Tələb və öhdəliklər
- Marketinq hədəflərinə uyğun olaraq qısa və uzunmüddətli məzmun planı hazırlamaq;
- İnvestisiya Şirkətinin veb səhifələri üçün məqalələr hazırlamaq;
- Sosial Media hesabları üçün kreativ, orijinal və yüksək keyfiyyətli kontent hazırlamaq;
- Video icmallar, video izahlar üçün ssenarilər hazırlamaq;
- Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər hazırlamaq;
- Yeniliklərdən xəbərdar olmaq və media monitorinqini həyata keçirmək;
- Dəqiq və aydın briflər hazırlamaq, müvafiq istiqamətlərə ötürmək və nəticələrə nəzarət etmək.
Namizəd üçün tələblər:
- Marketinq, biznes və ya iqtisad sahələri üzrə bakalavr ali təhsili;
- Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
- Azərbaycan, rus və inglis dillərində yüksək ünsiyyət (şifahi və yazılı) qura bilmə bacarığı;
- Yaradıcı və analitik düşüncə tərzi;
- Yüksək araşdırma qabiliyyəti;
- Yeniliklərə açıq, daim özünü inkişaf etdirən biri olmalı.
İş şəraiti barədə məlumat:
- İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
- Ünvan: Azure Business Center
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən, müsahibə əsnasında açıqlanacaq.