Haqqımızda

Nizamnamə kapitalı 100%lik “Unibank”a məxsus olan Unicapital İnvestisiya Şirkəti 2007ci ildən bəri fəaliyyət göstərir. Şirkət Azərbaycanın qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer alır və halhazırda Bakı Fond Birjasının ən uzunmüddətli üzvüdür.

  • 1 000 000+

    Müştərilərimiz

  • 2007-ci ildən

    Bakı Fond Birjasının ən uzunmüddətli üzvü

  • 600 000 000 AZN

    Ən böyük əməliyyat həcmi

15 may 2015-ci il tarixində qiymətli kağızlar bazarında yeni qanun qüvvəyə mindikdən sonra, Unicapital 8 yanvar 2016-ci ildə investisiya xidmətlərinin göstərilməsi üçün müddətsiz lisenziya əldə edib.

Unicapital yerli və xarici bazarlarda qiymətli kağızlara yatırımı, qiymətli kağızların kapital bazarlarına buraxılması, habelə törəmə maliyyə alətləri ilə ticarət xidmətləri göstərir. Unicapital İnvestisiya Şirkəti hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində Unicapital istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli müştərilər üçün etibarlı tərəfdaşdır.

Dəyərlər

Yenilikçilik və Dəyişiklərə açıq olmaq

Yenilikçilik bizim üçün bazarda öncül olmaq deməkdir. Bunun üçün, biz özümüz dəyişiklərə açıq olmaqla bərabər, bazara ilk innovasiyaları gətirən, mövcud standartları yenidən müəyyənləşdirən və hər zaman qabaqcıl həllər təqdim edən şirkətik. Məqsədimiz müştərilərimiz üçün daha müasir, çevik və gələcəyə yönəlmiş təcrübələr yaratmaqdır.

Əlçatanlıq

İnvestisiya sərhəd və bölgü tanımır. Xidmətlərimizi və fəaliyyətimizi aydın, şəffaf və istisna olmadan əlçatanlıq prinsipləri üzərindən həyata keçiririk.

Etimad və Dayanıqlılıq

Biz əməkdaşlıqda ən yüksək etik standartların və qarşılıqlı faydanın önəmliliyini dərk edirik. Tərəfdaşlarla münasibətlərimizi dürüstlük, etibarlılıq və peşəkarlığa söykənən yüksək əməkdaşlıq prinsipləri üzərindən qururuq. Fəaliyyətimizdə Ətraf mühit, Sosial məsuliyyət və İdarəetmə prinsiplərinə sadiq qalırıq.

İnsan kapitalı

Biz güclü komandanın və komanda işinin davamlı nəticələr əldə etməyə səbəb olmasına inanırıq. Peşəkar və şəxsi inkişaf üçün liderliyi, inklüzivliyi, loyallığı və təşəbbüskar düşüncə tərzini formalaşdıran və istedadları üzə çıxaran mühiti təşviq edirik.

Missiya və Vizyon

Missiya

Fərdlərin, şirkətlərin və bütövlükdə iqtisadiyyatın rifahı və dayanıqlı inkişafı üçün əlçatan investisiya məhsulları təqdim etməkdir.

Vizyon

Maliyyə bazarlarının investorlara yaxın, daha inklüziv və dayanıqlı gələcəyini formalaşdıran Azərbaycan köklü investisiya institutu və fintex innovatoru olmaqdır.

Strateji hədəflər

Mövcud biznes istiqamətlərinininkişaf etdirilməsi

Yeni bazarlar kəşf etmək və sürətli mənimsəmək

İnsan yönümlü, sadə xidmət təmin etmək

Etibarlı, Şəffaf və Dayanıqlı tərəfdaş olmaq

Öncül korporativ idarəetmə əsasları üzərindən fəaliyyət göstərmək

Digər bölmələr

Haqqımızda

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

Haqqımızda

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi.

UForex-də güzəştli ticarət şərtlərini kəşf edin!

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Haqqımızda

Təşəkkür edirik!

Sorğunuz uğurla göndərildi.