Foreks bazarının həftəlik təqvimi və analitikası 01.05.23 - 07.05.23

Ötən həftə Türkiyə (8.50%), Rusiya (7.50%), Yaponiya (-10%) Mərkəzi Bankları

uçot faiz dərəcələri ilə bağlı qərarlarında heç bir dəyişikliyə getmədilər.

Cari həftə maliyyə bazarlarını yüksək volatillik gözləyir.

Belə ki, ABŞ - FES, Avropa Mərkəzi Bankı və Avstraliya Ehtiyat Bankı uçot faiz dərəcəsi ilə bağlı qərarlarını açıqlayacaqlar.

Eləcə də, ABŞ əmək bazarının son vəziyyəti ilə bağlı göstəricilər dərc olunacaq.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

02 may

11:55 – Almaniya – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (aprel);

13:00 – İstehlakçı Qiymət İndeksi (aprel).

04 may

16:15 – AMB-nın uçot faiz dərəcəsi ilə bağlı açıqlaması;

16:15 – AMB-nın pul-kredit siyasəti ilə bağlı açıqlaması;

16:45 – AMB-nın mətbuat konfransı;

18:15 – AMB-nın sədri Laqardın çıxışı.

AMB cari həftə uçot faiz dərəcəsi ilə bağlı qərar qəbul edəcək və

gözləntilər artım istiqamətində 25 və 50 baza vahidləri arasında bölünür.

Belə ki, son dövrlərdə açıqlanan iqtisadi göstəricilər bank sektorunda yaşanan gərginliyə baxmayaraq,

iqtisadiyyatda dayanıqlı aktivliyin müşahidə olunduğuna işarədir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1100, 1.1200

- Eniş hədəfləri: 1.0800, 1.0680

Böyük Britaniya

02 may

12:30 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (aprel);

04 may

12:30 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (aprel);

05 may

12:30 – Tikinti sektorunda Biznes Aktivliyi İndeksi (aprel).

GBP/USD cütlüyü ötən həftə 3-gün ard-arda artım sərgiləyərək 2 həftəlik maksimum səviyyəsinə yüksəlib.

Bazar iştirakçıları may ayında İngiltərə Bankının faiz dərəcəsini 25 baza vahidi qədər qaldıracağını gözləyirlər.

Lakin digər tərəfdən, FES-in növbəti qərarlarında qeyri-müəyyənlik funtunartım templərini zəiflədə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2670, 1.3000

- Eniş hədəfləri: 1.2300, 1.2100

ABŞ

01 may

18:00 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (aprel).

02 may

18:00 – JOLTS əmək bazarında yeni vakansiyaların sayı (mart).

03 may

16:15 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi - ADP(aprel);

17:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (aprel);

18:30 – Xam neft ehtiyatları;

22:00 – FOMS-un açıqlaması;

22:00 – FES-in uçot faiz dərəcəsilə bağlı açıqlaması;

22:30 – FOMS-un mətbuat konfransı.

04 may

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

05 may

16:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (aprel);

16:30 – İşsizlik səviyyəsi (aprel).

Ötən həftə ABŞ-da açıqlanan İstehlakçı Qiymət Baza İndeksinin illik orta göstəricisi

fevral göstəricisi (5.1%) ilə müqaisədə mart ayında 4.2%-ə enib.

Bu göstərici FES-in faiz dərəcəsi ilə bağlı qərarında əsas indikator hesab olunur.

Bu göstəricidən sonra dollar indeksi 0.55% dəyər qazanıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 102.00, 103.00

- Eniş hədəfləri: 100.70, 100.00

Kanada

04 may

18:00 – Biznes Aktivliyi İndeksi - İVEY( aprel).

05 may

16:30 – Məşğulluq Göstəricisi (aprel).

Ötən həftə Kanadada açıqlanan statistik göstəricilərə əsasən,

fevral ayı ərzində ÜDM göstəricisi gözlənilən 0.2% əvəzinə 0.1% açıqlandı.

USD/CAD cütlüyü bu göstəriciyə dərhal reaksiya verməsə də, 0.35% bahalaşa bilib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3700, 1.3800

- Eniş hədəfləri: 1.3400, 1.3250

Avstraliya

02 may

08:30 – AEB-nın uçot faiz dərəcəsi ilə bağlı açıqlaması (may).

03 may

05:30 – Pərakəndə Satış Həcmi.

AEB cari həftə faiz dərəcəsi ilə bağlı qərarını aşıqlayacaq və ehtimallara görə,

bank sərt pul-kredit siyasəti istiqamətində qeyri-müəyyən müddətə fasilə elan edə bilər.

Bu fasiləyə səbəb kimi 1-ci rüb ərzində inflyasiyanın orta göstəricisinin geriləməsi qeyd olunur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6780, 0.6900

- Eniş hədəfləri: 0.6500, 0.6370

YeniZelandiya

03 may

02:45 – Məşğulluq Göstəricisi (1-ci rüb)

03:00 – YZEB-nın sədri Orranın çıxışı

04 may

03:00 – YZEB-nın sədri Orranın çıxışı

Yeni Zelandiya Dolları ötən həftə ABŞ Dollarına nisbətdə öz mövqeyini qoruya bilib,

lakin ümumilikdə dolların təzyiqi qarşısında hələ də qeyri-stabildir.

Belə ki, Yeni Zelandiyanın iqtisadi göstəriciləri hələ də ziddiyətli nəticələr göstərir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6270, 0.6400

- Eniş hədəfləri: 0.6060, 0.5900

Qızıl

Qızıl ötən həftəni neytral mövqedə tamamlayıb. Həftənin son günü isə qızıl 0.16% dəyər qazanıb.

Qızılın artımında fasiləyə əsas səbəb isə ABŞ səhm bazarının yüksəlməsi, eyni zamanda,

ABŞ inflasiya göstəricisində geriləmənin müşahidə olunması göstərilir.

Digər tərəfdən isə, qızılın bahalaşmasını ABŞ 2 illik xəzinə istiqrazlarının dəyər itirməsi dəstəkləyib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2015.00, 2040.00

- Eniş hədəfləri: 1965.00, 1930.00

Neft

Neft artıq 6-cı aydır ki, fasiləsiz olaraq ucuzlaşır.

Belə ki, ABŞ və Asiya iqtisadi artımında ləngimə yanacağa olan tələb perspektivlərini zəiflədib.

Ümumilikdə aprel ayı ərzində neft bazarında dalğalanma müşahidə olundu.

OPEK+ üzv ölkələr və onların tərəfdaşlarının anidən hasilat həcmini azatması qərarı xam neftin qiymətini yüksəltsə də,

bazarda tələbat həcminin azalması fonunda bu artım uzun müddət davam etmədi.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 83.00, 87.00

- Eniş hədəfləri: 75.00, 71.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 79.00, 83.00

- Eniş hədəfləri: 72.00, 68.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 01.05.23 - 07.05.23

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 01.05.23 - 07.05.23

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 01.05.23 - 07.05.23

Thank You!

Your form has been succesufully send