Fərdi yanaşma
Hər bir investora pulsuz, fərdi konsultasiya
təqdim edilir
Bizim təcrübəli mütəxəssislərimiz sizin investisiya gözləntilərinizi doğruldacaqlar.
UTrust - məqsədlərinizə çatmağın ən etibarlı yolu!
Zamanınızı bazar hərəkətlərini izləyib, analiz etməyə sərf etmək istəmirsinizsə Sizin üçün ən uğurlu həll yolu “UTrust” ilə sərmayələrinizi peşəkarlara həvalə etməkdir. Xidmətin əsas məqsədi müştəri kapitalının dəyərini qoruyub, artırmaqdır.
Minimal investisiya məbləği 10 000 manat və ya 10 000 ABŞ dolları təyin edilib (portfelin valyutasından asılı olaraq).
İnvestisiya məqsədləriniz və gəlirlilik üzrə gözləntilərinizə əsasən, aşağıda qeyd olunan kateqoriyalar çərçivəsində sizə xüsusi investisiya portfeli təqdim ediləcək. Şirkətin mütəxəssisləri tərəfindən yatırım ediləcək vəsaitin müxtəlif növ aktivlər üzrə yerləşdirilməsi və balanslaşdırılmış portfelin tərtib edilməsi nəzərdə tutulub.
UTrust-da 3 əsas investor kateqoriyası mövcuddur:
“Ehtiyatlı” | “Rasional” | “Maksimalist” |
Nəzərinizə çatdırmaq istərdik ki, fiziki şəxslər üçün xidmətdən istifadə şərtləri olduqca sərfəlidir: vəsaitin tərəfimizdən idarə edilməsi üçün komissiya haqqı 1%-dir, birjalarda vasitəçilik xidməti üzrə komissiya isə 0% təşkil edir!
Hər bir investora pulsuz, fərdi konsultasiya
təqdim edilir
Mövcud qlobal və strateji reallıqlara uyğun addımlar atılır
Müştəri portfelə daxil ediləcək alətlər barədə məlumatlı olur və mütəmadi olaraq ətraflı hesabatlar əldə edir
“Ehtiyatlı” investor – ilk növbədə resurslarını qoruyan investordur.
Bu kateqoriyada olan investorlar maksimum təhlükəsiz və yalnız aşağı risk səviyyəsinə malik olan alətlərdən portfel formalaşdırır. Prioritetlərinə əsasən istiqrazlar və digər etibarlı maliyyə alətləri ilə maraqlanır. Stabil və risksiz gəlirə sahib olmaq istəyən bu investor kateqoriyası uzun müddətli yatırımlara üstünlük verən investordur.
Aşağıda “ehtiyatlı" investorlarımız üçün daha ətraflı portfellər və mövcud şərtlər üzrə bölgü təqdim olunub.
Bəs siz özünüzü bu kateqoriyada tanıdınızmı?
8.00 % -dək
4.30 % -dək
4.95 % -dək
Bir çoxları üçün ən optimal strategiya məhz balanslaşdırılmış investisiya portfelini formalaşdırmaqdır.
Bu kateqoriyaya aid olan portfellər aşağı və orta riskli alətlərdən ibarətdir. Aşağı riskli alətlər sabit gəlir, orta riskli isə daha yüksək mənfəət təmin edir. Ümumilikdə belə bir kombinasiya “rasional” investor üçün tam uyğun, orta səviyyədə gəlirliliyin əldə edilməsini təmin edir.
Aşağıda “rasional" investorlarımız üçün daha ətraflı portfellər və mövcud şərtlər üzrə bölgü təqdim olunub.
Bəs siz özünüzü bu kateqoriyada tanıdınızmı?
10.00 % -dək
6.00 % -dək
7.00 % -dək
5.30 % -dək
“Maksimalist” investor – riski nəzərə alıb, resurslarından maksimum dərəcədə gəlir əldə edən investordur.
Düzgün diversifikasiya edilmiş alətlərdən ibarət olan portfel bu investorlara maksimum mənfəət əldə etməyə köməklik göstərəcək. Qeyd edək ki, son zamanlar yüksək gəlirlilik vəd edən investisiya strategiyaları bazarda böyük maraq doğurur.
Aşağıda "maksimalist" investorlarımız üçün daha ətraflı portfellər və mövcud şərtlər üzrə bölgü təqdim olunub.
Bəs siz özünüzü bu kateqoriyada tanıdınızmı?
14. 00 % -dək
9.50 % -dək
11.20 % -dək
9.30 % -dək
“Unicapital” investisiya şirkəti istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır.
Hədəfimiz – xidmət göstərdiyimiz bazarlara dəstək üçün ən yenilikçi və peşəkar maliyyə həlləri göstərərək, müştəri məmnuniyyəti və mükəmməl reputasiyamızı qorumaqdır. Portfel idarəetməsində sizə dəstək olacaq komandanın rəhbəri olan Seymur İbadov haqqında məlumatı sizə təqdim edirik:
Hal hazırda “Unicapital” İnvestisiya Şirkəti ASC-nin “Portfel idarəçiliyi" şöbəsinin rəhbəri vəzifəsində çalışır. Seymur İbadov bu vəzifəyə təyin olunanadək Paşa Həyat Sığorta ASC-də “İnvestisiya şöbəsi”nin rəhbəri olaraq çalışıb. Seymur bəy , 12 ildən artıq Azərbaycan Dövlət Neft Fondunda müxtəlif vəzifələrdə çalışıb. Hazırda UNEC-in MBA Dissertasiya Komitəsinin üzvü olan Seymur İbadov, İqtisadiyyat üzrə Fəlsəfə doktorudur. Ölkənin qabaqcıl ali məktəblərində makroiqtisadiyyat, investisiya və portfel idarəetməsi, maliyyə bazarları, statistika üzrə mühazirə dərsləri aparır.
Ümumilikdə maliyyə bazarları, maliyyə alətləri, investisiya və portfel idarəçiliyində 20 ildən artıq təcrübəyə sahib olan Seymur İbadov sizin vəsaitinizi peşakar şəkildə idarə edib, kapitalınızı qoruyub artırmaqda sizə dəstək olacaqdır!
Sorğunuz uğurla göndərildi