Foreks bazarının həftəlik təqvimi və analitikası 27.04.2026 - 03.05.2026

UForex cari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Ötən həftə qlobal bazarların əsas mövzusu yenidən Yaxın Şərqdə müharibə riskləri və mərkəzi bankların qərarları oldu. ABŞ-İran danışıqlarının gecikməsi, Hörmüz boğazının yenidən bağlanması və enerji təchizatı üzrə risklərin artması investorları ehtiyatlı mövqeyə qaytardı. Bu fonda ABŞ dolları gücləndi, EUR/USD isə üç həftəlik yüksəliş seriyasını dayandıraraq 1.1700 aşağısında həftəni tamamladı.

Neft qiymətlərində yenidən güclü yüksəliş müşahidə olundu. Brent 106+ dollar, WTI isə 93+ dollar səviyyəsinə qalxdı. Bu, bazarın geosiyasi risklərinin hələ də gündəmdə olduğunu və təklif tərəfi üzrə problemlərin davam etdiyini nəzərə aldığını göstərir.

Cari həftədə bazarın əsas diqqəti iki istiqamətdə olacaq:

  1. FEDAvropa Mərkəzi Bankının (ECB)faiz qərarları
  2. ABŞ-İran münaqişəsi və Hörmüz boğazı üzrə xəbərlər

Hazırda bazar yenidən riskdən qaçış və inflyasiya qorxusu arasında tarazlıq axtarır.

ABŞ

ABŞ iqtisadiyyatı son həftələrdə nisbətən dayanıqlı görünməyə davam edir. Pərakəndə Satış göstəricisinin 1.7% artması, PMI indekslərinin gözləntilərdən yaxşı açıqlanması daxili tələbin tam zəifləmədiyini göstərir. Lakin, eyni zamanda, enerji qiymətlərinin yenidən yüksəlməsi inflyasiya risklərini artırır.

Bu həftə əsas hadisə FED-in faiz qərarı olacaq. Faiz dərəcələrində dəyişiklik gözlənilmir, lakin bazar əsasən Cerom Pauelin son mətbuat konfransını və açıqlamalarının nə qədər sərt olacağını izləyəcək. Əgər FED enerji qiymətlərinə görə inflyasiya risklərini vurğulasa, dollar əlavə dəstək ala bilər.

Bundan əlavə, Q1 GDP, Core PCEISM Manufacturing PMI göstəriciləri dolların həftəlik istiqamətini müəyyən edə bilər. Güclü rəqəmlər dolları dəstəkləyəcək, zəif rəqəmlər isə EUR/USD-də yenidən yüksəlişə yol aça bilər.

Hazırkı mərhələdə ABŞ üçün əsas ssenari faizlərin yaxın müddətdə dəyişməməsi, lakin yumşalma siqnallarının gecikməsidir.

28 aprel
18:00 – İstehlakçı güvəni indeksi (aprel)

29 aprel
18:30 – Xam neft ehtiyatları
22:00 – FED-in uçot faiz dərəcəsi ilə bağlı qərarı
22:00 – Federal Açıq Bazar Komitəsinin (FOMC) açıqlaması
22:30 – Federal Açıq Bazar Komitəsinin (FOMC) mətbuat konfransı

30 aprel
16:30 – ÜDM göstəricisi (rüblük) (1-ci rüb)
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (mart)
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (mart)
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

1 may

17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (aprel)
18:00 – ISM-dən istehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (aprel)

Avrozona

Avrozonada iqtisadi fon qarışıq olaraq qalır. Son Biznes aktivliyinin indeksi (Composite PMI) 48.6 səviyyəsinə gerilədi və xidmət sektorunda zəifləmə diqqət çəkdi. Bununla yanaşı, istehsal sektorunda müəyyən bərpa siqnalları müşahidə olunur. Bu, region iqtisadiyyatında qeyri-bərabər dinamikanın davam etdiyini göstərir.

Bu həftə əsas diqqət Avropa Mərkəzi Bankının (ECB) qərarına yönələcək. Faiz dərəcələrinin dəyişməyəcəyi gözlənilir, lakin enerji qiymətləri fonunda daha sərt açıqlamalar mümkündür. Əgər ECB açıq şəkildə inflyasiya ilə bağlı narahatlığını vurğulasa, avro yenidən güclənə bilər.

Avrozonada əlavə olaraq HICPQ1 GDP göstəriciləri də izlənəcək. Əgər inflyasiya yüksək, artım isə zəif olarsa, ECB üçün balans daha çətinləşəcək.

EUR/USD üçün ortamüddətli struktur hələ tam mənfi deyil, lakin qısamüddətdə dollar üstünlüyü yenidən ələ alıb.

29 aprel
16:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (aylıq) (aprel)

30 aprel
12:00 – Almaniyada ÜDM göstəricisi (1-ci rüb)
13:00 – Avrozonada istehlak qiymətləri indeksi (illik) (aprel)
16:15 – Avrozonada uçot faiz dərəcəsi ilə bağlı qərar (aprel)
16:15 – Avrozonada depozitlər üzrə faiz dərəcələri (aprel)
16:45 – Avropa Mərkəzi Bankının mətbuat konfransı

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.1840; 1.1900; 1.2000
  • Eniş hədəfləri: 1.1670; 1.1600; 1.1500

Neft

Neft bazarı yenidən qlobal risk indikatoruna çevrilib. Hörmüz boğazının bağlı qalması, ABŞ və İran arasında gərgin ritorika, eləcə də logistika riskləri qiymətləri yüksəldir. Brent həftəni 106.59 dollar, WTI isə 93.11 dollar səviyyəsində bağladı.

Brent üzrə texniki görünüş yüksəliş (bullish) olaraq qalır. Əsas ssenariyə görə, əvvəlcə 96,55 səviyyəsi ətrafında korreksiyanın test edilməsi, daha sonra isə qiymət 120,05 səviyyəsindən yuxarı bağlanarsa, 141,55 səviyyəsinə doğru artımın davamı gözlənilir.

WTI üzrə həftəlik diapazon 84-105 dollar kimi görünür. 91 dollar zonası yaxın dəstək rolunu oynayır. Əgər bazar ertəsi yeni gərginlik xəbərləri ilə açılsa, qiymətlərdə yenidən gap-up və sürətli yüksəliş mümkündür.

Qısamüddətli perspektivdə neft bazarında qiyməti müəyyən edən faktor tələb deyil, sırf təchizat riskidir.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 120.05; 130.00; 141.55
  • Eniş hədəfləri: 96.55; 80.55; 70.55

Cari həftənin gözləntiləri (WTI):

  • Artım hədəfləri: 96.00; 100.00; 105.00
  • Eniş hədəfləri: 91.00; 84.00; 80.00

Qızıl

Qızıl ötən həftə güclü yüksəlişdən sonra müəyyən düzəliş göstərdi. 4894 müqavimət zonasından geri dönmə qısamüddətli alıcıların ehtiyatlılaşdığını göstərir. Buna baxmayaraq, ümumi trend hələ də müsbət olaraq qalır, çünki geosiyasi risklər və yüksək inflyasiya fonu qızılı dəstəkləyir.

Bu həftə qızıl üçün əsas hərəkətverici güc FED qərarı və Core PCE olacaq. Əgər FED sərt, PCE isə yüksək olarsa, qızılda qısamüddətli satış təzyiqi yarana bilər. Əksinə, yumşaq ritorika və zəif dollar vəziyyətində qızıl yenidən 4894-5025 zonasına yönələ bilər.

Texniki baxımdan 4492-4540 əsas dəstək sahəsidir. Bu zonanın qorunması trendin davamı üçün vacibdir. Yuxarıda isə 4894 kritik müqavimətdir. Bu səviyyə həftəlik bağlanışla qırılarsa, 5000+ hədəfləri yenidən gündəmə gələcək.

Ortamüddətli baxışda qızıl üçün struktur pozitiv olaraq qalır.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 4894; 5025; 5279
  • Eniş hədəfləri: 4540; 4319; 4098

https://t.me/unicapital_investment

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 27.04.2026 - 03.05.2026

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 27.04.2026 - 03.05.2026

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 27.04.2026 - 03.05.2026

Thank You!

Your form has been succesufully send