Aparıcı biznes analitik – Elektron ticarət və İT üzrə

Unicapital “Aparıcı biznes analitik – Elektron ticarət və İT üzrə” vakansiyasına müraciətlərin qəbulunu açıq elan edir!

Tələb və öhdəliklər

Vəzifə haqqında


Siz biznes, İT və tərəfdaşlar arasında əlaqələndirici rol oynayacaqsınız. Biznes ehtiyaclarını aydın və dəqiq tələblərə çevirəcək, treydinq məhsullarının istifadəyə verilməsi və fəaliyyətinin davamlı şəkildə dəstəklənməsində iştirak edəcəksiniz.

Vəzifə öhdəlikləri:


  • Əməliyyat, maliyyə, komplayens bölmələrindən və tərəfdaş banklardan tələbləri toplamaq;
  • Texniki tapşırıqları (spesifikasiyaları), proses axınlarını və istifadəçi hekayələrini (user stories) tərtib etmək;
  • Dəyişikliklər və inteqrasiyalar üzrə OMS vendorları və digər xarici təminatçılarla birgə işləmək;
  • Təminatçılara ünvanlanmış müraciətləri (vendor tickets) izləmək və açıq qalan məsələləri sürətləndirmək;
  • Yeni buraxılışları (releases) istifadəyə verilməzdən (production) öncə UAT mühitində sınaqdan keçirmək;
  • Kustodianlar, likvidlik təminatçıları və banklarla inteqrasiyanı dəstəkləmək (FIX, API, SFTP);
  • Ticarət məlumatları ilə “general ledger” arasındakı uyğunluğu yoxlamaq;
  • Yeni məhsullar üçün mühasibat uçotu jurnallarının hazırlanmasına dəstək göstərmək;
  • Mərkəzi Bankın (CBAR) tənzimləyici qaydalarını təhlil etmək və onları sistemdəki dəyişikliklərə tətbiq (map) etmək;
  • Rəhbərlik və Müşahidə Şurası üçün hesabatlar və təqdimatlar hazırlamaq;
  • İT auditlərində iştirak etmək və auditorlar üçün tələb olunan sənədləşməni təmin etmək;
  • Proses sənədlərini və sistem pasportlarını aktual saxlamaq.

Namizədə dair tələblər:


  • Biznes analitik sahəsində 7 ildən artıq iş təcrübəsi (broker, bank və ya fintex sahələrində olması arzuolunandır);
  • Ticarət əməliyyatları üzrə dərin anlayış: sifarişlər (orders), mövqelər (positions), marja (margin), CFD-lər və korporativ əməliyyatlar;
  • Baza mühasibat bilikləri: “double-entry”, “journals”, “PnL”;
  • Yaxşı səviyyədə SQL bilikləri (MS SQL Server arzuolunandır);
  • API-lər və sistem inteqrasiyaları ilə işləmək təcrübəsi;
  • Jira və ya analoji alətlərlə iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı (rus dili üstünlükdür);
  • Xarici təminatçılarla (vendors) işləmək və nəticəyönümlü olmaq.

Üstünlüklər:


  • OMS və ya ticarət platformaları ilə iş təcrübəsi;
  • FIX protokolu haqqında biliklər;
  • Məlumatların yoxlanılması və avtomatlaşdırılması üçün Python bilikləri;
  • Kapital bazarları üzrə Mərkəzi Bankın (ARMB) tənzimləyici qaydaları haqqında biliklər.

Присоединяйтесь к нашей команде!

Просим отправлять резюме по следующему адресу [email protected]

Спасибо!

Ваша форма успешно отправлена.

Aparıcı biznes analitik – Elektron ticarət və İT üzrə

Спасибо!

Ваша заявка была успешно отправлена.

Aparıcı biznes analitik – Elektron ticarət və İT üzrə

Спасибо!

Ваша заявка была успешно отправлена.

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Спасибо!

Ваша заявка была успешно отправлена.

Aparıcı biznes analitik – Elektron ticarət və İT üzrə

Спасибо!

Ваша форма успешно отправлена.