Foreks bazarının həftəlik təqvimi və analitikası 25.11.2024 -01.12.2024

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Həftə ərzində valyuta cütlüklərinin dinamikasına əhəmiyyətli dərəcədə təsir göstərə biləcək bir sıra mühüm makroiqtisadi məlumatların dərci gözlənilir.

İnflyasiya məlumatları, ÜDM və mərkəzi bankların qərarlarına xüsusi diqqət yetiriləcək.

İnvestorlar güclü iqtisadiyyatların pul siyasətinin perspektivlərini qiymətləndirmək üçün bu göstəriciləri yaxından izləyəcəklər.

ABŞ

Çərşənbə günü, noyabrın 27-də ABŞ-nin üçüncü rüb üzrə ÜDM göstəricisi dərc olunacaq.

Bu göstəricinin +2,8% olacağı ehtimal edilir ki,

bu da proqnozun təsdiqlənməsi və ya üstələnməsi halında ABŞ dollarını dəstəkləyə bilər.

Həmçinin eyni gündə Federal Ehtiyat Sistemi üçün inflyasiyanın əsas göstəricisi olan

Şəxsi İstehlak Xərcləri (PCE) haqqında məlumatlar açıqlanacaq.

Yüksək PCE göstəricisi FED-in sərt pul-kredit siyasəti gözləntilərini artıra bilər ki,

bu da dolları dəstəkləyəcək.

26 noyabr

19:00 – İstehlakçı güvən indeksi (noyabr)

19:00 – Yeni mənzil satışları (oktyabr)

23:00 – Federal Açıq Bazar Komitəsinin (FOMC) protokollarının dərci

27 noyabr

17:30 – Şəxsi istehlak xərcləri üzrə qiymət indeksi (Aylıq) (oktyabr)

17:30 – Uzunmüddətli istifadə məhsullarının sifarişi (oktyabr)

17:30 – Ümumi daxili məhsul göstəricisi (3-cü rüb)

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

18:45 – Çikaqoda biznes aktivliyinin indeksi (noyabr)

19:00 – Şəxsi istehlak xərcləri üzrə qiymət indeksi (İllik) (oktyabr)

19:30 – Xam neft ehtiyatları haqqında məlumatın açıqlanması

23:00 – Federal Açıq Bazar Komitəsinin (FOMC) protokollarının dərci

28 noyabr

Gün ərzində ABŞ-də qeyri-iş günüdür

Avrozona

Cümə axşamı, noyabrın 28-də Almaniyada istehlak qiymətləri indeksi (CPI) ilə bağlı məlumatlar dərc olunacaq.

Almaniyanın inflyasiya rəqəmləri əksər zaman bütün Avrozona üçün aparıcı göstərici kimi qəbul edilir.

Əgər məlumatlar inflyasiyanın sürətlənməsinə işarə edərsə, bu,

Avropa Mərkəzi Bankının siyasətinin sərtləşməsi gözləntilərini gücləndirə bilər ki, bu da avronu dəstəkləyəcək.

28 noyabr

17:00 – Almaniyada istehlak qiymətləri indeksi (noyabr)

29 noyabr

14:00 – İstehlak qiymətləri indeksi (noyabr)

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0498;1.0518; 1.0535,

- Eniş hədəfləri: 1.0441; 1.0424; 1.0404

Neft

Qlobal bazarlardakı qeyri-müəyyənlik və tələbin azalacağı ehtimalının olması səbəbindən neft qiymətləri təzyiq altında qalır.

OPEC+ hasilat kvotalarının və bazarı sabitləşdirmək üçün mümkün tədbirlərin müzakirə olunacağı iclas keçirməyi planlaşdırır.
İnvestorlar bu danışıqların nəticələrini diqqətlə izləyəcəklər.

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 71.12;71.46; 71.73

- Eniş hədəfləri: 70.51; 70.24; 69.90

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 74.99; 75.25; 75.55

- Eniş hədəfləri: 73.93; 73.67; 73.37

Qızıl

Qızıl iqtisadi qeyri-müəyyənlik dövründə investorlar üçün cəlbedici aktiv olaraq qalmaqdadır.

ABŞ dollarındakı dalğalanmalar və faiz gözləntiləri qızılın qiymətinin dinamikasına təsir edəcək.

İnvestorlar qiymətli metallara investisiya etmək qərarı verərkən bu amilləri nəzərə alacaqlar.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2721.56; 2749.68; 2768.16;

- Eniş hədəfləri: 2654.96; 2636.48; 2618.36;

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 25.11.2024 -01.12.2024

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 25.11.2024 -01.12.2024

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 25.11.2024 -01.12.2024

Thank You!

Your form has been succesufully send