Daxili və Xarici Bazarlarda son dəyişikliklər
Daxili Bazar
- Ötən həftə AR Maliyyə Nazirliyinin 3 illik istiqrazlarının hərracı 8.26% orta ölçülmüş və 8.38% kəsmə gəlirliliklə nəticələndi. Hərracda tələb ilkin təklifi 5 dəfəyədək üstələmiş, 60 milyon AZN yerləşdirilmişdir.
- 5 sentyabr tarixində AR Maliyyə Nazirliyinin 1 illik (70 milyon AZN həcmində) və 2 illik (65 milyon AZN həcmində) istiqrazlarının hərracı keçiriləcək. Ötən ay 1 illik və 2 illik istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərraclar müvafiq olaraq, 6.50% və 8.05% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi. Qeyd edilən 1 illik və 2 illik istiqrazlardan əlavə, AR Maliyyə Nazirliyinin açıqladığı məlumata əsasən, sentyabr ayı ərzində ümumilikdə 145 milyon AZN 3 illik istiqrazların da yerləşdirilməsi planlaşdırılıb.
- AR Mərkəzi Bankının notlarının gəlirliliklərində azalma müşahidə edilir. Orta ölçülmüş gəlirlilik 1 aylıq notlarda 8.29%-dən 8.20%-ə, 3 aylıq notlarda 8.48%-dən 8.00%-ə, 6 aylıq notlarda 8.59%-dən 8.46%-ə, 9 aylıq notlarda isə 9.18%-dən 9.00%-ə düşmüşdür.
- AR Mərkəzi Bankının 1 həftəlik not hərracında gəlirlilik 8.21% olmuş və 30 milyon AZN yerləşdirilmişdir. Qeyd edək ki, digər notlardan fərqli olaraq, 1 həftəlik notlarda qiymət limiti tətbiq edilir. Əmtəə Bazarları Son Həftəlik↑↓ İlin əvvəli↑↓ Neft WTI 85,55 6,30% 11,20% Neft Brent 89,48 5,04% 5,56% Qızıl 1944,71 1,52% 5,72% Gümüs 24,15 -0,04% 0,62% Azərbaycana aid avrobondlar (Gəlirlilik) 2 illik vs 10 illik ABŞ xəzinə istiqrazları Gəlirlilik əyriləri (İnkişaf etmiş ölkələr)
Qlobal Bazar
- ABŞ-da 2-ci rübün sonuna olan illik iqtisadi artım məlumatı yenilənmişdir. Yenilənmiş məlumata əsasən, 2- ci rübdə ÜDM artımı illik əsasda 2.1% olub (ilkin açıqlanan məlumatda isə bu göstərici 2.4% idi).
- Ötən həftə ABŞ-da məşğulluq məlumatı olan qeyri-kənd təsərrüfatı sahələrində iş yerlərinin sayında dəyişiklik məlumatı açıqlandı. Məlumata əsasən qeyri-kənd təsərrüfatı sahələrində iş yerlərinin sayındakı dəyişiklik gözləntilərdən (170k) yüksək, 187k olub.
- ABŞ-da işsizlik artaraq 3.5%-dən 3.8%-ə yüksəlib. İqtisadçılar işsizliyin artmayaraq 3.5% qalacağını proqnoz etmişdilər.
- Avrozonada inflyasiya sabit qalaraq 5.3% olub. Analitiklərin gözləntisi inflyasiyanın azalaraq 5.1%-ə düşəcəyi istiqamətində idi.
- Həmçinin, Avrozonada keçən həftə işsizlik məlumatı da açıqlanmışdır. Məlumata əsasən işsizlik sabit qalaraq və gözləntilərə uyğun olaraq 6.4% olub.
- Türkiyədə iqtisadi artım gözləntiləri üstələyərək 3.8% olmuşdur. Gözləntilər 3.1% idi.
- Türkiyədə inflyasiya artaraq 47.83%-dən 58.94%-ə yüksəlib. İqtisadçılar inflyasiyanın 55.90%-ə yüksələcəyini proqnoz edirdilər.
- Rusiyada inflyasiyanın artaraq 4.30%-dən 5.15%-ə yüksələcəyi proqnoz edilir. Məlumat 8 sentyabrda açıqlanacaq.
- Rusiyada keçən həftə açıqlanan işsizlik məlumatına əsasən işsizlik azalaraq 3.1%-dən 3.0%-ə düşmüşdür.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.