Foreks bazarının həftəlik təqvimi və analitikası 21.07.2025 - 27.07.2025

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
İyul ayının son həftəsinə daxil olarkən maliyyə bazarlarında gərginlik artır.

ABŞ prezidenti Donald Trampın Avropa İttifaqına qarşı 30%-lik tarif təklifləri,

FED sədri Cerom Pauellə bağlı mübahisəli çıxışları və investorların faiz endirimi

gözləntiləri bazar davranışlarını formalaşdırır. Ənənəvi yay durğunluğu bu dəfə

təlatümlə əvəz olunub. Belə ki, ticarət müharibəsi qorxuları, geosiyasi risklər və

mərkəzi bankların siyasətləri bazarlarda qeyri-müəyyənliyi artırır.Korporativ gəlirlər

dövrü başlasa da, bu dəfə investorlar daha tələbkardır.Texnologiya nəhənglərinin hesabatları

və gəlirlərin yenidən bölüşdürülməsi (buybacks) bazarda texniki dəstəyi artırsa da, likvidliyin

azalması və yay mövsümünün təsiri gözlənilməz dəyişikliklərə yol aça bilər. Bəzi mövqelərdə riskli

alışlar fonunda artıq həssaslıq yaranıb və bu, kiçik xəbərlərin belə bazarlarda kəskin reaksiyalara

səbəb ola biləcəyini göstərir.

ABŞ

ABŞ iqtisadiyyatı bu həftə də diqqət mərkəzindədir. İyun ayı üzrə inflyasiya (CPI) gözləntiləri üstələyərək

2.7% səviyyəsində qeydə alındı. Əsas inflyasiyanın artması, xüsusilə idxal olunan məhsullar üzrə qiymət

artımları, FED-in faizləri endirməkdə tələsməyəcəyinə işarədir. Bu isə dolları dəstəkləyən əsas faktorlardan biridir.

Prezident Trampın FED rəhbərini işdən çıxarma ehtimalı ilə bağlı yayılan xəbərlər dolları zəiflətdi və riskdən qaçma

əhvalını artırdı. Lakin Tramp bu iddiaları təkzib etsə də, FED-in müstəqilliyi ilə bağlı suallar açıq qalır. Bu da bazarların

həssaslığına təsir edir və qızıl kimi təhlükəsiz aktivlərə tələbi artırır.Bundan əlavə, istehlakçı əhvali-ruhiyyəsi

(Miçiqan İndeksi), pərakəndə satışlar və işsizliklə bağlı göstəricilər gözləntilərdən yaxşı çıxaraq ABŞ iqtisadiyyatı

üçün pozitiv siqnallar verdi. Yenə də, faiz endirimi gözləntiləri bazarda mövcudluğunu qoruyur və sentyabrda faiz

azalması ehtimalı 60% civarındadır.

22 iyul
16:30 – FED-in rəhbəri C.Pauelin çıxışı

23 iyul
18:00 – Təkrar mənzil bazarında satışlar (iyun)

18:30 – Xam neft ehtiyatları

24 iyul

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (iyul)

17:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (iyul)

18:00 – Yeni mənzil satışları (iyun)

Avrozona

Avrozonada iqtisadi göstəricilər ikili siqnallar verir. Almaniyanın ZEW indeksində gözləniləndən daha yaxşı nəticələr müşahidə

olundu və bu, iqtisadi inamın müsbətə doğru dəyişdiyini göstərdi. Eyni zamanda, Avropa İttifaqında sənaye istehsalı və illik inflyasiya (HICP)

artıma davam edir – 2.3% illik səviyyə təsdiqləndi.Bu həftə əsas diqqət Avropa Mərkəzi Bankının faiz qərarına yönələcək. Bazar iştirakçıları

AMB-nin faizləri sabit saxlayacağını proqnozlaşdırır (əsas faiz dərəcəsi 2.15%, depozit dərəcəsi 2.0%). Lakin müşayiətedici bəyanatlarda gələcəkdə

əlavə yumşalma olub-olmaması ilə bağlı ipucları önəm daşıyacaq.Texniki baxımdan EUR/USD cütlüyü 1.1610 zonasında dəstək tapır və bu həftə ərzində

1.1680 və daha yuxarı səviyyələrə yönəlik korreksiya potensialı mövcuddur. ABŞ ilə ticarət münasibətləri isə Avropanın iqtisadi gələcəyi üçün əsas risk olaraq qalır.

24 iyul

16:15 – Depozitlər üzrə faiz dərəcələri (iyul)

16:15 – Uçot faiz dərəcəsi ilə bağlı qərar (iyul)

16:45 – Avropa Mərkəzi Bankının mətbuat konfransı

Cari həftənin gözləntiləri:

Artım hədəfləri: 1.1686; 1.1760; 1.1830

Eniş hədəfləri: 1.1590; 1.1470; 1.1400

Neft

WTI markalı neftin qiyməti həftəni 65.76 dollar civarında başa vurdu. Texniki olaraq 64.50-65.00 aralığında güclü dəstək formalaşıb.

Qiymətlər qısa müddət ərzində dəfələrlə bu zonadan yuxarı sıçrayıb. Hələlik tədarük bolluğu və ABŞ hökumətinin neft siyasəti

qiymətlərin 70 dolların altında sabit qalmasına səbəb olur.Brent markalı neft isə həftəni 70.12 dollarla tamamladı. Burada eniş meyli

daha güclü hiss olunur. Texniki göstəricilər 74.65 səviyyəsinin yoxlanılacağını və ordan mümkün enişin başlaya biləcəyini göstərir.

Əgər bu səviyyədən yuxarı sıçrayış olsa və 82.45 dollar qırılarsa, yüksəliş ssenarisi aktivləşə bilər. Əks halda, qiymətlərin 60 dollar

zonası istiqamətində geriləməsi ehtimalı qalır.Ümumi fon, ticarət müharibəsi riski və yay aylarında tələbin zəifliyi qiymətlərin

qeyri-sabit qalmasına şərait yaradır.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 72.65; 79.45; 82.95
  • Eniş hədəfləri: 68.12; 65.35; 60.05

Cari həftənin gözləntiləri (WTI):

  • Artım hədəfləri: 66.80; 68.90; 70.00
  • Eniş hədəfləri: 65.00; 64.50; 62.30

Qızıl

Bu həftə qızılın qiymətində aydın istiqamət müşahidə olunmur. İyun ayı üzrə ABŞ-də CPI və PPI göstəriciləri inflyasiya

təzyiqini artırdı və FED-in faiz endirimi ehtimalını azaltdı. Bu isə dolların güclənməsi ilə nəticələndi və qızılın artım potensialını

məhdudlaşdırdı.Bununla yanaşı, Trampın Pauellə bağlı açıqlamaları və bazarda artan qeyri-müəyyənlik riskdən qaçma əhvalını

gücləndirdi. ABŞ-dən gələn bəzi zəif məlumatlar və FED üzvlərinin yumşaq tonlu çıxışları isə dolları zəiflətdi və qızıla müvəqqəti dəstək verdi.

Texniki olaraq qızıl 3285 dollar səviyyəsində ilk dəstəyə malikdir. Aşağıda isə 3200 və 3150 dollar səviyyələri əsas dəstək zonalarıdır.

Yuxarıda isə 3400 dollar, 3450 və 3500 dollar müqavimətləri hədəf ola bilər. Lakin RSI və hərəkətli ortalamalar istiqamətsiz vəziyyətdədir

və bazar yeni katalizator axtarışındadır.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 3400; 3450; 3500
  • Eniş hədəfləri: 3285; 3205; 3150

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 21.07.2025 - 27.07.2025

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 21.07.2025 - 27.07.2025

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 21.07.2025 - 27.07.2025

Thank You!

Your form has been succesufully send