Maliyyə bazarlarına həftəlik baxış
Daxili Bazar
- Ötən ilin sonunda, 27 dekabr tarixində hər biri 150 milyon AZN həcmində olmaqla AR Maliyyə Nazirliyinin 364 günlük və 728 günlük istiqrazlarının hərracları keçirilmişdir. Hər 2 hərracda gəlirliliklərdə artım müşahidə edilib. 364 günlük istiqraz hərracında orta ölçülmüş və kəsmə gəlirlilik müvafiq olaraq, 8.01% (bundan öncəki hərracda 6.03%) və 8.49% (bundan öncəki hərracda 7.25%) olmuşdur. Qeyd edək ki, hərracda tələb təklifi 2 dəfəyə qədər üstələsə də yerləşdirilmiş həcm 120 milyon AZN olub. 728 günlük istiqraz hərracında orta ölçülmüş və kəsmə gəlirlilik müvafiq olaraq, 9.26% (bundan öncəki hərracda 5.95%) və 9.99% (bundan öncəki hərracda 6.00%) olmuşdur. Bu hərracda 150 milyon AZN təklifə qarşı 137 milyon AZN tələb olsa da yalnız 60 milyon AZN həcmində yerləşdirmə baş tutub.
- 29 dekabr tarixində AR Maliyyə Nazirliyinin 500 milyon AZN həcmində 306 günlük istiqrazlarının hərracı keçirilib. Orta ölçülmüş və kəsmə gəlirlilik 4.50% olub. Bütün sifarişlər eyni gəlirliliklə (qiymətlə) olub və 500 milyon AZN yerləşdirilib.
- Ötən ilin sonunda AR Mərkəzi Bankı 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri ilə barədə bəyanatını açıqlayıb. Bəyanatda bildirilir ki, 2023-cü ildə monetar şərait illik inflyasiya göstəricilərinin dinamikasından və yenilənmiş proqnozların hədəf diapazonundan kənarlaşmasından asılı olaraq tənzimlənəcəkdir.
- 2023-cü ildə Mərkəzi Bank faiz dəhlizinin parametrləri ilə bağlı 8 dəfə iclas keçirəcəkdir. Faiz dəhlizi parametrlərinə dair qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici Əmtəə Bazarları Son Həftəlik↑↓ İlin əvvəli↑↓ Neft WTI 73,77 -4,11% - Neft Brent 78,26 -7,68% - Qızıl 1879,24 2,16% - Gümüs 24,07 0,31% - Azərbaycana aid avrobondlar (Gəlirlilik) 2 illik vs 10 illik ABŞ xəzinə istiqrazları Gəlirlilik əyriləri (İnkişaf etmiş ölkələr) və daxili amillərin inflyasiyaya təsirləri, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcəkdir. Növbəti iclas 1 fevral tarixində olacaq.
Xarici bazarlar
- Ötən həftə, 6 yanvar tarixində ABŞ-da qeyri-kənd təsərrüfatı sahəsində məşğulluq məlumatı açıqlandı. Noyabr ayına nəzərən (263k) qeyri-kənd təsərrüfatında iş yerlərinin sayı azalaraq 223k olmuşdur. Bloomberg analitiklərinin gözləntiləri 205k idi.
- ABŞ-da işsizlik azalaraq 3.7%-dən 3.5%-ə düşüb.
- Avrozonada illik inflyasiya dekabr ayında azalaraq 10.1%- dən 9.2%-ə düşüb. Analitiklərin gözləntisi 9.5% idi.
- Türkiyədə də inflyasiya əhəmiyyətli dərəcədə azalaraq 64.27%-ə düşüb. Noyabr ayında illik inflyasiya 84.39% idi və dekabr ayı üçün analitiklərin gözləntiləri illik inflyasiyanın 66.7% olacağı istiqamətində idi.
- 12 yanvar tarixində ABŞ-da inflyasiya açıqlanacaq. İnflyasiyanın azalaraq 7.1%-dən 6.5%-ə düşəcəyi proqnoz edilir.
- Rusiyada isə inflyasiyanın artacağı proqnoz edilib. Belə ki, noyabr ayında Rusiyada illik inflyasiya 11.98% idi, amma Bloomberg analitikləri dekabr ayında illik inflyasiyanın artaraq 12.20% olacağını proqnoz ediblər. Faktiki göstərici 13 yanvar tarixində açıqlanacaq.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.