Hərəkətli bazarlarda son dəyişikliklər
Daxili bazar
- Ötən həftə AR Maliyyə Nazirliyinin 80 milyon AZN həcmində 1 illik istiqrazlarının yerləşdirilməsi üzrə keçirilən hərracda tələb 247 milyon AZN-dən çox olmuş və hərrac 7.61% orta ölçülmüş və 7.99% kəsmə gəlirliliklə nəticələnmişdir. Sentyabr ayında keçirilən hərracda isə 1 illik istiqrazların orta ölçülmüş və kəsmə gəlirlilikləri, müvafiq olaraq, 6.26% və 7.20% idi.
- Bu həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 3 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Ötən ay 3 illik istiqrazların yerləşdirilməsi üzrə hərrac 8.16% orta ölçülmüş və 8.38% kəsmə gəlirliliklə nəticələnmişdi.
- AR Mərkəzi Bankının notları üzrə gəlirliliklər keçən həftə 3 aylıq notlar üzrə 8.13%-dən 8.11%-ə, 6 aylıq notlar üzrə 8.05%-dən 8.16%-ə, 9 aylıq notlar üzrə 8.46%-dən 8.36%-ə dəyişmişdir. 1 aylıq not hərracı isə hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından baş tutmamışdır.
Xarici bazar
- Ötən həftə ABŞ-da əsas məşğulluq göstəricilərindən biri olan qeyri-kənd təsərrüfatı sahələrində iş yerlərinin sayındakı dəyişiklik məlumatı açıqlandı. Qeyd edilən iş yerlərinin sayı əhəmiyyətli dərəcədə artaraq sentyabr ayında 336k olmuşdur, gözləntilər 170k idi. İşsizlik dərəcəsi isə 3.8% olaraq açıqlanmışdır.
- 12 oktyabr tarixində ABŞ-da sentyabr ayının istehlak qiymətləri indeksi açıqlanacaq. İnflyasiyanın azalaraq 3.7%-dən 3.6%-ə düşəcəyi gözlənilir.
- Avrozonada işsizlik gözləntilərə də uyğun olaraq 6.4% açıqlandı.
- Keçən həftə açıqlanan məlumata əsasən Türkiyədə inflyasiya sentyabr ayında artaraq 58.94%-dən 61.53%-ə yüksəlmişdir.
- Bu həftə Rusiyada sentyabr ayının inflyasiya məlumatı açıqlanacaq. İnflyasiyanın artaraq 5.15%-dən 5.90%-ə yüksələcəyi proqnoz edilir.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.