Qlobal iqtisadiyyatda son baş verənlər
Keçən həftə Avropa Mərkəzi Bankı yüksək inflyasiyanı nəzarət altına almaq üçün faiz dərəcəsinin hər birini 75 baza bəndi artırdı. Depozit dərəcəsini 0,75%-ə, uçot dərəcəsini 1,25%-ə, overnayt kreditləşdirmə dərəcəsini isə 1,50%-ə qaldırdı.
Son günlər ərzində Rusiya və Ukrayna arasında müharibənin daha da intensivləşməsi Avropa regionu üçün çətinlikləri daha da artırır. Rusiyadan Avropaya nəql edilən qazın dayandırılması Avropa ölkələrini , xüsusi ilə Almaniyanı çox çətin bir vəziyyətdə qoyub. Qarşıda Avropa çətin bir sınaq qarşısındadır. Qarşıdan qış aylarının gəlməsi və havaların soyumağa doğru getməsi Avropa ölkələri üçün böyük çətinliklər yaradacaq. Bütün bu amillər qaz qiymətlərinə də təsirsiz ötüşməyəcək. Avropanı qarşıda çox çətin günlər gözləyir. Bir tərəfdən Avropa Mərkəzi Bankı rekord yüksək inflyasiya fonunda faiz dərəcələrini artırmaq məcburiyyətində qalır, digər tərəfdən isə yanacaq qiymətlərinin qalxması Avropa ölkələri üçün çətinliklər yaradır. Bütün bunların fonunda vəziyyətin daha kəskinləşməsi ölkələrin iqtisadiyyatına mənfi təsir etməklə, uzun illərdən sonra özünə gəlməyə başlayan Avropa iqtisadiyyatını yenidən tənəzzülə doğru apara bilər.
Böyük Britaniya kraliça II Yelizavetanın vəfat etməsi ilə bağlı milli matəm dövrünü davam etdirdiyindən, Ingiltərə Bankı öz siyasi iclasını və cümə axşamı planlaşdırılan ehtimal olunan aqressiv faiz artımını bir həftəyə təxirə saldı. Bu gecikmə məmurlara ölkədə inflyasiya məlumatlarını daha dərindən analiz etmək üçün çox vaxt verəcək. Bu məlumatlara işsizlik və inflyasiya ilə bağlı məlumatlar daxildir, proqnoza görə, inflyasiyanın daha da artması ilə bu çərşənbə günü açıqlanacaq inflyasiya göstəricisinin son açıqlanan 10% - dən çox olacağı gözlənilir.
Avropa Mərkəzi Bankının pul siyasətinin misli görünməmiş sərtləşdirilməsindən sonra bu həftə siyasətçilər çıxış edəcəklər. Onların arasında Icraiyyə Şurasının üzvü Izabel Şnabel mərkəzi bank tərəfindən təşkil olunmuş konfransda çıxışı gözlənilir. Bundesbankın rəhbəri Yoahim Nagel bazar günü bildirib ki, əgər cari trend qiymətlərə uyğun gəlmirsə, faiz artımını davam etdirmək lazımdır.
Potensial nəzərə çarpan məlumatlar arasında bu çərşənbə axşamı alman investorlarının inamı və çərşənbə axşamı Avropada sənaye istehsalı da var. Hər iki məlumat iqtisadiyyatın necə olduğuna dair təsəvvür yaratmış olacaq. İsveçdə inflyasiyanın 1 % artaraq 10%-ə yaxınlaçacağı proqnozlaşdırılır. Bu isə Mərkəzi bankı növbəti görüşdə faizləri artırmağa məcbur edəcək. Bu cümə Rusiya Mərkəzi Bankının növbəti dəfə inflyasiyanın azalması fonunda faizləri azaldacağı gözlənilir.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.