Foreks bazarının həftəlik təqvimi və analitikası 04.08.2025 - 10.08.2025

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Keçən həftə maliyyə bazarlarında əsas diqqət ABŞ-dəki zəif

məşğulluq göstəricilərinə və ABŞ prezidenti D.Trampın yeni

tarif dalğasına yönəldi. İyul ayındakı qeyri-kənd təsərrüfatı

üzrə məşğulluq göstəricisi cəmi 73 min artdı və əvvəlki

aylarda açıqlanan rəqəmlər yenidən hesablanaraq xeyli

azaldılıb. Bu, sentyabrda FED-in faiz endirimi ehtimalını

kəskin artırdı. Trampın Kanadaya 35%, İsveçrəyə 39%

tarif tətbiqi və digər ölkələrlə ticarət gərginliyi qlobal

risk iştahını azaltdı.

Yeni həftədə ABŞ-də yüksək təsirli makro göstəricilər

az olduğundan, bazarların əsas diqqəti ticarət siyasətinə,

FED rəsmilərinin çıxışlarına və geosiyasi xəbərlərə yönələcək.

Avrozona və Almaniya üzrə sənaye sifarişləri, pərakəndə satışlar

kimi məlumatlar, həmçinin İngiltərə Bankının (BoE) faiz qərarı

həftənin önəmli hadisələrindəndir. Neft və qızıl bazarlarında

dalğalanmalar əsasən dolların istiqaməti və risk iştahından asılı olacaq.

ABŞ

Keçən həftəki zəif NFP hesabatı dolların yüksəlişini dayandırdı

və sentyabrda faiz endirimi gözləntilərini gücləndirdi. FED-in son

iclasında faizlər dəyişməz qaldı, lakin iki üzv 25 baza bəndi azalma

tərəfdarı oldu. Bu həftə əsas iqtisadi göstəricilərdən xidmət sektorunda

biznes aktivliyinin indeksi (PMI), ISM-dən qeyri-istehsal sektorunda biznes

aktivliyinin indeksi və ilkin işsizlik müraciətləri ön plana çıxacaq. Güclü

zəiflik siqnalları dolların təzyiq altında qalmasına səbəb ola bilər.

Ticarət mövzusu yenidən ABŞ dollarının qısamüddətli hərəkət trayektoriyasını

müəyyən edən əsas amillərdən birinə çevriləcək.

5 avqust

17:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (iyul)

18:00 – ISM-dən qeyri-istehsal sektorunda biznes aktivliyinin indeksi (iyul)

6 avqust

18:30 USD – Xam neft ehtiyatları

7 avqust

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı


Avrozona

ABŞ-AB ticarət razılaşması Avro üçün neqativ qəbul olundu.

Belə ki, razılaşma çərçivəsində AB məhsullarına ABŞ-yə

ixracda 15% tarif tətbiq ediləcək, bəzi metallar üçün isə

50% dərəcə qüvvədə qalacaq. Bu, iqtisadi perspektivləri

zəiflədir və avronun dollar qarşısında təzyiq altında qalmasına

səbəb olur. Keçən həftə Avrozonada ikinci rüb üzrə ÜDM-in

zəif artımı və Almaniya sənaye göstəriciləri üzrə iqtisadi aktivliyin

zəif olduğunu göstərdi. Bu həftə xidmət sektoru üzrə PMI, istehsalçı

qiymətləri, sənaye sifarişləri və pərakəndə satışlar izləniləcək. Avropa

Mərkəzi Bankının ilin sonuna qədər faizləri dəyişməz olaraq saxlayacağı

ilə bağlı gözləntilər avronu müəyyən qədər dəstəkləyə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1640; 1.1700; 1.1830

- Eniş hədəfləri: 1.1470; 1.1390; 1.1300

Böyük Britaniya

Funt sterlinq keçən həftə iki ayın minimumuna gerilədi.

Bu həftənin əsas hadisəsi BoE-nin faiz qərarı olacaq.

Bazar 25 baza bəndi azalma ilə 4%-ə endirim gözləyir.

Əgər bank gələcəkdə daha çox yumşalma siqnalları versə,

funtun təzyiq altında qalması mümkündür. Əksinə, daha

ehtiyatlı çıxışlar funtu qısamüddətli dəstəkləyə bilər.

Həmçinin “Halifax” təşkilatı İngiltərədə ev qiymətləri

və xidmət sektoru üzrə PMI göstəricisini açıqlayacaq.

ABŞ-dəkı zəif makroiqtisadi mühit də funtun bərpasına

qismən imkan verə bilər.

4 avqust
Gün ərzində Böyük Britaniyada qeyri-iş günüdür

7 avqust
15:00 – Uçot faiz dərəcəsi ilə bağlı qərar (avqust)

15:30 – İngiltərə Bankının inflyasiya ilə bağlı məktubu

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.3340; 1.3445; 1.3516
  • Eniş hədəfləri: 1.3140; 1.3100; 1.3063

Neft

Keçən həftə Brent 69.31 dollar, WTI isə 66.45 dollar

ətrafında həftəni tamamladı. Hər iki növ neft həftənin

əvvəlində artım etsə də, sonradan güclü satış təzyiqi ilə

üzləşdi. ABŞ məşğulluq göstəriciləri və ticarət gərginliyi

bazarda dalğalanma yaratdı. Texniki olaraq Brent üçün

75.05 dollar müqavimət, 65.25 dollar və 59.65 dollar

dəstək zonaları önəmlidir. WTI üçün 70 dollar yaxın

müqavimət, 66 və 65 dollar dəstək kimi izlənilir.

Yeni həftədə qiymətlər dolların istiqaməti, qlobal risk

iştahı və geosiyasi xəbərlərə həssas olacaq.

Cari həftənin gözləntiləri (Brent):

- Artım hədəfləri: 75.05; 80.55; 86.05

- Eniş hədəfləri: 65.25; 59.65; 55.00

Cari həftənin gözləntiləri (WTI):

- Artım hədəfləri: 70.00; 72.50; 75.00

- Eniş hədəfləri: 66.00; 65.00; 64.60

Qızıl

Qızıl ötən həftə 3300 dollardan aşağı düşsə də,

zəif NFP sonrası kəskin bərpa edərək 3350 dollar

üzərinə qalxdı. Bu həftə yüksək təsirli ABŞ məlumatlarının

azlığı fonunda diqqət FED rəsmilərinin çıxışlarına yönələcək.

Sentyabrda faiz endirimi siqnalları qızıla əlavə dəstək verə bilər.

Əksinə, yumşaq çıxışların zəifləməsi qiymətlərin yenidən

3300 dollar və daha aşağı enməsinə gətirə bilər. Qısa müddətdə

3400 və 3430 dollar müqavimət, 3270 və 3200 dollar dəstək

kimi qiymətləndirilir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 3,400; 3,430; 3,500

- Eniş hədəfləri: 3,270; 3,200; 3,150

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 04.08.2025 - 10.08.2025

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 04.08.2025 - 10.08.2025

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 04.08.2025 - 10.08.2025

Thank You!

Your form has been succesufully send