Tələb və öhdəliklər
Vəzifə öhdəlikləri:
Zəruri hallarda müvafiq ixtisas şəhadətnaməsinin əldə edilməsi üçün qanunvericiliyə uyğun akkreditasiyadan keçmək
Cəmiyyətin iş prinsiplərinə əməl etmək, işə davamiyyətə və əmək intizamına riayət etmək
Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək
Rəhbərliyə Şöbənin icraatında olan işlərin vəziyyətinə dair hesabat təqdim etmək və işin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək
Aparılan əməliyyatların (hesabların açılması, hesablaşmalar, müştəri tapşırıqlarının icrası, dilinq və s.) daxili uçot sistemində qeydiyyata alınmasının təmin etmək, təmin edilməsini təşkil etmək və nəzarət etmək
Əməliyyat sənədlərinin saxlanılmasının təmin edilməsi
Müştərilərinin hesabatlarının və uçot sisteminin düzgünlüyünün təmin edilməsi, o cümlədən, mütəmadi olaraq onların qarşılıqlı uyğunluğunun yoxlanılması
Göstərilən xidmətlər üzrə açılan bütün hesabların monitorinqi
Xidmət istiqamətinə uyğun olaraq əlaqəli kontragentlərlə o cümlədən, nəzarət orqanı ilə kommunikasiyanın təşkili və aparılması
Məlumatların uçot sistemində düzgünlüyünü mütəmadi üzləşmələr yolu ilə yoxlamaq
Müxtəlif işçi qruplarının tərkibində fəaliyyət sahəsi üzrə iştirak etmək
İşin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər vermək
Müvafiq əməliyyat sistemlərində və platformalarda hesabların açılması
Depozitar sistemində qiymətli kağızlarla əməliyyatların icrası
Əməliyyat sənədlərinin daxili prosedurlara müvafiq olaraq saxlanılması
Müştəri hesabatlarının hazırlanması və təqdim edilməsi
Namizədə dair tələblər:
Ali iqtisadi təhsil
Müvafiq sahə üzrə minimum 1 il
İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək
Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi
Korporativ davranış normalarını bilmək
Azərbaycan dili üzrə sərbəst bilik
İngilis və Rus dilləri üzrə bilik üstünlükdür
Kollektivlə ünsiyyət qurmaq bacarığı
Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı
Komanda daxilində işləmə bacarığı və təşəbbüskar olmaq
Mərkəzi Bank qaydalarının tələblərini bilmək
MS Office (Excel/Word/Powerpoint və digər) yaxşı səviyyədə bilmək.