Maliyyə bazarlarına həftəlik analitikası
Daxili bazar
- Ötən həftə Azərbaycanın suveren reytinqi Fitch beynəlxalq kredit agentliyi tərəfindən BB+ pozitiv olaraq təsdiqlənib. Bunun ən başlıca amili kimi ölkənin valyuta ehtiyatlarının artdığını və kifayət qədər valyuta ehtiyatlarına (69,8 milyard) sahib olması və paralel olaraq çox güclü xarici ticarət balansı, aşağı dövlət borcu göstərilib.Reytinq üçün mənfi amillər kimi isəzəif idarəetmə göstəriciləri, zəif iqtisadi siyasət çərçivəsi, yüksək maliyyə dollarlaşması, karbohidrogenlərdən böyük asılılıq və geosiyasi risklər göstərilib. "Fitch" Azərbaycanda iqtisadi artımın 2024-cü ildə 2,8%-ə, 2025-ci ildə isə 2,5%-ə qədər bərpasını gözləyir ki, bu da dövlət sərmayəsi ilədəstəklənəcəyi qeyd edilir. Həmçinin inflyasiyanın 2024-cü ildə 4,5%-ə qədər azalacağını proqnozlaşdırır.
Qlobal bazar
- Ötən həftə bazarlar üçün vacib xəbərlər ilə zəngin olub. Xüsusi ilə iqtisadi artım baxımından hələ də müsbət ÜDM -ə sahib olan ABŞ üçün. Belə ki, ABŞ-da FES-in yanvar ayında olan son görüşü zamanı faizləri olduğu kimi saxlaması və xüsusi ilə inflyasiya ilə bağlı vəziyyəti nəzarətdə saxladıqlarını qeyd etməsi və həmçinin bu ilin mart ayında faiz azaldılmasının gündəlikdə olmadığını bəyan etməsi bazarlara müəyyən siqnallar ötürmüşdür. Keçən həftə ABŞ-da bazarlarda volatillik yüksək olaraq qalıb.
- Ötən həftə ərzində ABŞ-da ən vacib məlumatlar içərisində inflyasiya göstəricisi açıqlandı. Yanvar ayı üçün olan illik inflyasiya 3,1% açıqlanmaqla əvvəlki göstəricidən (3,4%) az olmasına baxmayaraq, gözləntidən (2,9%) çox açıqlandı. Eyni ilə keçən həftənin cümə günü inflyasiyanın başqa bir göstəricisi olan istehlakçı qiymətləri indeksi də (PPI) gözləntilərdən yuxarı açıqlandı. Yanvar ayı üçün ərzaq və enerji qiymətlərini nəzərə almayan PPI indeksi əvvəlki göstəricidən (1,8%) və gözləntidən (1,6%) daha çox açıqlandı. Bu isə bazarlarda böyük volatilliyə səbəb olaraq qısa müddətli dönəmdə xəzinə istiqrazlarının gəlirliyinin artmasına və həmçinin əsas səhm indeksləri olan S&P50, NASDAQ, Dow Jones indekslərinin qismən düşməsinə səbəb olub. Bazar iştirakçılarının ən əsas sualı: “FES-in nə zaman faiz azaldılmasına gedəcəyini” sualı hələ də açıq olaraq qalıb. Amma buna baxmayaraq bu il bazar iştirakçılarının faiz azaldılması ilə bağlı gözləntiləri 5-dən 4-ə enib.
- Ümumiyyətlə bu il ABŞ bazarları üçün volatil bir il olacağı gözləniləndir. Belə ki, bu volatilliyə ən əsas təsir edən amillərdən biri də ABŞ-da bu ilin sonu baş tutacaq prezident seçkiləri və geosiyasi amillər olacaq.
- Ümumilikdə keçən həftənin ən diqqət çəkən məqamlarından biri də Yaponiya da ikinci dəfə ardıcıl olaraq ÜDM-in neqativ olaraq açıqlanması oldu. Yəni faktiki olaraq Yaponiyada texniki tənəzzül qeydə alındı. Həmçinin Avrozonada 2023-cü ilin 4-cü rübü üçün ÜDM dəyişməz olaraq 0%, illik əsasda isə 0,1% olaraq açıqlandı. Böyük Britaniyada da keçən ilin ÜDM artımı 0,1% gözlənildiyi halda realda -0,2% olaraq açıqlanıb.
- Bu həftə həm ABŞ , həm də Avropada vacib məlumatlar açıqlanacaq. Ən vacib göstəriclər içərisində fevral ayının 23-ü Almaniyada açıqlanacaq illik ÜDM artımı olacaq. Qeyd edək ki, gözlənti -0,4%-dir. Həmçinin bu ayın 22-si Avrozonada inflyasiya da açıqlanacaq.Yanvar ayı üçün olan İllik gözlənti 2,8% (aylıq -0,4%) dir. ABŞ-da isə FES-in sonuncu keçirilmiş iclasının detalları fevral ayının 21-i açıqlanacaq.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.