Rusiya Ukrayna müharibəsinin Avropa iqtisadiyyatına təsiri
Rusiyanın Ukrayna ilə müharibəsi avrozonadakı inflyasiyanın mart ayında gözləntilərdən daha yüksək olmasına səbəb oldu. Enerji qiymətləri artır və Rusiyadan təbii qaz tədarükü ilə bağlı qeyri-müəyyənliyin kəskinləşməsi fonunda inflyasiyanın artmağa davam edəcəyini bir çox analitiklər gözləyir. İnflyasiya şoku gəlirlərə ciddi zərbə vurur və pandemiyadan sonra Avropanın iqtisadi bərpasını pozmaqla hədələyir.
- Avro bölgəsində inflyasiya fevral ayında 5,9% ilə müqayisədə mart ayında rekord həddə - 7,5% -ə çatıb. Gözlənti 6,7% idi.
- Gözlənildiyi kimi, enerji qiymətlərinin artması artımın əsas hərəkətverici qüvvəsi olub, çünki Ukraynadakı müharibə xammal qiymətlərində artıma səbəb olub.
- Avropa Komissiyasının dərc etdiyi həftəlik məlumatlara əsasən gözlənilir ki, nəqliyyat xərcləri ayda 15% -dən çox artıb. Bu təzyiq aprel ayında yüngülləşməlidir, çünki bütün bölgədə bir çox hökumət vergilərin azaldılmasını tətbiq edib.
- Ev təsərrüfatlarının elektrik enerjisi xərcləri qaz və enerji qiymətlərinin artması səbəbindən ayda təxminən 10% artıb. Rusiyadan təbii qaz tədarükü ilə bağlı qeyri-müəyyənlik fonunda yaxın aylarda daha da çox arta bilər. Lakin hökumətlərin vergi və digər xərclərin azaldılması ilə bağlı addımları artımın azalmasına kömək edə bilər.
- Ərzaq inflyasiyası da artan enerji qiymətləri ilə artıb.
Görünən odur ki, bu gedişat inflyasiyanın daha da artmasına səbəb olacaq. Bu baxımdan, Avropa Mərkəzi Bankı (AMB) çox çətin seçim qarşısında qalıb. Pandemiyadan özünə tam gəlməyən iqtisadiyyatda yaranmış yüksək inflyasiya onları inflyasiya ilə mübarizədə əsas alət olan faizlərin daha tez artırılmasına gətirə bilər. Açıq bazar əməliyyatları ilə qiymətli kağızların alınması iyun ayında yekunlaşacaq, amma AMB bəyan edib ki, o yumşaltma siyasətini bitirdikdən və bir müddət gözlədikdən sonra faiz artımlarına başlaya bilər. Görünən odur ki, ən əsas məsələ burada vaxtın düzgün təyin edilməsidir, əks halda iqtisadiyyat gec faiz artımından zərbə ala bilər.
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital Investment Company OJSC.
Bütün hüquqlar qorunur.