Foreks bazarının həftəlik təqvimi və analitikası 19.05.025 -25.05.2025

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Keçən həftə dünya bazarlarında müsbət ab-hava müşahidə olundu. ABŞ və Çin arasında ticarət gərginliyinin azaldılması ilə bağlı xəbərlər investorları sevindirdi.

Bəzi məhsullara tətbiq olunan gömrük rüsumlarının 90 günlük dayandırılması bazarlarda risk iştahını artırdı. Amma bu razılaşmanın müvəqqəti xarakter daşıması səbəbilə investorlar ehtiyatla davranırlar.

Eyni zamanda, ABŞ-də inflyasiya və pərakəndə satışla bağlı göstəricilər birmənalı olmadı və bu, ABŞ Mərkəzi Bankının (FED) faiz siyasəti ilə bağlı dəyişiklik gözləntilərinə təsir göstərmədi.
Bu həftə əsas diqqət ABŞ dollarının hərəkətinə, geosiyasi xəbərlərə və PMI indekslərinə yönələcək.

ABŞ

ABŞ dolları ardıcıl 4-cü həftədir ki, güclənməyə davam edir. Bu, əsasən ABŞ və Çin arasında ticarət razılaşmasının əldə olunması,

eləcə də ABŞ-də dövlət istiqrazlarının gəlirliliyinin artması ilə əlaqədardır. ABŞ-nin kredit reytinqinin aşağı salınması və büdcə ilə bağlı müzakirələr isə əlavə risk yaradır.

Hazırda investorlar ABŞ-də iqtisadi aktivliyi ölçən PMI indekslərinə və FED nümayəndələrinin çıxışlarına diqqət yetirirlər.

Əgər ABŞ və digər ölkələr arasında daha çox ticarət razılaşması əldə olunarsa, bu, dolları dəstəkləyə bilər.

21 may

18:30 – Xam neft ehtiyatları


22 may

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (may)

17:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (may)

18:00 – Təkrar mənzil bazarında satışlar (aprel)


23 may

18:00 – Yeni mənzil satışları (aprel)

Avrozona

Avrozonada iqtisadi göstəricilər zəif olaraq qalır. Almaniyada inflyasiya 2.2% səviyyəsində qalsa da, sənaye sektoru hələ də zəifdir.

1-ci rüb üzrə ÜDM artımı 0.4%-dən 0.3%-ə endirilib. Bu da onu göstərir ki, iqtisadi artım çox zəifdir. PMI indekslərinin bu həftə açıqlanması ilə

Avropa iqtisadiyyatının real durumu daha aydın görünəcək. Avro hazırda sabitdir, amma dollar qarşısında artım potensialı məhduddur.

19 may

13:00 – Avrozonada istehlak qiymətləri indeksi (illik) (aprel)

23 may

10:00 – Almaniyada ümumi daxili məhsul göstəricisi (1-ci rüb)

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1300; 1.1380; 1.1460

- Eniş hədəfləri: 1.1160; 1.1064; 1.1000

Böyük Britaniya

Funt sterlinq ötən həftə əvvəlcə düşsə də, sonra yenidən mövqeyini bərpa etdi. Bu, əsasən ABŞ inflyasiyasının gözləntilərdən zəif açıqlanması və

Britaniyada ÜDM-in gözləniləndən daha çox (0.7%) artması ilə bağlıdır. Çərşənbə günü açıqlanacaq inflyasiya məlumatları funt üçün həlledici olacaq.

Əgər inflyasiya yüksələrsə, bu, Mərkəzi Bankın faizləri endirməsini çətinləşdirəcək və bu, funtu dəstəkləyə bilər.

Eyni zamanda, ABŞ ilə ticarət razılaşması da müsbət siqnaldır.

Texniki baxımdan 1.3390 səviyyəsi keçilərsə, funt daha da güclənə bilər.

21 may

10:00 – İstehlak qiymətləri indeksi (illik) (aprel)

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3445; 1.3500; 1.3644

- Eniş hədəfləri: 1.3270; 1.3115; 1.3050

Neft

Neft bazarında qiymətlər 60 dollar səviyyəsindən yuxarıda qalmaqdadır. Bu, ABŞ ilə Yaxın Şərq ölkələri arasında ticarət danışıqlarının

irəliləməsi və yay mövsümündə tələbin artması ilə bağlıdır. OPEC də 2025-ci il üçün təklifin artım proqnozunu aşağı salıb.

Eyni zamanda, Çin Mərkəzi Bankının gözlənilən faiz endirimi də neftə müsbət təsir edə bilər. Bu həftə PMI göstəriciləri və

geosiyasi xəbərlər qiymətlərə təsir edə bilər. Əgər müsbət ab-hava davam etsə, qiymətlər 65 və 67.70 dollar səviyyələrinə çata bilər.

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 63,00;67,00; 70,00

- Eniş hədəfləri: 60,00; 55,00; 52,00

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 67,00; 70,00; 72,50

- Eniş hədəfləri: 60,00; 57,50; 55,00

Qızıl

Qızılın qiyməti son bir ayın ən aşağı səviyyəsinə düşüb (3200 dollardan aşağı). Bunun əsas səbəbi dünyada gərginliyin azalması və

investorların riskli aktivlərə keçid etməsidir. ABŞ-də inflyasiya gözləniləndən zəif gəldikdən sonra qızıl bir qədər sabitləşdi,

lakin ümumi təzyiq hələ də qalır. Bu həftə açıqlanacaq PMI göstəriciləri və FED üzvlərinin çıxışları qızılın qiymətinə təsir edə bilər.

Əgər geosiyasi vəziyyət yenidən pisləşərsə, qızıla maraq arta bilər. Hazırda əsas dəstək səviyyəsi 3160 dollar, əsas müqavimət isə 3290-3300 dollar aralığındadır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 3290; 3360; 3430

- Eniş hədəfləri: 3160; 3045; 3000

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 19.05.025 -25.05.2025

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 19.05.025 -25.05.2025

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 19.05.025 -25.05.2025

Thank You!

Your form has been succesufully send