Foreks bazarının həftəlik təqvimi və analitikası 05.01.2026 - 11.01.2026

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Cari həftə qlobal bazarlar üçün ilin ilk ciddi “makro stress-testi” hesab olunur:
qlobal PMI-lər, Avrozona üzrə inflyasiya və ABŞ məşğulluq hesabatı (NFP) ilin
bazar əhvalını müəyyənləşdirəcək. Fond bazarları müsbət dinamika ilə hərəkət edir.
Belə ki, Avropa indeksləri yüksəlir, FTSE 100 tarixi səviyyələri sınaqdan keçir,
ABŞ-də isə süni intellekt mövzusu və müdafiə sənayesi aparıcı rol oynamağa
davam edir. Risk yanaşması selektivdir: keyfiyyətli, sabit pul axını olan şirkətlərə
üstünlük verilir. Bu fonda Venesuelada hakimiyyət dəyişikliyi geosiyasi fonu
kəskinləşdirsə də, bazar reaksiyası məhduddur; neft cüzi geri çəkilir, qızıl bahalaşır,
lakin ümumi risk iştahı pozulmur. İnvestorlar Venesuela faktorunu daha çox
uzunmüddətli struktur amili kimi qiymətləndirir, həftənin əsas hərəkətverici
qüvvəsi isə makroiqtisadi məlumat axını hesab olunur. Nəticədə təlaş yox,
praqmatik mövqe idarəçiliyi üstünlük təşkil edir və qoruyucu alətlərdən istifadə artır.

ABŞ

ABŞ üzrə diqqət əmək bazarının real vəziyyətinə yönəlib: məşğulluqda artımın
təxminən 55-60 min civarında formalaşacağı, işsizliyin 4,5-4,6% diapazonunda
qalacağı, saatlıq orta əməkhaqqı artımının isə 3,5-3,6% səviyyəsində sabitləşəcəyi
gözlənilir. Bu mənzərə iqtisadiyyatın artıq “qızmış” fazadan çıxaraq idarə olunan
soyuma mərhələsinə keçdiyini göstərir: zəifləmə nəzarət altındadır, risklər isə
balanslaşdırılıb. Fyuçers bazarlarında il ərzində mərhələli şəkildə iki faiz endirimi
gözləntisi formalaşıb və daxil olan məlumatlar bu ssenarini ya möhkəmləndirə,
ya da zəiflədə bilər. Rəqəmlər gözləntilərdən geri qaldığı halda dollar təzyiq altında
qala, gəlirlilik enə və qızıl ilə EURUSD üçün dəstək formalaşa bilər. Əksinə, güclü
statistik fon “FED-in tələsməyəcəyi” fikrini gücləndirər və dollar qısamüddətli üstünlük
qazanmış olar. Bazarda paralel olaraq dolların 2026-cı ildə mərhələli “geri dönüş”
ssenarisi də nəzərə alınır.

5 yanvar

19:00 – ISM-dən istehsal sektorunda biznes aktivliyinin indeksi (dekabr)


6 yanvar

18:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (dekabr)

7 yanvar

17:15 – ADP-dən qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (dekabr)

19:00 – ISM-dən qeyri-istehsal sektorunda biznes aktivliyinin indeksi (dekabr)

19:00 – “JOLTS” əmək birjasında açıq vakansiyaların sayı (noyabr)

19:30 – Xam neft ehtiyatları

8 yanvar

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

9 yanvar

17:30 – Saatlıq orta əməkhaqqı (dekabr)

17:30 USD – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (dekabr)

17:30 USD – İşsizlik göstəricisi (dekabr)

Avrozona

Avrozonada əsas diqqət HICP/CPI və xidmət-istehsal PMI-lərinin dinamikasına yönəlib.
Göstəricilər inflyasiyanın hədəfə nisbətən nəzarətdə saxlanıldığını, bərpanın isə hələ
kövrək və qeyri-bərabər xarakter daşıdığını göstərir. Belə ki, xidmət sektoru zəif müsbət
zonada qalır, sənayedə isə hələ qəti dönüş siqnalı yoxdur. Avro 2026-cı ilə 1,17-1,18
diapazonunda daxil olub və bu zonada nəzərəçarpan texniki tavan formalaşıb. Davamlı
yüksəliş üçün daha güclü fundamental təsdiq, xüsusən də inflyasiya və PMI-lərin ardıcıl
şəkildə gözləntiləri üstələməsi tələb olunur. Əks halda EUR/USD diapazon daxilində
ticarətini davam etdirəcək. Siyasi və fiskal qeyri-müəyyənliklər fon təzyiqi kimi qalır və
aqressiv yüksəliş fikrinin formalaşmasını məhdudlaşdırır.

6 yanvar
17:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (aylıq) (dekabr)

7 yanvar

14:00 – Avrozonada istehlak qiymətləri indeksi (illik) (dekabr)

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.1820; 1.1880; 1.1950
  • Eniş hədəfləri: 1.1660; 1.1580; 1.1480

Neft

Neft bazarında qiymətlərin davranışı praqmatik yanaşmanı əks etdirir: Brent təxminən
60-61 dollar, WTI isə 56-57 dollar ətrafında ticarət olunur. Venesueladakı siyasi dəyişikliklər
simvolik əhəmiyyət daşısa da, qısa müddətdə təklif balansını dəyişmir, çünki ölkənin hazırkı
hasilatı 1 milyon bareldən də aşağıdır və keçmiş səviyyələrə dönüş yüz milyardlarla dollar
investisiya, infrastrukturun bərpası və uzun illər tələb edir. Buna görə də bazar “birdən-birə
ucuz neft axını” ssenarisini real hesab etmir. Əsas narahatlıq qlobal tələbin gücü ilə bağlıdır:
2025-ci ildəki kəskin ucuzlaşmadan sonra 2026-cı ilə də zəif başlanğıc, tədricən təklif riskinin
qiymətə daxil edildiyini göstərir. Cari mərhələdə daha real ssenari geniş diapazon daxilində
oynaq ticarət və ya yavaş enişdir. Dayanıqlı yüksəliş üçün əlavə fundamental katalizatorlar
hələ görünmür.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 62.00; 64.00; 66.00
  • Eniş hədəfləri: 58.00; 56.00; 54.00

Cari həftənin gözləntiləri (WTI):

  • Artım hədəfləri: 58.50; 60.50; 62.50
  • Eniş hədəfləri: 55.00; 53.00; 51.50

Qızıl

Qızıl geosiyasi qeyri-müəyyənlik və makro risklərin kəsişdiyi nöqtədə əsas sığorta aləti kimi
mövqeyini möhkəmləndirir. Venesuela ətrafında gərginlik, qlobal siyasi risklərin genişlənmə
ehtimalı, eyni zamanda FED-in mərhələli yumşalma perspektivi və gəlirliliyin aşağı istiqamətli
riski qızıl üçün dəstək yaradır. Bazar daha çox riskdən qorunma strategiyasını əks etdirir:
korreksiyalarda mövqe artırılır, kəskin yüksəlişlərdə isə mənfəətin qismən fiksasiyası üstünlük
təşkil edir. Zəif NFP və inflyasiyanın sürətlənməsi qızıla ikitərəfli dəstək verə bilər, güclü makro
fon isə qısamüddətli korreksiya yaratsa da, struktur baxımından mənzərə hələ də sözügedən
metalın lehinədir.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 4520; 4580; 4650

Eniş hədəfləri: 4380; 4320; 4250

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 05.01.2026 - 11.01.2026

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 05.01.2026 - 11.01.2026

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 05.01.2026 - 11.01.2026

Thank You!

Your form has been succesufully send