Foreks bazarının həftəlik təqvimi və analitikası 26.08.2024 - 01.09.2024
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
Ötən həftə FED-in pul siyasətinin yumşaldılması ilə bağlı yayımladığı məlumatlar vacib rol oynadı.
Əgər iqtisadi göstəricilər gözləntilərə uyğun gələrsə,
İyul ayında keçirilən FOMC iclasının protokolu növbəti iclasda siyasətin yumşaldılmasının uyğun ola biləcəyini göstərdi.
Eyni zamanda, FED-in sədri "Powell"in, "Jackson Hole”dakı çıxışı,
sentyabr ayında faiz dərəcələrinin azaldılacağını təsdiqləməklə və iqtisadiyyatın hələ tam məşğulluq səviyyəsinə çatmadığını vurğulamaqla bazarın gözləntilərini artırdı.Powell”in çıxışından sonra bazarın 0,50% faiz azaldılması gözləntisi ötən gündə olan 24%-dən 36,5%-ə yüksəldi.
Baxmayaraq ki, 0,25% azalma hələ də əsas ssenari olaraq qalır.
Dollar indeksi cümə günü, 2023-cü ilin İyul ayından bu yana ən aşağı səviyyəyə düşdü.
Bu, Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Powell”in,
FED-in bu il bir neçə dəfə faiz dərəcələrini azaldacağı ilə bağlı bazar gözləntilərini təsdiqləməsindən sonra baş verdi.
Jackson Hole”də çıxışında Pauell bildirdi ki,
FED-in siyasətini tənzimləmək vaxtı gəlib çatıb və faiz dərəcələrinin azaldılmasının vaxtı və miqyası gələcək iqtisadi göstəricilərdən asılı olacaq.
O, FED-in məqsədinin əmək bazarını dəstəkləmək olduğunu vurğuladı və inflyasiya ilə bağlı narahatlıqların azaldığını,
lakin əmək bazarındakı risklərin artdığını qeyd etdi.
Bu, "Pauell"in indiyə qədər faiz dərəcələrini tezliklə aşağı sala biləcəyini göstərən ən güclü siqnalıdır.
27 avqust
18:00 – "CB" istehlakçı inamı;
28 avqust
18:30 – Neft ehtiyatında dəyişiklik (Həftəlik);
29 avqust
16:30 – ÜDM-də dəyişiklik (Rüblük);
16:30 – İşsizlik müavinətı üzrə ərizələrin sayı (Həftəlik);
30 avqust
16:30 – Şəxsi xərclərin baza qiymət indeksi (İllik);
16:30 – Şəxsi xərclərin baza qiymət indeksi (Aylıq);
Avqust ayının PMI indeksi Paris Olimpiya Oyunlarının təsiri ilə yaxşılaşma göstərdi,
xüsusən də bu Fransanın xidmət sektorunda PMI-nin son iki ildə ən yüksək səviyyəyə çatması ilə özünü göstərdi.
Lakin, Avrozonanın ümumi perspektivi hələ də zəifdir,
istehlakçı etimadının azalması və iqtisadi dinamikanın zəifləməsi faiz dərəcələrinin azaldılmasına dəstək verir.
Bununla belə, Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrini azaltma proqnozları ilə bağlı qeyri-müəyyənlik FED-ə nisbətən daha böyükdür,
bu da Avronun dəyişkənliyə meylli olduğunu göstərir.
Bu həftə isə, bazarın diqqət mərkəzində Avqust ayının inflyasiya məlumatları olacaq,
inflyasiya səviyyəsinin azalması gözlənilir.
27 avqust
10:00 – ÜDM-də dəyişiklik (Rüblük) – Almaniya;
29 avqust
16:00 – İstehlak qiymətləri (Aylıq) – Almaniya;
30 avqust
13:00 – İstehlak qiymətləri indeksi (İllik);
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1,1254, 1,1316, 1,1431
- Eniş hədəfləri: 1,1076, 1,0960, 1,0898
Təxminən bir milyon barrel xam neft daşıyan bir gəminin Qırmızı dənizdə yanması, təchizatla bağlı narahatlıqları yenidən artıraraq,
dənizçilik və ətraf mühit üçün risklər yaratdı. Bununla belə,
ABŞ və Çin kimi böyük iqtisadiyyata malik ölkələr üçün zəif perspektivlərin davam etməsi neftə tələbatın azalması riskini artırdı.
Eyni zamanda, hər iki bölgədə pul siyasətinin daha yumşaq olması bu narahatlıqları qismən aradan qaldırdı.
Bu qarışıq əhval-ruhiyyə neftin qiymətlərini bu həftə ərzində daha geniş diapazonda saxlaya bilər.
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 77,32, 79,80, 82,73
- Eniş hədəfləri: 71,91, 68,98, 66,50
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 80,66, 82,31, 84,81
- Eniş hədəfləri: 76,51, 74,01, 72,36
Keçən Cümə günü qızılın qiyməti $2,515 səviyyəsini keçdi.
Bu FED-in yumşaq mövqeyini təsdiqlədiyi və Dolların dəyərinin azaldığı zaman baş verdi.
FED-in, Jackson Hole”dakı “İqtisadiyyat Konfransında” sədr Powell,
Mərkəzi Bankın yaxın zamanda faiz dərəcələrini azaldacağına və
zəifləmiş əmək bazarı və yavaşlayan inflyasiyaya uyğunlaşacağına işarə verdi.
Bazar, Sentyabr ayında keçiriləcək FED iclasında 0.50% faiz dərəcəsinin azaldılma ehtimalını artırdı və
eyni zamanda bu il ərzində keçiriləcək digər 3 iclasda faiz dərəcəsinin ümumilikdə 1.00% azaldılacağını qiymətləndirməyə davam etdi.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2.575,66 , 2.605,03, 2.639,66
- Eniş hədəfləri: 2.511,66, 2.477,03, 2.447,66
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.