Foreks bazarının həftəlik təqvimi və analitikası 30.09.2024 - 06.10.2024
UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Qızıl 2685 səviyyəsi ilə bütün illərin rekordunu təzələdi.
Yaxın Şərqdəki qeyri-müəyyən şərait və FED-in uçot faiz dərəcəsindəki kəskin enişlə bağlı açıqlamalar bazarda neft və qızıla olan tələbi artırır.
Bu həftə K.Laqard və C.Pauelin çıxışları böyük maraqla gözlənilir.
Bütün dövlətlərin faiz azaltdığı bir şəraitdə, Ş.İşibanın partiya seçkilərindəki qalibiyyətindən sonra Yaponiya Mərkəzi Bankının faiz artırma ehtimalları daha da güclənir.
ABŞ dolları ötən həftə açıqlanan avqust ayı üzrə ABŞ-də Şəxsi istehlak xərcləri qiymət indeksi məlumatından sonra aşağı təzyiqə məruz qalıb ki,
bu da FED-in aqressiv faiz azaltma dövrü ehtimalını gücləndirir.
Bütün gözlər bu axşam FED-in rəhbəri Cerom Pauelin çıxışını gözləyir.
Belə ki, treyderlər Pauelin növbəti faiz endirimi ilə bağlı təxminlərini gözləyir.
Sent-Luis Federal Ehtiyatlar Sisteminin prezidenti Alberto Musalem ötən həftəki çıxışında,
“Zəif iqtisadi göstəricilərin etirafı, bizi daha 75 faiz bəndlik endirim xəbərləri ilə qarşı-qarşıya qoyacaqdır” söyləmişdir ki,
bu da böyük önəm daşımaqdadır.
30 sentyabr
17:45 – Çikaqoda biznes aktivliyinin indeksi (PMI) (Sentyabr)
21:55 - FED-in rəhbəri C.Pauelin çıxışı
1 oktyabr
17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (Sentyabr)
18:00 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (ISM) (Sentyabr)
18:00 – İstehsal sektorunda qiymət indeksi (ISM) (Sentyabr)
18:00 – “JOLTS” əmək birjasında açıq vakansiyaların sayı (Avqust)
2 oktyabr
16:15 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi-ADP (Sentyabr)
18:30 – Xam neft ehtiyatları haqqında məlumatın açıqlanması
3 oktyabr
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
17:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (Sentyabr)
18:00 – Qeyri-istehsal sektorunda biznes aktivliyinin indeksi (ISM) (Sentyabr)
18:00 – Qeyri-İstehsal sahəsi üzrə qiymət indeksi (Sentyabr)
4 oktyabr
16:30 – Saatlıq orta əmək haqqı (Sentyabr)
16:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (Sentyabr)
16:30 – İşsizlik səviyyəsi (Sentyabr)
Avro ötən həftə Almaniyadan gələn inflyasiya məlumatlarından sonra həftəyə artımla başladı.
Nyu-York bazar açılışından öncə Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqardın Avropa Parlamenti qarşısında çıxışı gözlənilir.
Əgər Laqard çıxışında uçot faiz dərəcəsinin endirilməsinə mülayim yanaşarsa,
bu Avronun Dollar qarşısında təzyiqlə qarşılaşmasına səbəb olacaqdır.
Digər yandan faiz enişi üzrə ehtimallar azalarsa, valyuta öz gücünü nisbətən bərpa edə bilər.
Həmçinin axşam C.Pauelin çıxışı cütlük üçün böyük önəm daşıyır.
30 sentyabr
16:00 - Almaniyada istehlakçı qiymətlərinin indeksi (Sentyabr)
17:00 – Avropa Mərkəzi Bankının prezidenti Laqardın çıxışı
1 oktyabr
13:00 – Avrozonada istehlak qiymətlərinin indeksi (illik) (Sentyabr)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1210, 1.1233, 1.1305
- Eniş hədəfləri: 1.1008, 1.0949, 1.0882
GBP/USD cütlüyü yeni həftənin əvvəlində dəyər qazanmağa başladı.
Bazar ertəsi Böyük Britaniyanın Milli Statistika İdarəsi tərəfindən açıqlanan
illik Ümumi Daxili Məhsulun (ÜDM) artımını 0.2% azaldaraq,
0.7% olaraq qərarlaşdırması bazara nəzərəçarpacaq dərəcədə bir təsir göstərmədi.
İnvestorlar əsasən FED-in rəhbəri C.Pauelin axşam Milli Biznes İqtisadiyyatı Assosiasiyasının İllik Yığıncağında
iqtisadi dünyagörüşü haqqında çıxışını gözləyirlər.
Belə ki, FED-in rəhbərinin 75 faiz bəndlik bir endirimə qarşı mülayim yanaşması təqdirində Funt dəyər qazanmağa başlayacaqdır
30 sentyabr
10:00 - ÜDM (illik) (2-ci rüb)
10:00 - ÜDM (rüblük) (2-ci rüb)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3468, 1.3512, 1.3643
- Eniş hədəfləri: 1.3266, 1.3060, 1.2996
Yaxın Şərqdə artan gərginlik fonunda mümkün tədarük zəncirinin pozulması ilə WTI markalı neftin qiymətinin nisbətən bahalaşacağı güman edilir.
İsrail və İranın dəstəklədiyi qruplaşmalar arasındakı qarşıdurmanın səngiməməsi şəraitində,
İran neftinin tədarükünün azalması neftin qiymətinə təsir göstərəcəyi istisna edilmir.
Digər yandan ən böyük neft idxalçısı olan Çinin iqtisadi göstəriciləri ötən ayda da qənaətbəxş olmadı,
bu da neftə olan tələbatın zəifləməsi deməkdir.
Belə olan halda treyderlərin olduqca volatil bazarla qarşı-qarşıya olduğunu söyləmək olar.
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 74.33, 76.99, 79.57
- Eniş hədəfləri: 65.09, 62.51, 57.85
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 76.49, 80.12, 82.61
- Eniş hədəfləri: 68.57, 66.08, 61.55
Qızıl ötən həftə bütün zamanların ən yüksək qiymətini gördükdən sonra, nisbətən geriləyərək öz korreksiyasına davam edir.
Bu həftə açıqlanması gözlənilən əmək bazarı üzrə məlumatlar çox önəm daşıyır.
Belə ki, indeks gözləntiləri FED-in növbəti faiz dərəcə endirimini dəstəklədiyi təqdirdə,
qızıl 2700 USD səviyyəsinin üstünə çıxa bilər.
Yaxın Şərqdə baş verən geosiyasi gərginlik qarşısında,
investorların güvənli liman hesab edilən qızıla olan marağı artmaqdadır.
Həmçinin bu axşam çıxışı gözlənilən FED-in rəhbəri Cerom Pauel Qızıl-Dollar cütlüyünün taleyinə təsir edə bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2651.13, 2671.09, 2685.55
- Eniş hədəfləri: 2623.08, 2616.89, 2603.71
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün “Telegram” kanalımızı izləyin!
For consultation please leave a request
Your request has been sent successfully.
© 2024 Unicapital İnvestisiya Şirkəti ASC.
Bütün hüquqlar qorunur.