Hərəkətli bazarlarda son dəyişikliklər
Daxili Bazar
- Daxili bazarda ötən həftə AR Maliyyə Nazirliyinin 1 illik istiqrazlarının hərracı müvafiq olaraq, 6.22% və 6.49% (aprel ayında orta gəlirlilik 5.70%) orta ölçülmüş və kəsmə gəlirliliklə nəticələndi.
- Bu həftə AR Maliyyə Nazirliyinin 50 milyon AZN həcmində 5 illik istiqrazlarının hərracı keçiriləcək. May ayında 5 illik istiqrazlarda orta ölçülmüş gəlirlilik 8.71% olmuşdu. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
- Keçən həftə keçirilən AR Mərkəzi Bankının notlarında gəlirliliklər 28 günlük olaraq orta gəlirlilik 7,56%, kəsmə 7,69 olmaqla, 84 günlük notlar üçün orta 7,94%, kəsmə 7,99% olmaqla, 168 günlük üçün orta 8,75%, kəsmə 8,79% olmaqla, 252 günlük notlar üçün isə orta 9,39%, kəsmə isə 9,48% olaraq yerləşdirilib.
Qlobal bazar
- Ötən həftə ABŞ-da işsizlik məlumatları açıqlandı. Statistikaya əsasən iyun ayının 3-ü üçün açıqlanan ilkin işsizlik müraciətlərinin sayı gözləntidən (235 min) daha çox olaraq 261 min açıqlanıb.
- Bu həftə iyun ayının 13-ü ABŞ-da inflyasiya göstəriciləri açıqlanacaq. Həmçinin ABŞ-da FES iyun ayının 14-ü faiz qərarını açıqlamalıdır. İşsizlik ilə bağlı son göstəricilərdən sonra bazar FES-in faiz artımına getməyəcəyini və faizləri olduğu kimi saxlayacağını qiymətləndirir.
- Avrozonada keçən həftə ümumi daxili məhsul məlumatları açıqlanıb. Rüblük əsasda ümumi daxili məhsulun gözləntisi 0% olduğu halda real göstərici -0,1% olaraq açıqlanıb. İllik əsasda isə Avrozona üçün ümumi daxili məhsul göstərici 1% olaraq (gözlənti 1,2%) açıqlanıb.
- Bu həftə iyun ayının 15-i həmçinin Avropa Mərkəzi Bankı faiz qərarını açıqlamalıdır. Bazar Avropa Mərkəzi Bankının uçot faiz dərəcəsini 0,25% artıraraq 3,75%-dən 4%-ə çatdıracağını proqnoz edir.
- Türkiyədə bu gün işsizlik göstəricisi açıqlanacaq.
- Bu həftə Rusiyada iyun ayının 15-i 1-ci rübün ümumi daxili məhsul məlumatları açıqlanmalıdır.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.