Foreks bazarının həftəlik təqvimi və analitikası 28.10.2024 -03.11.2024

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

ABŞ-də Prezident seçkilərinə 10 gündən az müddət qalıb və bu bazar qeyri-müəyyənliyini artırır.

Dollar əsas rəqiblərinə qarşı dəyər qazanmağa davam edir.

Qızıl və neft Yaxın Şərqdəki geosiyasi gərginliyin nisbətən zəifləməsinin ardından dəyər itirdi.

Bu həftə ABŞ və Avrozonada açıqlanması gözlənilən xəbərlər treydərlər üçün böyük önəm daşıyır.

Yaponiya Bankının bu həftə öz faiz qərarını açıqlaması gözlənilir.

ABŞ

Kifayət qədər güclü iqtisadi göstəricilər fonunda ABŞ dolları öz rəqibləri qarşısında dəyər qazanmağa davam edir.

Artıq 4-cü həftədir ki, öz artım tempini qoruyan dollar indeksi həm ABŞ-dəki seçkilər, həm də FED-in faiz qərarından öncəki 10 günlükdə öz qeyri-müəyyənliyini qoruyur.

Belə vəziyyət ABŞ istiqrazlarının gəlirliliyinin keçən həftənin sonlarına yaxın zəifləməsinə səbəb oldu.

Bu həftə açıqlanması gözlənilən “Conference Board” İstehlakçı Güvən İndeksi,

“JOLTS” əmək birjasında açıq vakansiyaların sayı, eləcə də ÜDM hesabatları böyük önəm daşıyır.

Açıqlanacaq bu məlumatlar, FED-in noyabrdakı qərarından öncə investorlar üçün önəmli məlumatlar ehtiva edir.

29 oktyabr

18:00 – İstehlakçı güvən indeksi (oktyabr)

18:00 – “JOLTS” əmək birjasında açıq vakansiyaların sayı (sentyabr)

30 oktyabr

16:15 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (ADP) (oktyabr)

16:30 – Ümumi Daxili Məhsul göstəricisi (3-cü rüb)

18:30Xam neft ehtiyatları haqqında məlumatın açıqlanması

31 oktyabr

16:30Şəxsi istehlak xərcləri üzrə qiymət indeksi (İllik) (sentyabr)

16:30Şəxsi istehlak xərcləri üzrə qiymət indeksi (Aylıq) (sentyabr)

16:30İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

17:45Çikaqodabiznes aktivliyinin indeksi (PMI) (oktyabr)

1 noyabr

16:30ABŞ-də saatlıq orta əmək haqqı (oktyabr)

16:30Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (oktyabr)

16:30İşsizlik səviyyəsi (oktyabr)

18:00ISM-dən istehsal sektorunda biznes aktivliyinin indeksi (oktyabr)

18:00ISM-dən istehsal sektorunda qiymət indeksi (oktyabr)

18:45İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (oktyabr)

Avrozona

Keçən həftə Beynəlxalq Valyuta Fondunun (BVF) iclası çərçivəsində Avropa Mərkəzi Bankının siyasətçisi

və Alman Federal Bankının prezidenti Yoahim Nagel iqtisadi artımın qarşısını almaq üçün

Almaniya hökuməti tərəfindən artıq elan edilmiş artım paketinin həyata keçirilməsinin vacibliyini vurğuladı.

Faiz dərəcəsinin proqnozu ilə bağlı Nagel "Çox tələsməməliyik" dedi və əlavə etdi ki, dekabr ayında elan ediləcək qərar

ABŞ-dəki prezident seçkilərinin nəticələri və inflyasiya məlumatları kimi bir sıra göstəricilərə əsaslanacaq.

Digər tərəfdən, Avrozanın ən böyük ölkəsi olan Almaniyanın ÜDM-inin 3-cü rübdə ötən ilin eyni dövrü ilə

müqayisədə 0.3% azalacağı proqnozlaşdırılır. Bu itkilərin bərpası isə İspaniya və digər Avrozona iştirakçılarının

dəstəyi ilə həyata keçiriləcəyi təxmin edilir.

30 oktyabr

13:00 – Almaniyada ümümi daxili məhsul (3-cü rüb)

17:00Almaniyada istehsalçı qiymətlərinin indeksi (oktyabr)

31 oktyabr

14:00İstehsalçı qiymətlərinin indeksi (oktyabr)

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1,0951;1.1088; 1,1254,

- Eniş hədəfləri: 1,0803; 1,0794; 1,0755

Böyük Britaniya

Böyük Britaniyanın çərşənbə günü açıqlanacaq Payız büdcə proqnozundan

əvvəl bazar ertəsi Funt Sterlinq, Avro istisna olmaqla, əsas rəqiblərini üstələyir.

Həmçinin İngiltərə Bankının (BoE) ilin qalan iki iclasında faiz dərəcələrini aşağı salması ilə

bağlı artan spekulyasiyalar Funt Sterlinqə olan marağı nisbətən zəiflədə bilər.

Noyabr və dekabr aylarında BoE-nin faiz dərəcələrini 25 faiz bəndlik azaldacağına dair bazar gözləntilərinə

keçən həftə Beynəlxalq Valyuta Fondunun iclası çərçivəsində müzakirələrdə BoE-nin qubernatoru

Endryu Beylinin “göyərçinli” şərhləri səbəbindən oldu.

30 oktyabr

14:00 – Payız büdcə proqnozu

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3214; 1.3304; 1.3368

- Eniş hədəfləri: 1.2954; 1.2906; 1,2882

Neft

Həftəsonu İsrailin İrana cavab zərbəsinin Tehranın neft və nüvə obyektlərindən yan keçməsi

və enerji təchizatını kəsməməsi, Yaxın Şərqdə geosiyasi gərginliyi azaldıb və bubunla da

bazar ertəsi neft qiymətləri bir barel üçün 3 dollardan çox ucuzlaşıb.

Oktyabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatı və onların müttəfiqləri -

OPEC+ kimi tanınan qrup, dekabr ayından hasilatı artırmağa başlamaq planı da daxil olmaqla,

neft hasilat siyasətini dəyişməz saxladı. Qrup dekabrın 1-də OPEC+-un tam iclasından əvvəl görüşəcək.

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 68.25;78.83; 82.11

- Eniş hədəfləri: 65.32; 64.97; 63.55

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 74,01; 72,36; 80,66

- Eniş hədəfləri: 69,31; 67,55; 65,78

Qızıl

Qızıl qiymətləri yeni həftədə rekord həddən aşağı düşüb, çünki Yaxın Şərqdə

daha böyük münaqişə ilə bağlı narahatlıqlar azalıb və bu sarı metala olan

tələbi aşağı salır. Digər yandan, ABŞ-də seçkilərdən öncəki

qeyri-müəyyən şərait qızılın qiymətinin enişini məhdudlaşdırır. Eyni zamanda,

FED-in faiz dərəcələrini aşağı salmaq üçün daha ehtiyatlı davranacağına dair

gözləntilər qızılın artım tendensiyasını məhdudlaşdıra bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2.741,78; 2.761,45; 2.783,29

- Eniş hədəfləri: 2.702,74; 2.685,74; 2.669,94;

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

For consultation please leave a request

Your request has been sent successfully.

Foreks bazarının həftəlik təqvimi və analitikası 28.10.2024 -03.11.2024

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 28.10.2024 -03.11.2024

Thank You!

Your form has been succesufully send

Foreks bazarının həftəlik təqvimi və analitikası 28.10.2024 -03.11.2024

Thank You!

Your form has been succesufully send