Foreks bazarının həftəlik təqvimi və analitikası 03.02.025 -09.02.2025

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Donald Tramp Kanada, Meksika və Çinə tətbiq olunacaq tarif fərmanını imzalayaraq, ticarət müharibəsinə başlayıb.

Ötən həftə faiz qərarından sonra Avrozonada yaranan mövcud şərait “göyərçin” siyasətini gücləndirib.

Ötən həftədən fərqli olaraq, BoE-nin faiz qərarını azaldacağı ilə bağlı təxminlər funtu zəiflədir.

Tarif qeyri-müəyyənliyi fonunda xam neft dəyər qazanır.

Qızılın qiyməti D.Trampın açıqlamalarından sonra rekord səviyyədən aşağı düşsə də, artım trendini qoruyur.

ABŞ

Tramp Kanada və Meksikadan idxal edilən məhsullara 25%, Çinə isə 10% rüsum tətbiq edib.

Hər üç ölkə tariflərdən imtina etdi. Belə ki, Kanadanın baş naziri Castin Tryudo,

Meksika prezidenti Klaudiya Şeynbaum cavab tədbirlərinin olacağını vəd etdilər.

Analitiklərin ticarət tariflərinin ABŞ-də daha yüksək inflyasiyaya səbəb ola biləcəyi və

Federal Ehtiyat Sisteminə faiz dərəcələrini daha da azaltmağa təkan verəcəyi barədə xəbərdarlıq etdikləri görüldü.

Digər tərəfdən, ABŞ senatoru MakKonnel prezident Trampın irəli sürdüyü tariflərə etiraz edib.

O, baş tutan ticarət müharibəsinin fəsadlarını Amerika istehlakçılarının ödəyəcəyini bildirib.

3 fevral

18:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (yanvar)

19:00 – ISM-dən istehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (yanvar)

4 fevral

19:00 – “JOLTS” əmək birjasında açıq vakansiyaların sayı (dekabr)

5 fevral

17:15 – ADP-dən qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (yanvar)

18:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (yanvar)

19:00 – ISM-dən qeyri-istehsal sektorunda biznes aktivliyinin indeksi (yanvar)

19:30 – Xam neft ehtiyatları haqqında məlumatın açıqlanması

6 fevral

17:30 – ABŞ-də işsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

7 fevral

17:30 – Saatlıq orta əməkhaqqı (yanvar)

17:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (yanvar)

17:30 – İşsizlik göstəricisi (yanvar)

Avrozona

ABŞ Prezidenti Donald Trampın həftə sonu Kanada və Meksikaya qarşı 25%, Çinə isə əlavə 10% rüsum

tətbiq etmək qərarına reaksiya olaraq, ABŞ dolları (USD) bütün dünya üzrə bahalaşıb.

Bu, yeni qlobal ticarət müharibəsinin başlanğıcını göstərir və investorların daha riskli aktivlərə olan marağını azaldır.

Anti-risk axını təhlükəsiz sığınacaq olan dollara yaxşı yüksəliş təmin edir ki, bu da EUR/USD cütlüyünə aşağıya doğru təzyiq göstərən əsas amildir.

Tramp, həmçinin cümə axşamı Avropa İttifaqından gələn məhsullara rüsum tətbiq edəcəyini açıqlayıb.

AMB keçən cümə axşamı gözlənildiyi kimi, uçot faiz dərəcəsini 25 faiz bənd aşağı saldı və

ilin sonuna qədər daha çox faiz endirimi etmə ehtimalını da nəzərdən keçirir.

3 fevral

14:00 – İstehlak qiymətləri indeksi (yanvar)

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0541; 1.0586; 1.0604

- Eniş hədəfləri: 1.0211; 1.0185; 1.0117

Böyük Britaniya

İngiltərə Bankı (BoE) gələn həftə sonuncu siyasət təyinatlı iclasını keçirəcək. BoE-nin

Böyük Britaniya iqtisadiyyatı durğunlaşdıqca daha çox endirimlər edəcəyi gözlənilir.

İqtisadi qeyri-müəyyənliyi nəzərə alaraq, investorlar Pul Siyasəti Komitəsinin üzvlərinin

fikirlərindəki hər hansı dəyişikliyə və gələcəkdə yarana biləcək fürsətlərə diqqətlə yanaşacaqlar.

Yanvarın əvvəlində maliyyə bazarlarında Britaniya dövlət istiqrazlarının gəlirlərində kəskin,

lakin qısamüddətli artım müşahidə olundu. Bu il isə, təxminən, üç dəfə BoE-nin faiz endirimi gözlənilir.

6 fevral

16:00 – Böyük Britaniyada uçot faiz dərəcəsi ilə bağlı qərar (fevral)

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2598; 1.2710; 1.2843

- Eniş hədəfləri: 1.2291; 1.2038; 1.1885

Neft

Bazar ertəsi ABŞ prezidenti Donald Trampın Kanada, Meksika və Çinə tariflər tətbiq etməsindən sonra, neft qiymətləri yüksəldi.

ABŞ-nin ən böyük tədarükçülərindən olan Kanada və Meksikadan potensial tədarükün kəsilməsi ilə

bağlı narahatlıqlar xam neft qiymətlərinə dəstək verdi.

Eyni zamanda, Neft İxrac Edən Ölkələr Təşkilatı və onun müttəfiqləri (OPEC+) hasilatın artırılmasına dəstək olduqları üçün

Trampın artan təzyiqi ilə üzləşir. Bununla belə, OPEC+ nümayəndələri “Reuters” agentliyinə bildiriblər ki,

qrup bazar ertəsi görüşündə hasilatın tədricən artırılması ilə bağlı hazırkı planından kənara çıxa bilməyəcək.

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 78.72;79.95; 82.07

- Eniş hədəfləri: 73.30; 71.25; 68.04

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 81.86; 82.86; 84.97

- Eniş hədəfləri: 74.71; 73.82; 71.62

Qızıl

Qızılın qiyməti bazar ertəsi rekord həddən aşağı düşüb və ABŞ prezidenti D.Trampın Çin, Kanada və

Meksikaya ticarət tarifləri tətbiq etməsindən sonra dolların kəskin bahalaşması ilə təzyiq altında qalıb.

Qlobal səhm bazarlarının zəifləməsi və Trampın tarif tədbirləri ilə bağlı narahatlıqlar, qızıla olan tələbatı artırıb.

Buna görə də sarı metalın qiymətinin enişinin qısa müddət davam etməsi gözlənilir.

“JPMorgan” analitikləri, bazar ertəsi yayımlanan qeydlərində, qızıla olan marağı ortamüddətli perspektivdə yüksək qiymətləndirirlər və

riskdən qaçan investorların bir müddət sarı metala yönələcəyini bildiriblər.

İnvestisiya Bankı 2025-ci ilin sonuna qədər qızılın unsiyasının 3000 dollara yüksələcəyini gözləyir

və bildirir ki, ABŞ-nin aşağı faiz dərəcələri və sabit iqtisadiyyatı, az da olsa sarı metala tələbatı artıracaq.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2814.32; 2828.88; 2840.49;

- Eniş hədəfləri: 2788.12; 2768.09; 2719.98;

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 03.02.025 -09.02.2025

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 03.02.025 -09.02.2025

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 03.02.025 -09.02.2025

Thank You!

Your form has been succesufully send