Foreks bazarının həftəlik təqvimi və analitikası 27.10.2025 - 02.11.2025

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Bu həftə qlobal maliyyə bazarları üçün həlledici olacaq. Oktyabrın 30-da keçiriləcək
FOMC-un iclası, açıqlanacaq ABŞ ÜDM göstəriciləriPauelin pres-konfransı ilin son rübündə
dolların və risk aktivlərinin istiqamətini müəyyənləşdirəcək. Keçən həftə inflyasiya gözləniləndən
bir qədər aşağı oldu
(CPI 0.3%, Core CPI 0.2%, illik 3.0%). Buna görə də bazarlar artıq 25 baza bəndi
həcmində faiz endirimini qiymətlərə daxil ediblər. Hazırda bazarlar tam şəkildə FED-in
gələcək siyasətinə dair verdiyi siqnallara fokuslanıb.

Əsas ssenari: Əgər Pauel “fasilə verək və müşahidə edək” mövqeyi nümayiş etdirsə, ABŞ dolları
qısamüddətli güclənmə göstərə bilər. Alternativ ssenari: Əlavə yumşalma siqnalı verilərsə,
DXY 98.78 dəstəyini itirərək 98.00-ə qədər enə bilər. Gərgin gözləntilər fonunda investorlar
“reaksiyaya oynayır”, yəni istiqamət yalnız FOMC-un qərarından sonra formalaşacaq.

ABŞ

Dollar indeksi (DXY) artıq bir neçə həftədir 98.78-99.13 aralığında “sıxılma fazasında” qalır.
Bu, bazarda iki qüvvənin balansını göstərir:

  • Faiz endirimi gözləntiləri – gəlirlilikləri aşağı salır, USD-ni zəiflədir;
  • Fundamental sabitlikmöhkəm əmək bazarı – USD-ni dəstəkləyir;
  • Hazırda 96,7% ehtimalla 25 baza bəndi endirimi artıq qiymətə daxil edilib.
    Əsas risk Pauelın çıxışındakı tonla bağlıdır.
  • Neytral açıqlama: “Gözləyəcəyik və qiymətləndirəcəyik” – dollar 99.30-99.70 səviyyəsinə qalxa bilər.
  • “Göyərçinli” açıqlama: “Əlavə kəsimlər mümkündür” – DXY 98.30 və 97.80 hədəflərinə enə bilər.
  • Gözləniləndən güclü ÜDM (3.0%+) qısamüddətli USD artımını dəstəkləyə bilər.


27 oktyabr

18:00 – Yeni mənzil satışları (sentyabr)

28 oktyabr

18:00 – İstehlakçı güvən indeksi (oktyabr)

29 oktyabr

18:30 – Xam neft ehtiyatları
22:00 – Federal Açıq Bazar Komitəsinin (FOMC) açıqlaması
22:00 – FED-in uçot faiz dərəcəsi ilə bağlı qərarı
22:30 – Federal Açıq Bazar Komitəsinin (FOMC) mətbuat konfransı

30 oktyabr

16:30 – Ümumi daxili məhsul göstəricisi (3-cü rüb)

31 oktyabr

16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (sentyabr)
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (sentyabr)

Avrozona

Avrozonada son məlumatlar iqtisadi sabitləşməyə işarə edir: HCOB Kompozit PMI 52.2, İstehsal 50,
Xidmət 52.6, bu da iki il ərzində ən güclü yeni sifariş artımıdır. Almaniya göstəriciləri də zəif zonadan
çıxmağa başlayıb. Bu, AMB-nin əlavə kəsim ehtimalını minimuma endirir.

Ehtimal olunur ki, AMB-nin bu həftə açıqlayacağı mesajlar dəyişməz olaraq qalacaq –
“gözləmə və qiymətləndirmə” strategiyası. Avro üçün əsas katalizator FOMC-un qərarı və ABŞ ÜDM-mi olacaq.
Əgər dollar “göyərçinli” (yəni yumşaq, faiz endirimini dəstəkləyən) siqnallar alsa,
EUR/USD 1.1660-1.1720 zonası istiqamətində yüksələ bilər. Əks halda isə cütlük 1.1540 dəstək səviyyəsinə
qədər geriləyə bilər. Texniki olaraq 1.1655-1.1660 müqaviməti və 1.1540 dəstəyi bu həftənin əsas səviyyələridir.

30 oktyabr

13:00 – Almaniyada ümumi daxili məhsul göstəricisi (3-cü rüb)

17:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (aylıq) (oktyabr)

17:15 – Avrozonada depozitlər üzrə faiz dərəcələri (oktyabr)

17:15 – Avrozonada uçot faiz dərəcəsi ilə bağlı qərar (oktyabr)

17:45 – Avropa Mərkəzi Bankının mətbuat konfransı

31 oktyabr

14:00 – Avrozonada istehlak qiymətləri indeksi (illik) (oktyabr)

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.1660 ; 1.1720 ; 1.1800
  • Eniş hədəfləri: 1.1580 ; 1.1540 ; 1.1480

Neft

Brent keçən həftə 66.0 səviyyəsində bağlandı, qısamüddətli artımdan sonra struktur olaraq
hələ də eniş trendindədir. Qiymət 68.05 müqavimətinə qədər qalxa bilər, lakin oradan satış təzyiqi
yenidən arta bilər. Əgər 59.65 səviyyəsi aşağı doğru qırılarsa, Brent üçün 56.15 əsas hədəf olacaq.
Yuxarı qırılma yalnız 74.65 üzərində mümkün olar – bu, trendlə bağlı dönüş siqnalı kimi qiymətləndiriləcək.

WTI isə 61.0 ətrafında sabitləşib. Keçən həftə qiymət 57.0-dan 62.4-ə qədər yüksəldi, lakin artıq
texniki həddə çatmışdır. 61.70 dollar səviyyəsinin üzərində sabitlik alıcıların mövqeyini gücləndirir,
əks halda 59.00 və 58.75 səviyyələri yenidən test edilə bilər. Fundamental baxımdan Rusiya və
Venesuela ilə bağlı yeni sanksiya riskləri, həmçinin ABŞ-nin ehtiyat göstəriciləri istiqaməti təyin edəcək.
FOMC-dan “göyərçinli” qərar çıxsa, neft qısamüddətli yüksəliş göstərə bilər, amma uzunmüddətli
eniş trendi hələ davam edir.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 68.05 ; 74.65 ; 82.55
  • Eniş hədəfləri: 62.00 ; 59.65 ; 56.15

Cari həftənin gözləntiləri (WTI):

  • Artım hədəfləri: 60.00 ; 61.70 ; 62.80
  • Eniş hədəfləri: 59.00 ; 58.75 ; 58.00

Qızıl

Qızıl bazarı rekord səviyyə olan 4,381-dən sonra kəskin eniş yaşayıb və hazırda 4,000 dollar
ətrafında sabitləşib. Bu səviyyə həm psixoloji dəstək, həm də texniki pivot nöqtəsi rolunu oynayır.
Qiymətin 4,000-in üzərində qalması isə investorların hələ də riskdən qaçış meylini
qoruduğunu göstərir. RSI göstəricisi artıq “həddindən artıq alış” zonadan çıxıb,
bu isə bazarda impulsun zəiflədiyini göstərir, amma yüksələn trend hələ də davam edir.

Əgər FOMC-un çıxışında əlavə yumşalma siqnalları verilsə, XAU/USD 4,130-4,140 müqavimətini qıraraq
4,200 və 4,380 hədəflərinə qalxa bilər. Əksinə, Pauel “fasilə” siqnalı verərsə və gəlirliklər qalxarsa,
qızıl 4,000 aşağısına düşərək 3,970-3,870 zonalarına korreksiya edə bilər.
Uzunmüddətli trend hələ də yuxarı istiqamətlidir, lakin qısamüddətli alıcılıq zəifləyib.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 4,130 ; 4,200 ; 4,380
  • Eniş hədəfləri: 4,000 ; 3,970 ; 3,870

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 27.10.2025 - 02.11.2025

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 27.10.2025 - 02.11.2025

Thank You!

Your form has been succesufully send

Müasir investisiya dünyasını bizimlə kəşf edin.

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi

Foreks bazarının həftəlik təqvimi və analitikası 27.10.2025 - 02.11.2025

Thank You!

Your form has been succesufully send