İT Mühəndis

Unicapital "İT Mühəndis" vakansiyasına müraciətlərin qəbulunu açıq elan edir!

Tələb və öhdəliklər

Vəzifə öhdəlikləri:


  • Cəmiyyətin server və şəbəkə infrastrukturunu quraşdırılmasını, konfiqurasiya edilməsini və fasiləsiz işləməsini təmin etmək;
  • Server‑xidmətlərdə və şəbəkə avadanlıqlarında baş verən nasazlıqları proaktiv monitorinq etmək, diaqnostika aparmaq və operativ həll etməsində dəstək göstərmək; zərurət olduqda məsələni aidiyyatı funksiyalara yönəltmək - DB admin, NetAdmin, SysAdmin, Infosec və ya IT komandalarına eskalasiya etmək və icrası üzərində nəzarəti saxlamaq;
  • Biznes‑kritik xidmətlərdə yaranan texniki xətaları təhlil etmək, vendor və dəstək komandaları ilə koordinasiyalı şəkildə problemi aradan qaldırmaq;
  • Backup strategiyası, load‑balancing, fayl serveri, virtualizasiya və digər əsas xidmətlərin dizaynı, test edilməsi, dayanıqlı və təhlükəsiz istismarını təmin etmək; bərpa ssenarilərini mütəmadi sınaqdan keçirmək;
  • Cəmiyyətin əməkdaşlarının İT sorğularını (avadanlıq, qoşulma, printer/skaner, proqram təminatı və s.) vaxtında qəbulu, prioritetləşdirilməsi və həlli; istifadəçi məmnuniyyətinin təmin edilməsi;
  • İT avadanlıqlarının (notbuk, PC, monitor, dock‑stansiya, periferiya və s.) tam inventarizasiyasını aparmaq, təhvil‑təslim aktlarını və seriya nömrələrini elektron sistemdə aktual saxlamaq;
  • İnformasiya təhlükəsizliyi siyasətlərini (Acceptable Use, Clean Desk, Phishing Awareness, Remote Work və s.) tətbiq edilməsində dəstək göstərmək;
  • Şəbəkə və sistem təhlükəsizliyini təmin etmək üçün giriş icazələrini idarə etmək, logların, antivirus və EDR həllərinin monitorinqini aparmaq, risklərin vaxtında aşkar olunmasını və aradan qaldırılmasını təmin etmək;
  • Şirkətin texnoloji ehtiyaclarını analiz etmək, yeni avadanlıq və proqram təminatı üzrə bazar araşdırmaları aparmaq, optimal qiymət‑keyfiyyət balansını seçmək və satınalma prosesini idarə etmək;
  • Bütün İT dəyişiklikləri, hadisələr və aktivlər üzrə sənədləşmə, prosedur və təlimatları hazırlamaq, mütəmadi yeniləmək və audit tələblərinə uyğunluğunu təmin etmək;
  • Elektron ticarət və digər yeni məhsul/xidmət layihələrində İT tərəfdən iştirak etmək, pilot testləri dəstəkləmək, sistemlərin dayanıqlığını və SLA/KPI göstəricilərini izləmək, rəhbərliyə dövri hesabatlar təqdim etmək;
  • Kommersiya sirrinin qorunmasına riayət edilmək;
  • Bilavasitə ona təhkim edilmiş Cəmiyyətə aid mülkiyyəti qorunmaq və lazımi səviyyədə saxlanılmasını təmin etmək;
  • Xidmət keyfiyyətinin yaxşılaşması istiqamətində təkliflər hazırlamaq və bu təklifləri rəhbərliyə baxılması üçün təqdim etmək;
  • Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, şirkətdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
  • Rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

Namizədə dair tələblər:


  • İT, kompüter elmləri və ya əlaqəli sahədə ali təhsil;
  • Müvafiq sahədə 2 il iş təcrübəsi;
  • Şəbəkə və server idarəçiliyi, sistem təhlükəsizliyi və proqramlaşdırma sahələrində təcrübə;
  • Şəbəkə qurğuları, sistemlər və serverlər haqqında dərin biliklər.
  • Windows, Linux və digər əməliyyat sistemləri ilə təcrübə;
  • Şəbəkə təhlükəsizliyi və şifrələmə protokolları haqqında biliklər.

I want to work with you

All Applications and CVs must be directed to [email protected]

Thank You!

Your form has been succesufully send

İT Mühəndis

Thank You!

Your form has been succesufully send

İT Mühəndis

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

İT Mühəndis

Thank You!

Your form has been succesufully send