Foreks bazarının həftəlik təqvimi və analitikası 11.08.2025 - 17.08.2025

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Keçən həftə maliyyə bazarlarının hərəkətinə əsasən ABŞ və Avropa

mərkəzi banklarının siyasət siqnalları, ticarət gərginlikləri və geosiyasi

hadisələr təsir göstərdi. ABŞ-də dollar zəifləyərək DXY indeksini 98.00

ətrafına endirdi, bu isə FED-in daha yumşaq siyasət aparacağı gözləntilərinin

artması ilə bağlıdır. ABŞ-Çin və ABŞ-Avropa arasında “qarşılıqlı tariflər” ticarət

risklərini artırdı, lakin bəzi sahələrdə (aerokosmik, yarımkeçiricilər) güzəştlər olsa

da, polad və alüminiumda yüksək rüsumlar saxlanıldı.

Bu həftə diqqət mərkəzində ABŞ inflyasiya (CPI) göstəriciləri, istehsalçı qiymətləri (PPI),

pərakəndə satışlar, həmçinin cümə günü keçiriləcək Tramp-Putin görüşü olacaq. Görüşdə

Ukrayna münaqişəsinə dair atılacaq addımlar enerji bazarlarına birbaşa təsir edə bilər. Eyni

zamanda, qızıl və neft qiymətləri geosiyasi fon və ABŞ makro məlumatlarının təsiri ilə dalğalana bilər.

ABŞ

ABŞ dolları ötən həftə zəifləyərək psixoloji 100.00 səviyyəsindən geri çəkildi.

Bunun əsas səbəbləri FED-in siyasi təsir altında daha yumşaq mövqeyə keçə

biləcəyi narahatlığı, Prezident D.Trampın tarif siyasətində sərt bəyanatları

və inflyasiya risklərinin artmasıdır. Bu həftə CPI hesabatı (iyul) əsas hadisə

olacaq.Proqnozlar nümayiş etdirir ki, əsas göstəriciyə görə illik inflyasiya

2,8%-ə yüksələcək, aylıq baza göstərici isə 0,3% artacaq.Gözləniləndən

yüksək nəticələr sentyabrda faiz endirimi ehtimalını azalda bilər, bu isə

dolları dəstəkləyib qızıl və səhmlərə təzyiq edə bilər. Gözləniləndən aşağı

nəticə isə əksinə, FED-in ardıcıl faiz endirimlərinə yol aça bilər.

Həftə ərzində PPI, ilkin işsizlik müraciətləri, pərakəndə satışlar da izlənəcək.

Cümə günü keçiriləcək Tramp-Putin görüşü isə enerji qiymətləri və risk iştahına

təsir edə bilər.

12 avqust

16:30 – İstehlak qiymətlərinin baza indeksi (iyul)

16:30 – İstehlak qiymətlərinin indeksi (illik) (iyul)

16:30 – İstehlak qiymətlərinin indeksi (aylıq) (iyul)

13 avqust

18:30 – Xam neft ehtiyatları

14 avqust

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

16:30 – İstehsalçı qiymətlərinin indeksi (iyul)

15 avqust

16:30 – Pərakəndə satışın baza indeksi (aylıq) (iyul)

16:30 – Pərakəndə satış həcmi (iyul)


Avrozona

Avro ötən həftə ABŞ dollarının zəifləməsi fonunda güclənərək 1.1700

müqavimətini yoxladı. Avrozonada makro gündəm nisbətən sakit olsa da,

bu həftə Almaniya və ümumi Avrozonanın ZEW İqtisadi Gözləntilər indeksi,

Almaniya inflyasiyasının yekun nəticələri, ikinci kvartal üzrə ÜDM-i, sənaye

istehsalı və məşğulluq göstəriciləri izlənəcək. Ticarət gərginliyi və ABŞ-Avropa

razılaşmasına dair qarışıq reaksiyalar, xüsusən Almaniya və Fransanın tənqidi,

avronun orta müddətli trayektoriyasına təsir edə bilər. Avropa Mərkəzi Bankı

hazırda siyasəti sabit saxlayır, lakin 2026-cı ilin yazında faiz endiriminin başlanacağı gözlənilir.

13 avqust

10:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (aylıq) (iyul)

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1700 1.1780 -1.1830

- Eniş hədəfləri: 1.1390 1.1210 1.1100

Neft

Keçən həftə Brent markalı neftin qiyməti 3.8%-dən çox azaldı. Azalmanın

əsas səbəbi Ukrayna münaqişəsinə dair Alaska görüşündən pozitiv nəticə

gözləntiləri və müharibə ilə bağlı risk mükafatının azalması idi. Əgər görüşdə

Rusiya neftinə tətbiq edilən sanksiyaların yumşaldılması qərara alınarsa, bu,

2026-cı il üçün proqnozlaşdırılan təklif profisitini daha da gücləndirə bilər və

qiymətlərə əlavə təzyiq göstərə bilər. Əks halda, görüşün nəticəsiz qalması

təklif risklərini azaldar və qiymətləri dəstəkləyə bilər. Həftə ərzində API və EIA

neft ehtiyatları hesabatları da qısamüddətli hərəkətlilik yarada bilər.

Cari həftənin gözləntiləri (Brent):

- Artım hədəfləri: 86.50 88.00 90.00

- Eniş hədəfləri: 82.00 80.50 78.00

Cari həftənin gözləntiləri (WTI):

- Artım hədəfləri: 83.00 84.50 86.00

- Eniş hədəfləri: 78.50 77.00 75.00

Qızıl

Qızıl ötən həftə 3400 dollar səviyyəsini aşaraq iyulun sonundan bəri

ən yüksək həddini gördü, lakin həftənin sonunda bir qədər geri çəkildi.

ABŞ-də qızıl külçələrinə (xüsusilə İsveçrədən idxal olunan 100 unsiyalıq)

tətbiq edilən 39% tarif xəbəri ABŞ-də fyuçers qiymətlərini rekord səviyyəyə

qaldırsa da, spot bazarda London qiymətləri daha stabil qaldı. ABŞ CPI

hesabatı bu həftə qızılın istiqamətini müəyyən edə biləcək əsas amildir:

gözləniləndən yüksək inflyasiya dolları gücləndirib qızıla təzyiq göstərə,

aşağı nəticə isə əksinə, qızılı dəstəkləyə bilər. Bundan əlavə, Tramp-Putin

görüşündən ötürüləcək geosiyasi siqnallar da qısa müddətdə volatilliyi artıra bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 3 400 3 430 3 500

- Eniş hədəfləri: 3 355 3 300 -3 200

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 11.08.2025 - 17.08.2025

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 11.08.2025 - 17.08.2025

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 11.08.2025 - 17.08.2025

Thank You!

Your form has been succesufully send