Yerli və qlobal bazarlarda son durum
Daxili Bazar
- Ötən həftə 21 fevral 2023-cü il tarixində Maliyyə Nazirliyinin 40 mln. manat həcmində, 2 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərrac zamanı 26 investor tərəfindən qiymət intervalı 91.2371 (11%) manat və 95.4017 (8.5500%) manat olan 50 sifariş təqdim edilmişdir. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3595 (9.1500%) manat, orta ölçülmüş qiyməti isə 94.5573 (9.0354%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 144,644,300 manat, yerləşdirilmiş həcmi isə 47,051,500 manat təşkil edilmişdir.
Qlobal bazar
- Keçən həftə ABŞ-da cari ev satışları açıqlanıb. Yanvar ayı üçün gözlənti 4,1 milyon olsa da, real göstərici 4 milyon olub.
- Ötən həftə həmçinin 2022-ci ilin 4-cü rübü üçün ÜDM açıqlanıb. İllik göstərici 2,9% gözlənilsə də faktiki göstərici 2,7% olub.
- ABŞ-da keçən həftənin vacib məlumatları içərisində həmçinin əhalinin şəxsi gəlirləri və xərcləri yer alıb. Belə ki, 2023-cü ilin yanvar ayı üçün şəxsi gəlirlərin 1% artacağı gözlənildiyi halda bu göstərici 0,6% olaraq açıqlanıb. Qeyd edək ki, bundan əvvəlki göstərici 0,2% olub. Şəxsi xərclərin 1,4% artacağı proqnozlaşdırıldığı halda yanvar ayı üçün bu göstərici 1,8% olaraq açıqlanıb. Qeyd edək ki, əvvəlki göstərici -0,2% idi.
- Keçən həftə Avropa üçün açıqlanan vacib məlumatlar içərisində inflyasiya götərici olan İstehlak Qiymətləri indeksi yer alıb. Belə ki, yanvar ayı üçün illik inflyasiya gözləntilərə uyğun olaraq 8,6% açıqlanıb. Əvvəlki göstərici 8,5% olub. Həmçinin yanvar ayı üçün olan aylıq inflyasiya gözləntilərə uyğun olaraq -0,2% açıqlanıb.
- Bu həftənin vacib məlumatları aşağıdakılardır: -ABŞ-da mart ayının 3-ü Banklar Assosiyası tərəfindən dərc edilən İpoteka müraciətlərindəki dəyişim açıqlanacaq. Həmçinin həmin gün Tədarük İdarə Etmə İnstitutu (Institute supply management ) tərəfindən dərc edilən İstehsal indeksi (İSM manufacturing) açıqlanacaq. Avropada bu həftə martın 2-si fevral ayı üçün inflyasiya və mart ayı üçün işsizlik göstəriciləri açıqlanacaq. İllik inflyasiya ilə bağlı gözlənti 8,3%-dir. İşsizliklə bağlı bazar gösləntisi isə 6,6%-dir.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.