Dünya ölkələrinin inflyasiya dərəcələri və iqtisadi nəticələr
İqtisadi artımın yavaşlamasının və böhran olacağına dair proqnozların Avropa Mərkəzi Bankının (ECB) faiz artıracağı gözləntilərini zəiflətməsilə bağlı olaraq iyul ayının əvvəlində ortaq valyuta olan avro dollar qarşısında son 20 ilin ən aşağı səviyyəsinə düşüb;
Ötən həftə ABŞ-da inflyasiya göstəricisi açıqlanıb və rekord yeniləyib. İyun ayında ABŞ-da inflyasiya illik 9.1% yüksəlib (may ayında bu göstərici 8.6% idi). Bloomberg-ə əsasən, analitiklərin gözləntiləri 8.8% idi. İyul ayının 27-də isə FED faiz qərarını açıqlayacaq. Artan inlyasiya fonunda bir sıra analitiklər 0.75%-1% artım proqnozlaşdırırlar.
Türkiyədə də iyun ayı üçün inflyasiya gözləntilərdən (79.95%) aşağı 78.62% açıqlanıb, may ayı üçün isə bu göstərici 73.5% idi. Rusiyada da inflyasiya gözləntilərdən daha az açıqlanmış və qismən səngimişdir. Belə ki, analitiklərin proqnozu 16% olsa da, göstərici 15.9% açıqlanmışdır. May ayında bu göstərici 17.10% idi. Rusiya Mərkəzi Bankı 22 iyulda faiz qərarını açıqlayacaq və ölkədəki səngiyən inflyasiya fonunda faizlərin 9.50%-dən 8.75%-ə dəyişdiriləcəyi gözlənilir.
Ötən həftə Belarus 10 illik avrobondları üzrə 23 milyon dollar ödəniş etməli olsa da Belarus Maliyyə Nazirliyi ödənişi milli valyutada həyata keçirdiyi üçün Belarus emitentlərinin xarici borcunun sahibləri ödənişləri ala bilməyiblər. Bunun nəticəsində beynəlxalq reytinq agentliyi olan “Moody's” Belarusu xarici valyuta borclarının ödənilməsində defolt elan edib.
8 iyul tarixində ABŞ-da işsizlik göstəricisi olan qeyri-kənd təsərrüfatı sahəsindəki iş yerlərində dəyişiklik məlumatı açıqlanıb. Yeni yaradılan iş yerləri gözləntiləri (265 000) üstələyərək 372 000 olub. Qeyd edək ki, bu göstərici may ayı üçün 390 000 idi. İşsizlik faizi isə dəyişməyərək 3.6% qalmışdır.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.