Foreks bazarının həftəlik təqvimi və analitikası 28.07.2025 - 03.08.2025

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Ötən həftə ABŞ dolları ticarət məsələləri və FED-in ətrafında
yaranan siyasi gərginlik fonunda zəifləməyə meylli oldu. Bununla
belə, istiqraz gəlirləri xüsusilə qısamüddətli perpektivdə sabitləşdi
və dollar ayın sonuna yaxın müəyyən dayanıqlıq qazandı. Əsas
diqqət artıq iqtisadi göstəricilərdə deyil, onların necə şərh ediləcəyindədir.
FED-in rəhbərliyi faiz endirimi üçün tələsmir, lakin iqtisadi zəifliklərin artması
bu qərarı gecikdirilə bilməz hala gətirə bilər. İkinci rüb üzrə ÜDM-də gözlənilən
artım müvəqqəti rahatlıq yaratsa da, istehlak tərəfdən zəifləmə və real sektorda
yavaşlama fonunda ümumi vəziyyət ehtiyatlı olaraq qalır. Siyasi fonda Trampın
tarifləri və FED-ə təzyiqləri də bazarlarda qeyri-müəyyənliyi artırır. Bu həftə isə
bazarların diqqəti ABŞ-də olacaq.
Bazarlar FED-in bu həftə faizləri sabit saxlayacağına əmin olsa da, real təsir
Pauelin verəcəyi mesajlar və ümumi çıxışından gələcək. Əgər FED inflyasiyanın
tədricən səngiməsi fonunda faiz endirimini uzaq tutarsa, dollar dəstək görəcək.
Əksinə, zəif məşğulluq göstəriciləri və iqtisadi zəifliklər vurğulanarsa, bu, bazarları
faiz endiriminə daha da inandıracaq və dollar zəifləyə bilər.İkinci rüb üzrə ÜDM
göstəricisi dolların dinamikasını müəyyən edə biləcək əsas siqnallardan biridir.
İstehlak tərəfdə artıq zəifləmə əlamətləri müşahidə olunur. Eyni zamanda,
əmək bazarının da sektorlar üzrə qeyri-bərabər artımı diqqət çəkir:
real iqtisadiyyatın aparıcı sahələri artıq sönməyə başlayıb. Bu, FED-in də
diqqətindən yayınmır və dekabrda daha kəskin addım ehtimalını gündəmdə saxlayır.
29 iyul
18:00 – İstehlakçı güvən indeksi (iyul)
18:00 – “JOLTS” əmək birjasında açıq vakansiyaların sayı (iyun)
30 iyul
16:15 – ADP-dən qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (iyun)
16:30 – Ümumi daxili məhsul göstəricisi (2-ci rüb)
18:30 – Xam neft ehtiyatları
22:00 – Federal Açıq Bazar Komitəsinin (FOMC) açıqlaması
22:00 – FED-in uçot faiz dərəcəsi ilə bağlı qərarı
22:30 – Federal Açıq Bazar Komitəsinin (FOMC) mətbuat konfransı
31 iyul
16:30 USD – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (iyun)
16:30 USD – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (iyun)
16:30 USD – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
1 avqust
16:30 USD – Saatlıq orta əməkhaqqı (aylıq) (iyul)
16:30 USD – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (iyul)
16:30 USD – İşsizlik göstəricisi (aprel)
17:45 USD – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (iyul)
18:00 USD – ISM-dən istehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (iyul)
Avrozonada iqtisadi göstəricilərin yavaş-yavaş bərpa olunduğu müşahidə
edilsə də, bu tendensiya kifayət qədər zəif və qeyri-sabitdir. İyul ayı üçün
ilkin inflyasiya və ÜDM məlumatlarının avronun istiqamətini müəyyən
edəcəyi gözlənilir. Avropa Mərkəzi Bankı hazırda ehtiyatlı mövqedə qalır
və siyasətini məlumatlara əsasən formalaşdırır. Lakin ticarət müharibələrinin
mümkün gərginləşməsi və ya ABŞ ilə razılaşmanın əldə olunması avronun orta
müddətli trayektoriyasına birbaşa təsir göstərə bilər.Əgər Avrozona və ABŞ arasında
mümkün tarif razılaşması həyata keçərsə, bu, avroya müəyyən dəstək verə bilər.
Əks halda, qarşılıqlı təzyiq və tariflər avro üçün mənfi fon yarada bilər.
30 iyul
12:00 – Almaniyada ümumi daxili məhsul göstəricisi (2-ci rüb)
31 iyul
16:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (iyun)
1 avqust
13:00 – Avrozonada istehlak qiymətləri indeksi (illik) (iyul)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1830; 1.1900; 1.1975
- Eniş hədəfləri: 1.1650; 1.1620; 1.1550
Neft bazarı ötən həftə qeyri-müəyyən və volatilliklə dolu bir ticarət mühiti
yaşadı. Qiymətlər hər dəfə texniki müqavimətlərdən geri çəkilərək daha
aşağı dəstək səviyyələrinə yönəldi. Satıcıların aktivliyi yenidən artıb və bu
həftə də fundamental fonun riskli qalması neftə təzyiq göstərə bilər.
Hər iki marka üçün qiymətlər texniki olaraq eniş istiqamətində mövqe
tutur. Əgər qlobal risk iştahı azalsa və FED-in mövqeyi daha sərt tonla
səslənsə, bu, neft üçün əlavə eniş potensialı yaradacaq. Eyni zamanda,
ABŞ və Çin arasında müsbət ticarət siqnalları da riskli aktivlərə marağı
artıra bilər. Bu isə qısamüddətli artım impulsu verə bilər.
Cari həftənin gözləntiləri (Brent):
- Artım hədəfləri: 73.55; 80.65; 86.55
- Eniş hədəfləri: 67.00; 63.35; 57.05
Cari həftənin gözləntiləri (WTI):
- Artım hədəfləri: 65.80; 66.85; 68.30
- Eniş hədəfləri: 64.20; 63.50; 61.70
Qızılın qiyməti həftənin əvvəlində 3400 dollar səviyyəsini aşsa da,
riskli aktivlərə marağın artması ilə geriyə çəkildi. Hazırkı vəziyyətdə
bazar FED-dən daha dəqiq siqnal gözləyir. Əgər FED-in tonu yumşalsa
və iqtisadi zəifliklərə diqqət yönəlsə, bu, qızıla güclü dəstək verə bilər.
Əksinə, FED inflyasiyanın təkcə müvəqqəti deyil, davamlı təzyiq altında
olduğunu bildirərsə və yaxın aylar üçün ehtiyatlılıq nümayiş etdirərsə,
bu, qızıl üçün neqativ fon yarada bilər.İnvestorlar həm də ABŞ-Çin
münasibətlərini izləyir. Ticarət sahəsində irəliləyişlər və riskli aktivlərə
axın fonunda qızılın cazibəsi zəifləyə bilər. Lakin fundamental
qeyri-müəyyənlik qalarsa və dollar zəifləməyə davam edərsə,
bu, yenidən qızılı dəstəkləyə bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 3,350; 3,400; 3,450
- Eniş hədəfləri: 3,300; 3,285; 3,250
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2025 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.