı müvafiq olaraq, 8.38% və 8.98% orta ölçülmüş və kəsmə gəlirliliklə nəticələnmişdir (bundan öncəki 2 illik istiqrazların hərracında 7.80% və 8.25%). Həmçinin bu həftə 3 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Bu ayın əvvəli keçirilən 3 illik istiqrazların hərracında tələb təklifi 3 dəfəyədək üstələmiş, orta ölçülmüş gəlirlilik 9.22%, kəsmə gəlirlilik isə 9.90% olmuşdur.
- Mərkəzi Bankın notlarında gəlirliliklər keçən həftəki hərraclarda əhəmiyyətli dərəcədə artmışdır. 1 aylıq notlarda gəlirlilik 6.88% olmuş, 3, 6 və 9 aylıq notlarda isə orta ölçülmüş gəlirliliklər müvafiq olaraq, 8.15%-dən 8.88%-ə, 8.71%-dən 9.17%-ə, 9.95%-dən 10.82%-ə yüksəlmişdir. 9 aylıq notların kəsmə gəlirliliyi 13.99% olmuşdur.
Qlobal Bazar
- 26 iyul tarixində ABŞ Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq. Faizlərin 0.25% bəndi artırılaraq 5.00% - 5.25%-dən 5.25%-5.50% həddinə çatdırılacağı proqnoz edilir.
- 27 iyul tarixində ABŞ-da bu ilin 2-ci rübünün iqtisadi artım göstəricisi açıqlanacaq. İllik əsasda 2-ci rübün ÜDM artımının 1.8% olacağı gözlənilir. 1-ci rüb üçün bu göstərici 2.0% idi.
- Keçən həftə Avrozonada inflyasiya açıqlandı. İstehlak Qiymətləri İndeksi əvvəlki aya nəzərən azalaraq 6.1%-dən 5.5%-ə düşmüşdür. Bir çox iqtisadçılar da Avrozonada deflyasiya olacağını, inflyasiyanın azalaraq 5.5%-ə düşəcəyini proqnoz edirdilər. Birləşmiş Krallıqda da deflyasiya baş vermiş, inflyasiya 8.7%-dən 7.9%- ə düşmüşdür. Gözlənti 8.2% idi.
- 27 iyul tarixində Avropa Mərkəzi Bankı əsas uçot dərəcəsi ilə bağlı qərarını verəcək. Uçot dərəcəsinin 0.25% artırılaraq 4.00%-dən 4.25%- ə qaldırılacağı gözlənilir.
- Ötən həftə Türkiyə Mərkəzi Bankı da faiz qərarını açıqlayıb. Faizlərin 18.50%-ə qaldırılacağı gözlənilsə də qərar faizlərin 15.00%-dən 17.50%-ə qaldırılması istiqamətində olub.
- Ötən həftə faiz artımına gedən ölkələrdən biri də Rusiya olub. Rusiya Mərkəzi Bankı uçot dərəcəsinin 7.50%-dən 8.50%-ə qaldırılması ilə bağlı qərar qəbul edib.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.