Hərəkətli bazarlarda son dəyişikliklər
Daxili Bazar
- Ötən həftə AR Maliyyə Nazirliyinin 1 illik istiqrazlarının hərracı keçirilmişdir. Hərracda tələb təklifi 2.5 dəfədən çox üstələmiş, hərraca çıxarılan həcm 50 milyon AZN olsa da yerləşdirilmiş həcm 75 milyon AZN olmuşdur. Hərrac 6.50% orta ölçülmüş və 6.98% kəsmə gəlirliliklə nəticələnmişdir. Bundan öncə iyun ayında keçirilmiş 1 illik istiqraz hərracında orta ölçülmüş və kəsmə gəlirliliklər 6.22% və 6.49% idi.
- Bu həftə 90 milyon AZN həcmində 3 illik istiqrazların yerləşdirilməsi üçün hərrac keçiriləcəkdir. Bundan öncəki 3 illik istiqraz hərracı 9.42% orta və 9.75% kəsmə gəlirliliklə nəticələnmişdi.
- Ötən həftə Mərkəzi Bankın not hərraclarında gəlirliliklər düşmüşdür. Orta ölçülmüş gəlirliliklər 1 aylıq notlarda 6.95%-dən 6.77%-ə, 3 aylıq notlarda 8.69%-dən 7.92%-ə, 6 aylıq notlarda 9.16%-dən 8.86%-ə, 9 aylıq notlarda isə 9.85%- dən 9.13%-ə düşmüşdür.
Qlobal Bazar
- Ötən həftə ABŞ-da iyul ayının məşğulluq məlumatları açıqlanıb. Qeyri-kənd təsərrüfatı sahəsində iş yerlərinin sayındakı dəyişiklik gözləntilərdən və iyun ayı üçün açıqlanan məlumatdan az, 187k açıqlanıb. Gözləntilər 200k idi. Ümumilikdə isə işsizlik dərəcəsi azalaraq 3.6%-dən 3.5%-ə düşmüşdür.
- 10 avqust tarixində ABŞ-da iyul ayının inflyasiya dərəcəsi açıqlanacaq. Bir sıra iqtisadçılar inflyasiyanın artaraq 3.0%-dən 3.3%-ə yüksələcəyini proqnoz edirlər.
- Avrozonada iqtisadi artım gözləntilərdən daha yaxşı olmuşdur. 2-ci rübdə ÜDM artımı rüblük əsasda 0.3% (əvvəlki 0.0%, gözlənti 0.2%), illik əsasda isə 0.6% (əvvəlki 1.1%, gözlənti 0.5%) olmuşdur.
- Avrozonada inflyasiya azalaraq 5.5%-dən 5.3%-ə düşmüşdür.
- Türkiyədə inflyasiya artaraq 38.21%-dən 47.83%- ə yüksəlmişdir.
- Rusiyada işsizlik azalaraq 3.2%-dən 3.1%-ə düşmüşdür.
- 9 avqust tarixində Rusiyada inflyasiya məlumatı açıqlanacaq. İnflyasiyanın artaraq 3.25%-dən 4.30%-ə qalxacağı gözlənilir.
- 10 avqust tarixində Rusiyanın qızıl və xarici valyuta ehtiyatlarının həcmi, 11 avqust tarixində isə iqtisadi artım məlumatı açıqlanacaq. ÜDM artımının 3.9% (illik əsasda) olacağı gözlənilir.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.